İbtidai sinif hazırlıq kursu | EDU Company

İbtidai sinif hazırlıq kursu

İbtidai sinif təhsilin əhəmiyyəti

  Respublikamızda həyata keçirilən təhsil islahatları onun bütün mərhələlərində dəyişikliklər aparmaqla yeni bir sistemin yaradılmasına yönəldilmişdir. Təbii ki, bu dəyişikliklərin içərisində ən vacib olan ümumi təhsildir ki, ibtidai təhsil onun bünövrəsi hesab olunur. İbtidai təhsil səviyyəsinin düzgün müəyyənləşdirilməsi şagirdin gələcək təhsil fəaliyyətinin uğurlu olması üçün əhəmiyyətlidir. Elə buna görə də ibtidai təhsilin məqsədi, vəzifələri, əhəmiyyəti dünyanın müxtəlif ölkələrində geniş müzakirə mövzusuna çevrilmişdir.

  Azərbaycan Respublikasında həyata keçirilən təhsil islahatları çərçivəsində ibtidai təhsilin vacibliyi daim vurğulanır və bu sahədə uğurlu addımlar atılır. İbtidai təhsilin dörd ildə reallaşdırılması nəzərdə tutulur. Bu zaman isə Azərbaycan təhsilində uzunillik təcrübəyə istinad olunur, ən faydalı, əhəmiyyətli və vacib cəhətlər göz önündə saxlanılır. İbtidai təhsilin etibarlı olması büyövlükdə orta təhsilin uğurlu qurulması kimi başa düşülür.

  İbtidai təhsil məzmununu təhsilin digər səviyyələri ilə müqayisə etsək ibtidai təhsilin daha çox ümumi xarakter daşıdığını görərik. Oradakı fənlər praktik xarakterinə görə təhsilin digər səviyyələrindəki fənlərdən fərqlənir.

İbtidai sinif  təhsilin milli dəyərlərdən qidalanması.

Unutmaq olmaz ki, şagirdlərdə milli mənlik şüurunun möhkəm bünövrəsi məhz ibtidai siniflərdə qoyulur. Burada Azərbaycan dilinin, tarixinin, musiqisinin, təsviri və tətbiqi incəsənətinin, ədəbiyyatının, elminin, şifahi xalq yaradıcılığının, adət və ənənələrinin öyrənilməsinə üstünlük verilir. Ümumbəşəri dəyərlər, digər xalqların mədəniyyəti milli incilərimiz zəmnində daha şüurlu mənimsədilir.

İbtidai təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır

  • Yaş səviyyəsinə uyğun bədii, elmi-kütləvi və məlumat məzmunlu mətnləri müəyyən edilmiş qaydada oxumağı;
  • oxuduğu mətnin əsas məzmunu anlamağı, ayırmağı və ona öz fikrini bildirməyi;
  • lüğətlərdən, informasiya vasitələrindən, məlumat xarakterli vəsaitlərdən, kompüter texnikasından istifadə etməyi;
  • öz fikirlərini, düşüncələrini şifahi və yazılı formada aydın şəkildə ifadə etməyi;
  • məntiqi düşünməyi, fikir mübadiləsi aparmağı;
  • vacib riyazi bilikləri realda tətbiq etməyi, sadə alqoritmləri yerinə yetirməyi;
  • ətrafında baş verən hadisələri təsvir etməyi, dərk etməyi onları səciyyəvi əlamətlərinə görə fərqləndirməyi;
  • dialoq qurmağı, əməkdaşlıq etməyi, qrup, kollektiv tərkibində fəaliyyət göstərməyi;
  • etik mədəni davranışı, şəxsi gigiyena, təmizlik və zəruri təhlükəsizlik qaydalarına əməl etməyi;
  • müəyyən olunmuş qaydalar çərçivəsində fiziki hərəkətləri, bədii-estetik qabiliyyətini göstərməyi, sadə əmək vərdişlərini tətbiq etməyi;
  • öz hüquqlarını bilməyi, müdafiə etməyi, başqalarının hüquqlarına hörmət etməyi;
  • digər insanlara, təbiətə, şəxsi və dövlət əmlakına, başqasının əməyinə həssas, qayğıkeş və ədalətli davranmağı;
  • Azərbaycan xalqının əxlaqi keyfiyyətlərini, mənəvi dəyərlərini, tarixini, mədəniyyətini, incəsənətini bilməli, görkəmli şəxsiyyətləri haqqında qazandığı lazımi bilikləri, habelə ölkəsinə qarşı əks mövqedə olan qüvvələri sadə formada təqdim etməyi;
  • xarici dildə ilkin ünsiyyət bacarıqlarına yiyələndiyini göstərməyi.

İbtidai sinif hazırlığı EDU Company

Yuxarıda sadaladığımız bütün müsbət amillər EDU Company Təhsil Şirkətində mövcuddur.

İbtidai sinif hazırlıqlarımız zamanı hər bir şagird ilə fərdi yanaşma olunur və onlarla psixoloji söhbətlər aparılır .Onların cəmiyyətə yararlı ,savadlı, sağlam düşüncəli olması üçün əlimizdən gələni edirik. Şagirdlərin intelektual və bilik səviyyələrinin inkişafı üçün aşağıdakı fəal interaktiv təlimlərdən istifadə olunur:

  • Əlifba - yazı vərdişlərinin aşılanması
  • Əmək vərdişlərinin aşılanması
  • Məntiqi oyunların təşkili
  • Ümumi dünyagörüşü təsəvvürlərinin inkişafı
  • Həmçinin uşaqlar üçün psixoloji dərslər də tədris olunur.
  • İnkişafetdirici məşğələlər
  • Məntiqi təfəkkürün inkşafı.
  • Fərdi yanaşma

 

EDU Company Təhsil Şirkəti bizə əmanət olunan hər bir şagirdin savadlı olmasına, bilik, bacarıq və vərdişlərinin mükəmməl inkişafına zəmanət verir.

 Bu səbəbdən də övladlarınızın intellektual bazasının yüksək səviyyədə olmasını istəyirsizsə yolunuzu EDU Company Təhsil Şirkətindən salmağınız tövsiyyə olunur.

 


#Hazırlıq