İbtidai sinif hazırlığı uşaqların təhsilinin təməl hissəsini təşkil edir. İbtidai sinif təhsili alan şagirdlər yaxşı ünsiyyət qurma, sosiallaşma,kollektivlə uyğunlaşma bacarıqlarına yiyələnirlər. Bu dönəmdə artıq uşaqlar bir şəxsiyyət kimi formalaşmağa başlayır. Bu da cəmiyyət üçün çox əhəmiyyətli prosesdir. Azərbaycan da və dünya ölkələrində ibtidai təhsil önəmli rol oynayır. İbtidai təhsilə başlamanın yaşı adətən 6 və ya 7 yaşdan başlayır. İbtidai təhsili bitirən şagirdlər orta təhsilə keçirlər.İbtidai təhsil şagirdlərdə oxumaq, yazmaq və ilkin riyazi bilikləri formalaşdırır.Bir çox dünya ölkələrində olduğu kimi bizim ölkəmizdə də ibtidai təhsil önəmlidir. Dövrümüzün tələblərinə əsasən şagirdlər bilikli olmaqla yanaşı tənqidi təfəkkür, yaradıcı təfəkkür və qərarların müstəqil qəbul olunması kimi biliklərə yiyələnməsi çox önəmlidir.İbtidai sinif hazırlığı 1,2, 3,4-cü sinifləri əhatə edir. İbtidai siniflərdə bu fənnlər tədris olunur. Azərbaycan dili, riyaziyyat,məntiq , ingilis dili fənnləri tədris olunur.
Şagirdlərin bilik səviyyələrinin inkişafı üçün aşağıdakı təlimlərdən istafadə olunur.
1.Əlifbanın öyrədilməsi
2.Məntiqi oyunların təşkili
3.Fərdi yanaşma
4.inkişafetdirici təlimlər
5. dünyagörüşünün artırılması yönümdə dərslərin təşkil olunması
İbtidai təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır ki orta təhsil dərslərini asanlıqla qavraya bilsin.
Edu Company təhsil şirkətində ibtidai sinif hazırlığı həftə də 3 dəfə 2 saat müddətində keçirilir. İbtidai sinif hazırlığı peşəkar və ixtisaslaşmış müəllimlər tərəfindən keçirilir.Azərbaycan dili, riyaziyyat, məntiq və ingilis dili dərsləri tədris olunur.İbtidai sinif sagirdlərinə hər bir mövzu ətraflı şəkildə izah olunur.Dərslər qrup və fərdi şəkildə tədris olunur.Dərslər interaqtiv və öyrədici formada tədris olunur. Hər ay şagirdlərin biliklərinin yoxlanması üçün yüksək səviyyə də sınaq imtahanları təşkil olunur.Bu imtahanlar müəyyən ballara uyğun olaraq hədiyyəli formada təşkil olunur. İlk dərs ödənişsiz sınaq dərsi olur. İlk nümunə dərsidir ki bu dərsdə müəllim şagirdin səviyyəsini yoxlayır. Və onu uyğun qruplara əlavə edir. Hətta bu ilk dərsdə valideynlər şagirdlər ilə birlikdə dərsdə əyləşib dərsin keçilmə metodikasına baxırlar. İbtidai sinif hazırlığımızda hər bir şagirdə xüsusi qayğı ilə yanaşılır.İbtidai sinif proqramını mənimsəyən şagirdlər ev tapışırlarını özləri asanlıqla həll edə bilir. Çünki ibtidai sinif hazırlığı şagirdlərin məntiqi təfəkkürünü inkişaf etdirir. Bununla yanaşı şagirdlərdə müstəqil işləmə və kollektivlə işləmə bacarıqları formalaşır. İbtidai sinif hazırlıqlarımızın ən əsas cəhəti hər bir şagirdə fərdi yanaşma olmasıdır. Həmçinin şagirdlərin yorğunluğunu aradan qaldırmaq üçün intellektual oyunlar və film saatları, gəzintilər təşkil olunur.
1.Uğurlu nəticəyə 100% zəmanət
2.Hədiyyəli bilik yarışı
3.Peşəkar, ixtisaslaşmış müəllim və işçi heyəti
4.Valideyn iclası
5.Bütün mövzular üzrə çətinliyin aradan qaldırılması
6.İnteraktiv dərs metodları
7.Əyləncəli və motivasiyaedici dərslər
8.Sanitar qaydalarına uyğun otaqlar
9.Bayram və əlamətdar günlərdə tədbirlərin təşkil edilməsi
10. Kamera nəzarəti
11. Şagirdlər haqqında valideynlərin məlumatlandırılması.