İngilis dili hazırda dünyada ən geniş yayılmış dillərdən biridir. Bu dil dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur. Hazırda ingilis dilinin öyrənilməsi hər kəs üçün həyati zərurət kimi qarşıda durur. İngilis dilinin fonetik quruluşu bir sıra inkişaf mərhələlərindən keçməklə özünəməxsus orijinal səs strukturu yarada bilmişdir. İngilis dilinin mənşəyi Hind-Avropa dillərinin german dillərinə aiddir. İngilis əlifbası 26 hərf, 44 səsdən ibarətdir. İngilis dili inkişafına görə 3 mərhələyə bölünür:
Bu dilin xarakterik cəhətlərindən biri də onun qısa sözlərdən ibarət olmasıdır. Dildə uzun sözlər dildə olsa da, onlara daha az rast gəlinir. İngilis dilinə qısa sözlər alman tayfalarının dilindən, uzun sözlər isə fransız dilindən və latın dilindən keçmişdir. Qısa sözlər ,adətən, danışıqda və jarqonda, uzun sözlər isə elmdə işlədilir.
Müasir dövrümüzdə ingilis dili biznes və siyasi danışıqlar dilinə çevrilmişdir. Əsas elmi və tibbi araşdırmalar belə ingilis dilində aparılır. Beynəlxalq razılaşmalara görə təyyarələrdə çalışan bələdçilər mütləq ingilis dilini bilməlidir. Cənubi Amerika və Avropa məktəblərində isə ən çox tədris olunan dil ingilis dilidir. Filippində və Yaponiyada uşaqlar ingilis dilini ən kiçik yaşlarından öyrənməyə başlayırlar. İngilis dili Britaniya, Kanada, Birləşmiş Ştatlar, Avstraliya və Cənubi Afrika daxil olmaqla, 75-dən çox ölkənin rəsmi dilidir.
Fərqli dillərin danışıldığı ölkələrdə insanların bir-biri ilə ünsiyyətini təmin etmək üçün çox vaxt ingilis dili rəsmi dövlət dili kimi istifadə edilir. Hindistan isə buna yaxşı misaldır. İngilis dili bu ölkədə hamı üçün ümumi dildir.
İngilis dili digər ölkələrdə olduğu kimi bizim ölkəmizdə də çox məşhurdur. İngilis dili beynəlxalq dil olduğu üçün iş yerlərində də tələb olunan dildir. Azərbaycanda hətta bir çox şirkətlərdə,müəssiələrdə mail yazışmaları belə ingili dilində aparılır. Hazırda bu dil azyaşlıdan-böyüyə hər kəsin maraq dairəsindədir.
10 ildən çoxdur ki, 10 filialı ilə fəaliyyət göstərən EDU Company Təhsil Şirkətində ingilis dilini beynəlxalq standartlar əsasında öyrədilir. Dərslərdə danışıq (speaking), dinləmə (listening), yazma (writing) və oxuma (reading), qrammatika (grammar) və sözlər (vocabulary) öyrədilir.
General English
Dünya standartlarına uyğun olaraq ingilis dilinin tədrisi 6 mərhələdən ibarətdir. "EDU Company" Təhsil Şirkətində də ingilis dili bu standartlara uyğun olaraq tədris olunur.
1.Başlanğıc Səviyyə (Beginner level)
2.Elementar Səviyyə (Elementary level)
3.Aşağı Orta Səviyyə (Pre-Intermediate level)
4.Orta Səviyyə (Intermediate level)
5.Yüksək orta Səviyyə (Upper Intermediate level)
6.Mükəmməl səviyyə (Advanced level)
EDU Company Təhsil Şirkətinin bütün filiallarında ingilis dili tədris olunur.Dərslər peşəkar müəllimlər tərəfindən yüksək keyfiyyətlə keçirilir. İngilis dili dərsləri həm əyani, həm də online formada keçirilir. Həmçinin, dərslər qrup və fərdi şəkildə də tədris olunur. Qruplarımız maksimum 4-6 nəfərlik olur. Qruplarda tələbə sayına xüsusi diqqət yetirilir ki, dərs müddəti ərzində müəllimlər hər bir tələbəyə vaxt ayıra bilsin. İngilis dili dərslərimizdə yaşından asılı olmayaraq azyaşlıdan-böyüyə hər kəs iştirak edə bilər. İlk dərsimiz tamamilə ödənişsiz sınaq dərsidir. Tələbələr sınaq dərsində iştirak edərək müəllimin dərskeçmə metodikası ilə tanış olurlar. Sınaq dərsi zamanı tələbələrin dil səviyyələri də müəyyənləşdirilir və uyğun qrupa yerləşdirilir. Şirkətimizdə həftəsonları Conversation dərslərimiz də keçirilir. Əsasən, conversation dərsləri xarii müəllimlər tərəfindən tədris olunur.
Siz də mükəmməl şəkildə İngilis dili öyrənmək istəyirsinizsə, EDU Company Təhsil Şirkətinə müraciət edə bilərsiz!