Məktəbəqədər hazırlıq kursu | EDU Company

Məktəbəqədər hazırlıq kursu

Məktəbəqədər hazırlıq nədir?

Tərbiyə ana qucağından  başlar. Körpəyə söylənən hər kəlimə onun şəxsiyyət  binasına qoyulan bir kərpicdir. Uşaq  ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyəmizi bu günün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı idealara qulluq etməsi  hər birimizi ciddi düşündürməlidir. Və uşaqların düzgün təhsil almağı üçün hər bir valideyn səfərbər olmalıdır. Bu təhsil onların erkən yaşlarından məktəbəqədər verilən təhsillə bağlıdır, təməlləri düzgün formada  qoyulsun. Məktəbəqədər hazırlıq 4-5-6 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Bu hazırlıq uşaqlarda ilkin dünya görüşü, riyazi və məntiqi təfəkkürün, oxu və yazı bacarığının formalaşdırılması ilə yanaşı, gələcəkdə məktəb dərslərini daha yaxşı mənimsəməyə zəmin hazırlayır. “Edu Company” Təhsil Şirkəti məktəbəqədər hazırlıq proqramı uşaqların məktəbə tam hazırlanmasına imkan verir. Proqramımız Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsil planına uyğundur. “Edu Company” Təhsil Şirkəti olaraq məşğələlər uşaqların yaş xüsusiyyətləri nəzərə alınmaqla müasir təhsil metodlarına əsasən keçirilir. Dərslər Azərbaycan və Rus bölmələri üzrə tədris edilir.

 

Məktəbəqədər hazırlıq proqramı

Məktəbəqədər hazırlıq proqramına aşağıda sadaladığımız məşğələlər daxildir:

  • Riyaziyyat və məntiq
  • Savad təlimi
  • Yazı təlimi
  • Bədii ədəbiyyat
  • İngilis dili və Rus dili
  • Ətraf aləmlə tanışlıq
  • Oriqami
  • Rəsm

 

Bizim işimizin əsas məqsədlərindən biri də valideynlərlə işdir. Məktəbəqədər şagirdinin uğur qazanmasında müəllim və valideyn işbirliyinin əhəmiyyəti böyükdür. Bunu nəzərə alaraq kursumuz tərəfindən valideyinlər, şagird ev tapşırığını etmədikdə, gündəlik qiymətləndirmə zamanı aşağı nəticə göstərdikdə, dərsə qarşı laqeyid münasibət bəslədikdə, nizam-intizam qaydalarına əməl etmədikdə mütəmadi olaraq məlumatlandırılır.

 

Məktəbəqədər  hazırlığı müəllimlərimizin iş öhdəlikləri

1.Uşaqların balacalıqdan  oxumaq həvəsinin ,onların məktəbə müsbət auralı münasibətinin  inkişaf etdirilməsi

2.Uşaqların məktəbə sevgisini təmin etmək.

3.Uşaqların şəxsi-sosial xüsusiyyətlərinin formalaşdırılması

4.Obrazlı təffəkkürün.təxəyyülün,məntiqi təfəkkürün inkişafı

5.Yüksək əxlaqi dəyərlərin və vətəndaşlıq hisslərinin inkişafı

6.Uşaqların müəyyən edilmiş qaydalara  riayət etmək bacarığının inkişafı

7.Özünüqiymətləndirmənin  formalaşması

8.Ünsiyyət bacarığının formalaşdırılması

9.Fiziki qabiliyyətlərin inkişaf etdirilməsi

10.Valideynlər ilə davamlı əlaqədə olmaq

11.Şagirdlərin yaradıcı potensialının, qabiliyyətlərinin və imkanlarının aşkara çıxarılmasına yardım

12.Şagirdlərin şəxsi inkişafını dəstəkləmək, güclü və zəif tərəflərini, maraqlarını, meyllərini müəyyənləşdirmək

13.Pedaqoji prinsiplərə riayət etmək

 

Məktəbəqədər hazırlıq kursu EDU Company

“EDU Company” Təhsil Şirkəti məktəbəqədər hazırlıq qruplarında  “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərsləri tədris edilir. Məktəbəhazırlıq qruplarımızda dərslər həftədə 3 dəfə (hər biri 90 dəqiqə olmaqla) keçirilir. Gün ərzində 3 məşğələ tədris olunan qruplarda məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib.

Məktəbəqədər hazırlıq dövrü. Bu, xüsusilə övladını məktəbə hazırlaşdıran hər bir valideyni daha çox narahat edən, düşündürən məsələdir. Həmin vaxt valideynlərdəbir çox suallar da yaranır: “Necə edək ki, uşaqlar məktəb həyatına hazırlıqlı olsun? Onlar ilk dəfə şagird kimi sinifə qədəm qoyanda müəllimlərlə və digər şagirdlərlə ünsiyyət qurmaqda çətinlik çəkməsinlər? Eyni zamanda, müəyyən biliklərə də sahib olsunlar. Bunun üçün övladlarınızı tam əminliklə bizim kursumuza əmanət edə bilərsiniz.

“Məktəbəqədər təhsilinə cəlb olunan uşaqlar müəyyən müddət keçdikdən sonra daha aktiv olmaqla bərabər sərbəst fikir söyləməyi də bacarırlar. Onlar çox tez bir zamanda məktəbə alışırlar. Balacaları biliklərlə, dərslərlə yükləmək düzgün deyil. Məhz məşğələlərdə istifadə olunan metodik vəsaitlər uşaqlara müəyyən məlumatları daha sadə, daha anlaşılan şəkildə mənimsəməyə,  ilkin bacarıqlara yiyələnməyə  imkan verir.  

Bu gün hamımız uşaqlarımızın taleyi üçün məsuliyyət daşıyırıq. Bu gün qayğısız və diqqətsiz böyüyən uşaqlarımız sabah Vətənin, millətin, xalqın gələcəyi üçün laqeyd ola bilərlər. Biz çalışmalıyıq ki, övladlarımız yaşadıqları torpağın, vətəndaşı olduğu ölkənin mənafeyini müdafiə etməyi bacarsınlar. Onlara laqeyd olmayaq, çünki uşaqlar millətin və ölkənin sabahıdır.

 


#Məktəbəqədər hazırlıq