09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Məktəbəqədər | İbtidai sinif hazırlığı | EDU Company

Məktəbəqədər və İbtidai sinif hazırlığı

Azərbaycanda təhsil sektorunda  son illərdə köklü şəkildə müsbət  dəyişikliklər nəzərə çarpır.

İstər müasir dərs keçmə metodu baxımından,  istərsə də qabaqcıl təhsil müəssisələrinin iş strukturu  bu işə öz imzasını atmaqdadır.Bu baxımdan  Edu Company Təhsil Şirkəti sayılıb seçilən elm ocaqlarından biridir.

         10 ildir təhsilə dair bütün sahələrdə mükəmməl xidmət göstərən  Edu Company Təhsil Şirkəti tam məsuliyyət və səylə çalışaraq ölkədəki təhsil müəssisələri arasında ön sıralarda öz yerini tutub.

Edu Company Təhsil Şirkətini artıq 10 filial ilə xidmətinizdədir (Elmlər, Nizami, 28may, N.Nərimanov, Neftçilər, Xalqlar, Sumqayıt, Xırdalan  Gəncə və Göyçay).

İstər rus,  istərsədə azərbaycan bölməsi üzrə tam peşəkar və ixtisaslaşmış müəllim heyəti ilə çalışan şirkət bütün sahələrdə tam mükəmməl nəticələri ilə diqqət çəkir.

Müəllimlər 3 mərhələdən ibarət imtahanla işə qəbul olunur. İlkin mərhələ test mərhələsi, açıq dərs və  müsahibə  mərhələsi.

Məktəbəqədər hazırlığı.

EDU Company  məktəbəqədər azərbaycan və rus bölməsi  hazırlığı sahəsi üzrə uzun müddətdir ki, fəaliyyət göstərməkdədir.

Məktəbəqədər hazırlıq məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki, mənəvi inkişafina xidmət edən ilkin bilik , bacarıq və vərdişlərin mənimsənilməsi  prosesidir.Və bu proses işini sevən, peşəkar müəllimlərimiz tərəfindən icra olunur.

Bu məsələdə əsas diqqət etdiyimiz müəllimlərimizin uşaqları və işini sevməsi, həmçinin düzgün icra etməsidir. Bu yaş dövrlərinin xüsusiyyətlərini bilmək və təhsil zamanı uyğun təhsil və tərbiyyə metodlarından istifadə etmək bu sahədə çox vacib amillərdəndir. Burada əsas məsələ, uşaqlara dərsi müxtəlif didaktik oyunlar və s. vasitəsi ilə mənimsətməkdir.

Məktəbəqədər hazırlıq dərsərimiz həftədə üç dəfə doxsan dəqiqə olmaqla keçirilir. Tədrisə: Ətraf aləmlə tanışlıq, məntiqi və riyazi təfəkkürün inkişafı, əlifba, fiziki mədəniyyət və nitq inkişafı daxildir.

İbtidai sinif hazırlığı.

Edu Company Təhsil Şirkətində ümumi orta təhsilin ilkin pilləsi olan ibtidai sinif hazırlığı da özünün tədris keyfiyyəti ilə öndə gələn sahələrimizdəndir.

İbtidai təhsilin əsas məqsədi uşaqlarda oxuma,yazma və hesablama bacarıqlarını yaratmaq, onlara təbiət , insan və cəmiyyət haqqında ilkin biliklər verməkdən ibarətdir. İbtidai sinif hazırlığı 1-2-3-4cü sinifləri əhatə edir. Ölkəmizdə bu təhsil 6 yaşdan etibarən başlanır və 4cü sinifə qədər davam edir.Bu mərhələni uğurla bitirən şagirdlər ümümi orta təhsil pilləsində təhsil almaq hüqüqu qazanırlar.

İbtidai  təhsil ümumtəhsil  məktəbinin  çətin  və  məsul  bir dövrüdür.  Bu  dövrdə  şagirdlərə  bir  sıra  sadələşdirilmiş  biliklər, ümumi pedaqoji  bacarıqlar  mənimsədilir.. Uşaqların  əqli  və  fiziki  qabiliyyətlərinin  hərtərəfli  inkişafı onların  dünyagörüşünün,  həmçinin,  davranışla  bağlı  bütün  mənəvi keyfiyyətlərinin  formalaşdırılmasının  əsası  məhz  ibtidai  siniflərdə qoyulur.

 

İbtidai təhsil uşaqların ümumi təhsilinin ilkin mərhələsidir və uşaqlar ətraf mühit haqqında ilkin biliklər əldə edirlər.Ünsiyyət və tətbiqi məsələləri həll etmək bacarıqlarına yiyələnirlər. Bu mərhələdə uşağın şəxsiyyəti formalaşmağa və inkişaf etməyə başlayır. Bu da ibtidai təhsilin cəmiyyət üçün əsas amilidir.

EDU Company Təhsil Şirkəti bizə əmanət olunan hər bir şagirdin savadlı olmasına zəmanət verir.

 

 Bu səbəbdən də övladlarınızın intellektual bazasının yüksək səviyyədə olmasını istəyirsizsə yolunu EDU Company Təhsil Şirkətindən salmağınız məsləhətdir.

EDU Company Təhsil Şirkətinin hər hansı bir filialına gedən müştəri özünü evindəki kimi hiss edə bilir.

Peşəkar əməkdaş kollektivi gələn bütün qonaqları səmimi, mehriban bir təbəssümlə qarşılayaraq, onları  evinə ən əziz qonağı gəlmiş kimi  hiss etdirir. İstədiyini tam şəkildə verənə qədər səbirlə dinləyib, hörmətlə yola salır.

İstər əməkdaş, istər müəllim, istərsədə rəhbərlik sistemi  düzgün, peşəkar təşkil olunmuş EDU Company Təhsil Şirkəti  gələcəkdə böyük nəaliyyətlərə imza atacağına, böyüyüb bütün ölkə ərazisinə yayılacağına  əsaslı şəkildə ümid vəd edən uğurlu bir təhsil şirkətidir.

 


#Məktəbəqədər hazırlıq

Sürətli Qeydiyat