09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Mühasibatlıq dərsləri | Mühasibatlıq kursu | EDU Company

Müasir dövrdə mühasibatlıq

Mühasibatlıq dərsləri

      Müasir dövrdə istər dövlət, istərsə də özəl müəssisələrdə təcrübəli mühasiblərin sayı həddindən artıq çoxdur. Bu sahə üzrə işçi heyətinə olan tələbat gəncləri mühasibatlıq dərslərinə istiqamətləndirir. Dünyanın istənilən ölkəsində maliyyə sahəsində iş nüfuzlu hesab olunur və yaxşı ödənilir. Təccüblü deyil ki, Azərbaycanda da gənclər məhz bu istiqamətə meyl edirlər. Ölkəmizdə mühasib deyiləndə əsasən vergi uçotunu aparan şəxs nəzərdə tutulur. Çünki mühasiblərə qoyulan əsas tələb vergi uçotunu aparmaqdır ki, vergilərlə heç bir problem yaşanmasın. Buna görə də insanlar maliyyə uçotunu və vergi uçotunu səhv salırlar.

   Mütəxəssislər qeyd edir ki, mühasibatlıq sahəsində işləmək istəyən hər kəs ilk növbədə bu ixtisası sevməli və həvəslə yanaşmalıdır, əks təqdirdə işin keyfiyyəti aşağı düşür. Həmçinin mütəxəssislər qeyd edir ki, bu sahə üzrə bakalavr təhsilinin olması həmin şəxsin karyera yüksəlişinə daha mühüm əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, son illər biznes sahibliyi və onun idarə və edilməsinə daha təhsilli və maliyyə savadı olan gənclər gəlir, onlar təkcə burda deyil, həm də kapitalist ölkələrinin aparıcı universitetlərində təhsil alıblar. Gənc nəslin bəzi nümayəndələrinin hətta xarici şirkətlərdə iş təcrübəsi var. Bu insanlar Azərbaycana qayıtdıqdan sonra kapitalist ölkələrin həmin təcrübələrini burada tətbiq etməyə başlayırlar. Əlbəttə, onlara adətən bu cür mütəxəssislərlə işləməyə gücü çatan iri şirkətlərdə rast gəlinir, lakin tendensiya artıq var. Habelə Azərbaycana xarici investisiyalar daxil olur və bu investorlar yerli şirkətlərdən beynəlxalq tələblərə uyğun maliyyə hesabatlılığı tələb edirlər. Odur ki, mühasiblərdən çox vaxt vergi uçotu ilə yanaşı, BMHS-a (Beynəlxalq Maliyyə Hesabatlılığı Standartları) əsasən maliyyə uçotunun aparılması tələb olunur. Beləliklə, bu standartları bilən və tətbiq etməyi bacaran mütəxəssislərə tələbat artır.

   Belə ki, expertlər bildirir ki, əksər maliyyə şirkətlərində mühasibatlıq vakansiyası üzrə tələblər içərisində işçinin beynəlxalq sertifikatlarının olması, yüksək Excel biliklərinə malik olması, hər hansı təcrübə proqramlarında, təkmilləşmə kurslarında iştirak etməsi mütləqdir. Əlbəttə, şirkətlər qarşısında sual dayanır ki, ixtisaslaşmış kadrları necə müəyyən etsinlər. Və burada onların köməyinə bu cür kadrları yoxlayan və sertifikatlaşdıran beynəlxalq təşkilatlar gəlir. Onlardan biri АССА (Association of Chartered Certified Accountants) — İxtisaslaşmış Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasıdır. Bu qurum, mütəxəssislərin maliyyə uçotunun aparılması sahəsində biliklərini yoxlamaq və sertifikatlaşdırmaq məqsədi daşıyan qeyri-kommersiya təşkilatıdır. Bütün mərhələləri keçən və bu təşkilatın üzvü olan şəxslər öz adlarının yanında “ACCA” hərflərini yerləşdirə bilərlər, bu da onların həmin sahədə ixtisaslaşmış mütəxəssis olduğunu göstərir.

   Bu sahə üzrə işləmək istəyən şəxsləri ən çox maraqlandıran suallardan biri də sözsüz ki, əmək haqqıdır. Hal-hazırda əksər müəssisələrdə qeyd edə bilərik ki, mühasib, baş mühasib, mühasib köməkçisi, audit, maliyyə nəzarətçisi və s. kimi istiqamətlərdə fəaliyyət göstərən şəxslər çoxdur. Və onlar bildirir ki, bu sahə üzrə minimum əmək haqqı işçinin vəzifəsindən asılı olaraq 700-800 azndan başlayır və bu məbləğ 5000-7000 azna qədər yüksələ bilər. Təbii ki, əmək haqqının çoxluğu işçinin təcrübə vəiş keyfiyyətindən, öz üzərində işləməsi və yeniliklərə açıq olmasından əhəmiyyətli dərəcədə asılıdır.

   Bütün bu sadalananları ümumiləşdirərək mühasibatlıq nədir, mühasib kimdir suallarına cavab vermək istəsək qeyd etməliyik ki, mühasib maliyyə, bank, vergi oqranları, mal alan və satanlar, təşkilatlar və şəxslər tərəfindən rəhbərlik və idarəetməni hıyata keçirməli, təqdim olunan hesabatları yerinə yetirməli, müəssisənin maəluyyə-təsərrüfat fəaliyyəti haqqında məlumatlara malik olmalı, baş verən mənfi halları aradan qaldırmalı və müəssisəsinin inkişafı üçün yeni texnologiya və üsullardan istifadə etməlidir.

Mühasibatlıq kursu

   EDU Company Təhsil Şirkəti mühasib olmaq istəyən, mühasibatlıq və 1C biliklərini təkmilləşdirmək istəyən istənilən yaş kateqoriyasından olan şəxslər üçün 4 aylıq nəzəri, praktiki və 1C proqramının tədrisini əhatə edən mühasibatlıq proqramını təklif edir. Xatırlatmaq lazımdır ki, proqramı bitirən tələbə bütün dövlət və özəl müəssisələrdə tanınan sertifikatla təltif olunur. Artıq 10 ildir ki, fəaliyyət göstərən bir mərkəz olaraq yüzlərlə tələbəmizin perspektivli şirkətlərdə mühasib olaraq fəaliyyət göstərməsi üçün işıq yolu olduğumuzu xüsusi vurğulamaq lazımdır.


#Mühasibatlıq

Sürətli Qeydiyat