09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Mühasib olmaq üçün lazım olan biliklər | EDU Company

Mühasib olmaq üçün lazım olan biliklər

Mühasibatlıq nədir?

Ən əvvəl mühasib kimdir?, hansı vəzifələri icra edir? Bunlar haqqında ətraflı danışaq.

          Mühasibatlıq – idarəetmənin maliyyə hərəkətlərini qeyd edən, sinifləşdirən xüsusiləşdirən və hesabata çevirən bir elmdir. Və bunları icra edən şəxsə isə mühasib deyilir.

          Yəni, iqtisadi fəaliyyətlə məşğul olan təşkilatların maliyyə xarakterli əməliyyatlarını və hadisələrini pul ilə ifadə edilmiş şəkildə yazan,sinifləşdirən, yekunlaşdıraraq hesabat edən , nəticələrini şərh edən və analiz edən bir elm sahəsidir.  Ərəb sözüdür – hesabat aparan hazırlayan şəxs mənasını verir.

          Mühasibat yalnız qazanc məqsədi ilə qurulan müəssisələrlə deyil, qeyri-kommersiya yəni cəmiyyətə fayda verən bütün təşkilatlar üçün keçərlidir.

          Mühasib funksiyasını yerinə yetirə bilmək üçün  müəyyən vəzifələr vardır. Bu vəzifələrə mühasib funksiyaları deyilir. Bu funksiyaları – Qeydetmə, təsnifat yekunlaşdırma və hesabat olaraq dörd ana qrupa ayıra bilərik.

Qeydetmə funksiyası  -  Mühasibatın ən əhəmiyyətli və ilk funksiyasıdır. Maliyyə əməliyyatlarının sənədlərə söykənərək mühasibat sisteminə görə mühasibat kitabçalarının qeyd edilməsi mərhələsidir.Mühasibatda qeydlər doğru və düzgün tutulmasa digər funksiyaların da bir mənası qalmaz. Edilən hər əməliyyat uçot sistemi içində ilk olaraq qeyd edilmək məcburiyyətindədir . Bu qeydlərdə sənədlərə əsasən edilir.

Təsnifat Funksiyası  - Verilən məlumatlar müəyyən zaman aralıqlarında yığılıb xüsusiyyətlərinə görə qruplara ayrılır və bununla fərqli xarakterli və qruplardakı əməliyyatları bir-birləri ilə qarışdırmadan yoxlamaq mümkündür. Təsnifat əməliyyatları mühasibat sistemi daxilində mühasibat kitabçalarında qeyd edilir.

Yekunlaşdırma Funksiyası  -  Daha asan nəticələr çıxarmağı təmin etmək üçün əməliyyatlar dövr sonlarında toplanaraq ümumiləşdirilir . Dövr sonlarında biznes yüzlərlə bəlkə minlərlə əməliyyat etmiş ola bilər. Bu əməliyyatları tək-tək yoxlamaq çox uzun zaman alacağından , eyni xarakterli əməliyyatları yekunlaşdırıb görmək daha çox fayda verməkdədir.

Hesabat Funksiyası : . Hesabat mühasibat sisteminin ən son mərhələsi və şərh etmə mərhələsidir Ən son olaraq hesabat funksiyasında yazılan , təsnif və yekunlaşdırılan əməliyyatlar maliyyə hesabatları vasitəçiliyi ilə nəticə mərhələsinə gəlir. Mühasibatın ən əhəmiyyətli funksiyanlarındandır. Məruzələrdə müəssisələrin hər cür nəticələri ortaya çıxarılaraq müəssisə haqqında məlumatlar və şərhlər verilir. Müəssisə bu hesabatlar sayəsində gələcəyinə dair yeni qərarlar verir. Hesabat mərhələsində mühasibat hesabatları istifadə olunur. Bu hesabatlarının ən əhəmiyyətliləri balans hesabatı və gəlir cədvəlidir.

Necə mühasib ola bilərəm?

Çox sadə sadəcə yolunuzu Edu Company təhsil şirkətinin sizə ən uyğun filialından salın. Kurs çərçivəsində ümumi proqram 4 ay -4,5 aylıq proqramdır. İlk 2 ay nəzəriyyəyə ayrılır və bunun paralelində ən son  yeni hesablar planı müxabirləşmələr və məsələlər öyrədilir. 3-cü aydan etibarən praktiki formada 1C proqramı keçirilir. Bu proqram ən son versiyada yəni, 8.3 versiyasında tədris olunur. Bu proqram müasir dövrdə özündə proseslərin yüksək avtomatlaşdırılmasını birləşdirən ən məşhur mühasibat proqramıdır. Bu proqramda iqtisadi əməliyyatlardan maliyyə hesabatlarının hazırlanmasına qədər bir çox əməliyyatlar qeyd olunur. 4-cü aydan etibarən dövlət portallarında işləmələr (e.gov, e.sosial, e.hökumət), elektron qaimələrin göndərilməsi, kargüzarlıq, BTP (vergi bəyannamələri, vergi hesabatları) DSMF tədris olunur.

Dərslərimiz həftədə 2 dəfə 90 dəqiqə olmaqla, fərdi və qrup şəklində, əyani və onlayn formada keçirilir. Qruplarda maksimum tələbə sayı 5-6 nəfər olur. Əyani dərslərimizdə tələbələrə nəzəri, həm də praktiki biliklər aşılanır. Qeyd etmək lazımdır ki, müəllimlərimiz peşəkar mühasiblər, sərbəst mühasiblik fəaliyyəti göstərən mütəxəssislərdir. Dərs keyfiyyətindən əmin olmanız üçün ilk dərs ÖDƏNİŞSİZ SINAQ DƏRSİDİR. Siz də elə indi edin, mühasibatlığın sirlərini bizimlə öyrənin.

Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Mühasibatlıq kursu


#Mühasibatlıq

Sürətli Qeydiyat