09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Mühasibat uçotu nədir? | Mühasibat kursu | EDU Company

Mühasibat uçotu nədir?

Mühasibatlıq

Mühasibat uçotu - idarəetməni maliyyələşdirən, hesabata çevirən, xüsusiləşdirən, sinifləndirən elmdir. iqtisadi fəaliyyətlə məşğul olan bütün şirkət və təşkilatların maliyyə xarakterli əməliyyatlarını pul ilə ifadə edilmiş şəkildə şərh və analiz edən elm sahəsidir. Mühasibatlığın tərifi verərkən istifadə edilən hər bir terminin nə anlama gəldiyini mütləq şəkildə bilmək lazımdır. mühasibat sistemi qazanc məqsədini güdən müəssisə və təşkilatlar üçün daha da əhəmiyyətlidir. Bəs, müəssisə nədir? Müəssisə, ticarət məqsədi üçün bir və ya bir neçə nəfərin bir araya gələrək, müəyyən bir sərmayə qoyaraq qurduqları müəssisədir. Həmçinin müəssisələr də özü məqsədi və quruluş şəkillərinə görə müxtəlif qruplara ayrılır. 
Mühasibat funksiyası nədir?
Mühasibat funksiyasını yerinə yetirə bilməsi üçün müəyyən vəzifələri vardır. və buna mühasibat funksiyaları deyilir. bu funksiyaları 4 qrupa bölmək olar:
1) qeyd etmə funksiyası - mühasibatlığın ən əhəmiyyətli və ilk funksiyası hesab olunur. maliyyə əməliyyatlarını sənədlərə söykənərək mühasibat sisteminə görə mühasibat kitabçalarının qeyd edilməsidir. əgər mühasibatda qeydlər doğru və düzgün tutulmazsa, digər funksiyaların heç bir əhəmiyyəti qalmaz. Hər bir əməliyyat uçot sistemi içində ilk qeyd edilmək məcburiyyətindədir. bu qeydlər sənədlərə əsasən edilir.
2) təsnifat funksiyası - yazılan məlumatlar müəyyən zaman sonra müxtəlif aralıqlarda yığılır və öz xüsusiyyətlərinə görə qruplara bölünür. bununla da müxtəlif xarakterli və qruplardakı əməliyyatları bir - biri ilə qarışdırmadan fərqli qeydlər yoxlanıla bilər. təsnifat əməliyyatları da öz növbəsində mühasibat sistemi daxilində kitabçalarda qeyd edilməkdədir.
3) yekunlaşdırma funksiyası - keçirilən əməliyyatlar dövr sonunda toplanır və daha asan nəticələr çıxarmaq üçün ümumiləşdirilir. müəsissənin böyüklüyündən asılı olaraq müxtəlif sayda əməliyyatlar etmiş ola bilərsiniz. bu əməliyyatları tək - tək yoxlamaq vaxt sərfiyyatı tələb edir. lakin eyni xarakterli əməliyyatları yekunlaşdıraraq görmək daha çox fayda verməkdədir.
4) hesabat funksiyası - ən son hesabat funkisysında yazılan, təsnif verilən və yekunlaşdırılan əməliyyatlar maliyyə hesabatları vasitəçiliyi ilə nəticə mərhələsinə gəlinir. mühasibaytın ən mühüm və əhəmiyyətli funksiyası hesab olunur. hesabat mühasibat sisteminin ən son mərhələsi və şərh etmə mərhələsidir.
Mühasib bu funksiyaları müəyyən olunmuş ardıcıllıqla yerinə yetirərək müəssisələrin maliyyə əməliyyatları haqda nəticə çıxarır.
Mühasib olmanın hansı üstünlükləri var?
"Mühasib" sözü ərəb mənşəlidir və mənası "hesabat hazırlayan şəxs" deməkdir. Öz növbəsində müasir dünyada kifayət qədər gəlirli və populyar sahələrdən biri hesab olunur.

Mühasibat kursu


“EDU Company”də tədris forması
Təcrübəli müəllim heyəti ilə “EDU Company Təhsil Şirkəti sizi peşəkar mühasib etməyə hazırdır. Həftədə 2 dəfə 90 dəqiqə olmaqla, ümumilikdə 4 aylıq tədris proqramı ərzində 2 ay nəzəri dərslər, 1 ay praktika və sonuncu ay 1C proqramının 8.3 versiyasını öyrənmiş olacaqsınız. Təlimin sonunda imtahan verib və balınıza uyğun olaraq qızıl, gümüş və bürünc sertifikatla təmin olunursunuz. Təqdim etdiyimiz sertifikat ölkədaxili hər bir müəssisə və təşkilatda keçərlidir
4 aylıq ümumi mühasibatlıq təliminə daxildir:
Mühasibatlıq nəzəriyyəsi
Vergi və DSMF hesabatının hazırlanması
Müəssisə və təşkilatların mühasibatlıq işlərini aparmaq üçün lazım olacaq praktiki işlər
Maliyyə hesabatının hazırlanması
Mühasibatlıqda sənədləşmə işləri
Anbar uçotu və əməliyyatı
Yeni hesablar planı
Kassa hesabatının aparılması
Kadr uçotu
Qalıq dövriyyə cədvəlinin qurulması
Statistika hesabatı
Məşğulluq hesabatı
Əmək haqqı
Bank və kassa əməliyyatı
Ezamiyyət və məzuniyyətin hesablanması
1C proqramının 8.3 versiyası
“EDU Company” Təhsil Şirkətinin əksər kurslardan üstünlüyü:
İllərdir peşəkar mühasib kimi çalışan mühasib təlimçilər tərəfindən intensiv şəkildə dərslərə hazırlıq
Mühasibatlığın praktik yollarla öyrənilməsi
4 aylıq tədris proqramda praktika keçmə imkanı
Ölkədaxili bütün müəssisələrdə keçərli olacaq sertifikatla təmin olunma
Sən də peşəkar mühasib olmağın üstünlüklərini “EDU Copmany” ilə yaşa!

Mühasibatlıq kursları haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Mühasibatlıq kursu


#Mühasibatlıq

Sürətli Qeydiyat