Mühasibatlıq kursları | Mühasibat üçotu | EDU Company

Mühasibatlıq kursları və mühasibat üçotu

  Mühasibat uçotu  nədir?

    Mühasibat uçotu önəmli və mürəkkəb bir elmdir. Mühasibatlıq şöbəsinin əsas işi idarə müəssisələrinin daxili və maliyyə hesabatlarının hazırlanması və vergi uçotunun düzgün qaydada aparılmasıdır. Bu sahədə əldə edəcəyiniz məlumatlarla yanaşı, həmçinin, işçi-mühasiblər arasında işlərin doğru şəkildə paylaşdırılması, qarşılıqlı köməkləşmə və birgə şəkildə çalışmaq kimi amillər əsas rol oynayır. Mühasibat uçotu sırf mənfəət üçün deyil, bununla yanaşı cəmiyyətin xeyrinə olmayan quruluş üçün də etibarlıdır. Ona görə də mühasibat uçotu elə bir şöbədir ki, burada şirkətlər,müəssisələr həm gəlir, həm də zərər edə bilər. Amma, bu sistem qazanclı müəssisələr üçün daha çox önəm kəsb edir.

    Mühasibin vəzifələrini yerinə yetirməsi üçün bir sıra funksiyalar vardır. Mühasibat uçotunun funksiyalarını öyrənmək bu elmi daha yaxşı mənimsəməyimizə imkan verəcəkdir.

   Bu funksiyaları 4 qrupa bölə bilərik:

1.qeydiyyat

2.təsnifat

3.ümumiləşdirmə

4.hesabat

    Qeydiyyat funksiyası mühasibat uçotunun birinci və ən önəmli funksiyasıdır. Sistemdə qeydlər dəqiq və düzgün aparılmalıdır. Əks halda qeydlər digər funksiyalar üçün məna vermir. Bütün əməliyyatlar ilk öncə mühasibat sistemində qeyd edilməlidir. Bu qeydlər də özündə 2 yerə bölünür: 1.təktərəfli; 2.ikitərəfli.

   Təsnifat funksiyasında qeyd olunan məlumatlar müəyyən vaxt fasilələrində tərtib olunur və qruplara bölünür. Ümumiyyətlə, fərqli ixtisas və qruplardakı prosesləri müxtəlif siniflərdə qarışdırmadan öyrənmək olar.

   Ümumiləşdirmə (xülasə) funksiyası daha asanlıqla nəticə əldə etmək ,həmçinin, qeydlərə nəzarət etmək üçün dövrün sonunda təsnif olunan prosesləri ümumiləşdirir. Dövrün sonunda işəgötürənlər onlarla, yüzlərlə, hətta minlərlə əməliyyat keçirir. Bu tip prosesləri bir-bir araşdırmaq olduqca uzun vaxt apardığından insanların eyni keyfiyyət proseslərini ümumiləşdirməsi daha məqsədə uyğundur.

  Hesabat funksiyasında qeydə alınmış,təsnifləşdirilmiş, ümumiləşdirilmiş proseslər maliyyə hesabatları ilə son mərhələyə gəlir. Bu ən vacib funksiya olmaqla yanaşı,həmçinin, mühasibat sisteminin nəticə və şərh mərhələsidir. Hesabatlar sayəsində müəssisələr,şirkətlər öz gələcəyini planlaşdırır və yeni qərarlar qəbul edir. Onu da qeyd edək ki, bu mərhələdə mühasibat cədvəllərindən istifadə olunur. Bu cədvəllərdən ən önəmlisi balans gəlir hesabatıdır.

 

          1C proqramı nədir?

     Mühasibatlıq sahəsində hesablamalar 1C proqramı vasitəsilə həyata keçirilir. Proqram əsasən MDB ölkələrində tanınır. Amma, son zamanlar digər ölkələrdə də bu proqram təminatına olduqca maraq göstərilir.Tərifinə gəldikdə isə, 1C proqramı mühasibatlıq hesabat sistemidir. Proqram mühasibat, operativ ticarət, anbar və istehsalat uçotunu effektiv şəkildə təşkil edir. Bu proqrama bir neçə komponentlər də daxildir: mühasibat uçotu,operativ uçot, hesabat.

Mühasibatlıq kursu

        EDU Company Mühasibatlıq kursu

    EDU Company təhsil şirkətində A-dan Z-yə mühasibatlıq və 1C proqramına aid bütün məlumatlar peşəkar və savadlı müəllimlər tərəfindən tədris edilir. İxtisasınızın önəmi yoxdur. Çünki, Mühasibat uçotu dərslərimiz 0-dan tədris edilir.

    Mühasibat uçotu və 1C 4 aylıq proqramdır. Mühasibatlıq dərsləri həm əyani, həm də online şəkildə tədris olunur. Online dərslər Zoom proqramı vasitəsilə keçirilir.

    Dərslərimiz nəzəri və praktiki formada həyata keçirilir.  Həftədə 2 dəfə 90 dəqiqə olmaqla tədris edilir.  İlk dərsimiz sınaq dərsidir və ödənişsizdir. Sınaq dərslərimizdə iştirak edərək, dərs keyfiyyəti və müəllimin dərs metodikası ilə tanış olursunuz. Qruplarda maximum 5-6 tələbə olur. Bu şəkildə müəllim 90 dəqiqə ərzində bütün tələbələrlə individual olaraq məşğul ola bilir. Dərs müddəti ərzində ən müasir tədris metodlarından istifadə edilir.

    4 aylıq dərs proqramını bitirən tələbələrimiz imtahan verərək Sertifikat əldə edirlər. EDU Company Sertifikatları universaldır. Bütün dövlət və özəl müəssisələrdə tanınan,üstəlik müddətsizdir.

   Siz də işinizin peşəkarı olmaq istəyirsinizsə, EDU Company Təhsil Şirkətinə müraciət edə bilərsiniz.

Mühasibatlıq kursları haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Mühasibatlıq kursu


#Mühasibatlıq