Müasir dövrdə sahibkarlıq bacarıqları gənclərin və gənc sahibkarların əldə etməsi gərəkən ən vacib şərtlərdəndir. Bu gün ölkəmizdə sahibkarlığın inkişafı üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılır. “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından asılıdır” deyən dövlət başçımızın prinsipinə uyğun olaraq, Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən birinə çevrilmişdir. Sahibkarlıq cəmiyyətin inkişafının, insanların rifahının yaxşılaşdırılmasının vacib amillərindəndir. Sahibkar xeyir götürmək məqsədilə istehsal amillərini hərəkətə gətirən və bu fəaliyyəti təşkil edən iqtisadi subyektdir. Sahibkar bazarda çatışmayan məhsul və xidmətləri aşkar edir,sonra isə onları istehsal edib satır. Buna görə də sahibkarların əsas funksiyalarından biri də müəssisənin yaradılması təşəbbüsüdür. Uğurlu sahibkar olmaq üçün tələb olunan keyfiyyətlər vardır. Bunlar:
Sahibkarlıq biliklərinə malik olmaq
İdarəetmə bacarıqlarından istifadə etməyi bacarmaq
Liderlik bacarığı- Sahibkar hər zaman işçilərin təhlükəsizliyini təmin etməli, onlara nəzarət etməli və həvəsləndirməlidir.
Qətiyyətlilik – Sahibkar çətin qərarlar üçün məsuliyyəti öz üzərinə götürməlidir.
Yaradıcılıq- Yeniliklər yaratmaq, həll yolunu heç kəsin ağlına gəlməyən yerdə axtarmaq uğurlu sahibkara xas olan keyfiyyətlərdir.
İşini sevmək və onun vurğunu olmaq – Yalnız işinizə olan sevgi və ruh yüksəkliyi sizi irəli apara bilər. Sahibkar müştəriləri, işçiləri və ən əsası özü qarşısında vicdanlı, səmimi və doğru olmalıdır.
Hadisələri öncədən hiss etmək – Sahibkar gələcək hadisələri hiss etməli, hər hərəkəti öncədən düşünməli və bir addım qabağı görə bilməlidir. Uğurlu sahibkarın ən əsas xüsusiyyətlərindən biri onun təşəbbüskarlığıdır. Sahibkar aktiv olmalı, ilk addımı atmaqdan və sərbəst şəkildə qərar verməkdən çəkinməməlidir. Hər zaman birinci olmağa çalışın, qoy başqaları sizin ardınızca gəlsin.
Özünü idarə etmək bacarığı- Sahibkar üçün bu ən vavib keyfiyyətdir, çünki iş zamanı bəzi mürəkkəb məsələlərlə qarşılaşa bilər. Bu hadisələr zamanı sahibkar hisslərini və hərəkətlərini nəzarətdə saxlamağı bacarmalıdır.
“EDU Company Business School”da “Sahibkarlıq təlimi” Mario Mussonun təsisçisi Ruslan Məmmədov tərəfindən tədris olunur. Təlim 2 aylıq müddəti əhatə edir. Tələbələr təlimdə bu bilikləri əldə edir:
Sahibkarlıq üzrə əsas anlayışlar;
Biznesin əsasları və maliyyə göstəriciləri – şəxsi kapital,investisiya satış rentabellikləri,likvidlik və məhsuldarlıq;
İdarəetmə uçotunun əsasları – xərclərin düzgün müəyyənləşdirilməsi,məhsulun minimal satış qiymətinin düzgün tərtib olunması,məhsulun bazara çıxarılması və s.
Maliyyə uçotunun əsasları;
Cərimə sanksiyaları, zəmanətlər, itirilmiş gəlirin ödənilməsi, arbitraj və fors major halları;
Marketing və Biznes plan. Bura daxildir:
Marketing nədir və hansı növ marketing daha effektivdir; əsas anlayışlar;
Sosial Media marketinqinin düzgün istifadə edilməsi, müştərilərə əlçatanlığın artırılması;
Düzgün reklam strategiyasının seçilməsi və tətbiqi,reklamların idarə edilməsi və analizi;
Bazarın analiz edilməsi;
Biznes planın yazılması;
Müştəri məmnuniyyəti və şirkət daxili etika. Bura daxildir:
Müraciətlərin potansial müştəriyə çevrilməsi və düzgün ünsiyyət bacarıqları;
Müştəri məmnuniyyətinin yaradılması, davamlılığın təmin edilməsi və idarə edilməsi;
Şirkət daxilində etik ünsiyyətlərin təmin edilməsi
HR sistemi. Bura daxildir:
Düzgün işçinin seçilməsi və düzgün vəzifə bölgüsünün aparılması;
İşçi motivasiyasının təmin edilməsi, fərdə yönəlik motivasiya,satışın artırılmasına yönəlik motivasiya tədbirləri;
İşçinin inkişafına yönəlik təlimlərin keçirilməsi və düzgün tərtibatı,idarə edilməsi.
Biznes planı öyrəndikdən sonra “Biznes İdeyası” müsabiqəsi keçiriləcək. Tələbələr öyrəndikləri maliyyə, idarəetmə və marketinq bilikləri əsasında bir biznes ideyası irəli sürəcək və bunun üzərində işləyərək biznes plan yazmalıdırlar. Tələbələrə zaman ayrılaraq səhvləri üzərində məlumatlar veriləcək. Bu müddət ərzində tələbələrə biznes planda olan səhvlərin düzəldilməsi və birazda təkmilləşdirmələri üçün şərait yaradılacaq.