09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Sürücülük vəsiqəsi imtahanı | EDU Company

Sürücülük vəsiqəsi imtahanı

Yol hərəkət qaydaları nədir?

    Sürücülük vəsiqəsi almaq istəyən və nәqliyyat vasitәsini sürmәyi öyrәnәn şәxslər bütün yol hərəkət nişanlarını, qayda - qanunları, avtomobilin nasaz vəziyyətdə yola çıxmamasını, nəqliyyat vasitələrindən istifadə zamanı onların sahibləri və texniki vəziyyətinə cavabdeh olan şəxslərin qanunla müəyyən edilmiş olan tələblərə riayət etmələri, nəqliyyat vasitələrinin daim istifadəyə yararlı vəziyyətdə olması üçün onlara vaxtlı-vaxtında texniki nəzarət olunması qaydalarını, avtomobildə tibb çantasının olması kimi vacib məsələləri bilməlidirlər.

İstənilən kateqoriyalı sürücülük vəsiqəsini almaq üçün şәxslәr dövlət tərəfindən təyin olunmuş imtahan-qeydiyyat mәntәqәlәrindә yol hәrәkәtinin qaydaları üzrә nәzәri vә tәcrübi imtahanları müvәffәqiyyәtlә verməlidirlər. Onlar təcrübi imtahanlara müstəqil hazırlaşa bilər və ya aidiyyatı kurslarda hazırlıq keçə bilərlər. Ölkəmizdə bir çox hazırlıq kursu fəaliyyət göstərir. Bunlardan biri də bir çox uğurlu nəticələri ilə tanınan EDU Company Təhsil Şirkətidir. Ölkə ərazisində 9 filialla fəaliyyət göstərən şirkətimizdə təcrübəli, peşəkar və işini sevərək həyata keçirən müəllimlər çalışırlar. Dərslərimiz həftədə 3 dəfə 90 dəqiqə olmaqla tədris olunur. Nəzəri hissəni mənimsədikdən sonra , təcrübi yəni təlim hissəyə hazırlaşa bilərsiniz. Çünki şəhərin işlək yollarında təlimlərə başlamazdan əvvəl, yol nişanları öyrənilməlidir. Bunlara düzgün ötmə əməliyyatı, işıqforlardan istifadə, dönmə əməliyyatı, piyada və digər nəqliyyat vasitələrinə yol vermə, sürət həddi və digər vacib qaydaları bilmək daxildir. Təcrübi dərslərimiz ilk öncə təlim meydançasında başlanır. Zamanla isə gündüz və axşam saatlarında şəhərin magistral yollarında davam etdirilir. 18 nəzəri dərs və təcrübi hazırlığın sonunda siz savadlı və öz hüquqlarını bilən bir sürücülük namizədi olaraq imtahanda iştirak edə bilirsiniz.

    Nəqliyyat vasitələrinin tiplərindən və kütləsindən asılı olaraq, Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin ayrılıqda növləri vardır: Motosikletləri, avtomobilləri, tramvayları, trolleybusları, traktorları və digər nəqliyyat vasitələrini idarə etmək üçün.

Xarici dövlətlərdən alınmış beynəlxalq standartlara uyğun və etibarlıq müddəti bitməmiş sürücülük vəsiqələri də Azərbaycan Respublikasının ərazisində qüvvədədir.

 

Sürücülük vəsiqəsi imtahanı sualları

Sürücülük vəsiqəsi almaq istəyən bir çox namizədləri bəzi suallar düşündürür.

  1. SUAL: Şəhadətnaməsiz imtahan vermək olarmı?

        CAVAB: Sürücülük vəsiqəsi almaq istəyən hər bir şəxs yol hərəkəti qaydaları üzrə nəzəri və təcrübi imtahanlara müstəqil hazırlaşa bilər. Avtomobil məktəbi oxumadan yalnız “A1”, “A” və “B” kateqoriyalı sürücülük vəsiqəsi almaq olar.Digər kateqoriyalı vəsiqələr almaq üçün məktəb oxumaq mütləqdir. Əgər vətəndaş imtahandan kəsilsə, ikinci dəfə imtahan verməsi üçün mütləq sürücülük məktəbində oxuyub kateqoriya üzrə şəhadətnamə əldə etməlidir.

  1. SUAL: Yaş məhdudiyyəti varmı?

        CAVAB: Gənclərimiz yaşlarının verdiyi çılğınlıqla maşın sürmək üçün çox həvəsli olurlar və bir an öncə sürücülük vəsiqəsi almaq istəyirlər . 17 yaşında bunun mümkün olub-olmadığını bilmək üçün müraciətlər edrlər.Dəyərli gənclərimiz, avtomobil idarə etmək üçün mütləq şəkildə 18 yaşınız tamamlanmalıdır.

  1. SUAL: Sağlamlıq arayışı vacibdirmi?

        CAVAB: Hər bir şəxs özünün və digər şəxslərin həyatını riskə və təhlükəyə atmamaq üçün maksimum səy göstərməlidir. Görmə qabiliyyəti məhdud olan , müəyyən ürək qüsurları və s. bəzi xəstəlikləri olan sürücü namizədlər yollarda insan həyatı üçün potensial təhlükədirlər.Sürücünün sağlamlığı və müəyyən fiziki hazırlığı olmalıdır. İmtahana buraxılmaq üçün sürücü olmaq istəyən hər bir şəxs mütləq şəkildə sağlamlıq arayışı təqdim etməlidirlər. Əks halda imtahana buraxıla bilməzlər

  1.  SUAL: İmtahana girmək üçün hansı sənədlər təqdim edilməlidir?

         CAVAB: İmtahana giriş üçün təqdim oluna sənəd siyahısı bunlardır:

  1. Şəxsiyyət vəsiqəsi;
  2. Tibbi arayış (sağlamlıq kağızı);
  3. Sürücülük təhsili alması barədə sənəd-şəhadətnamə (müstəqil hazırlaşmış şəxslər istisna olmaqla);
  4. Dövlət rüsumunun ödənilməsinə dair sənəd.

#Sürücülük

Sürətli Qeydiyat