09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Uşaqlar üçün erkən inkişaf | EDU Company

Uşaqlar üçün erkən inkişaf

Uşaqların inkişafı

Hər bir insanın ən mühüm öyrənmə dövrü 0-6 yaş aralığıdır. Bunu nəzərə alaraq erkən inkişaf qruplarımıza 3 yaşından uşaqlarınızı gətirə bilərsiniz. Hər bir uşaq fərdidir. Hər bir uşağın özlərinə məxsus öyrənmə tezliyi və xüsusiyyətləri vardır. Bu səbəbdən ilk gəldiyində uşağın inkişaf səviyyəsi  qiymətləndirilir. Onların inkişaf səviyyələrinə uyğun  tapşırıqlar verilir. Uşaqlar hər hansı oyuna  asanlıqla cəlb olunurlar. Buna görə də müəllimlərimiz oyun oynamaq həvəsindən  istifadə etməklə onları tədrisə yönəldir. Oyun prosesində uşaqlar özləri də hiss etmədən müxtəlif hərəkətlər yerinə yetirir, şifahi hesablamalar aparır və.s Beləliklə onların kiçik və böyük motor bacarıqları inkişaf edir. Müxtəlif oyunlar zamanı həm də fiziki hərəkətlər etmiş olurlar ki, bu da fiziki inkişafa səbəb olur.
Ailədə sevgi, qayğı içində yaşayan  uşaq real dünyaya atılarkən  cəmiyyətə uyğunlaşa bilmir. Real dünyaya  hazırlaşmaq  sadəcə oxumaq, yazmaq və ya danışmaqdan ibarət deyil. Ünsiyyət qura bilmək, oxumaq və saymaq bacarığı uşaqların illər ərzində inkişaf etdirmələri üçün vacib bacarıqlardır. Lakin onların sosiallaşmaq  emosional cəhətdən dözümlü və ya dayanıqlı olmaq bacarığı daha əhəmiyyətlidir. Biz qrupumuzda uşaqlara seçim etməyi, fikirlərini ifadə etməyi, bir-birinə kömək etməyi, lazımi bacarıqları inkişaf etdirməyi və müstəqil düşünməyi öyrədirik. Bunu müxtəlif monupulyativlərdən istifadə etməklə, oyunlar keçirməklə, onlardan təsviri -incəsənət bacarıqlarını inkişaf etdirməklə öyrədirik. Uşaqlar bir-birilərini  dinləməyi, öz növbəsini  gözləməyi başqa sözlə  bir-birilərinə  qayğı və hörmətlə  yanaşmağı öyrənirlər. Beləliklə uşaqlar hələ erkən yaşından  oyunlar üzərində  yeni bilik və bacarıqlara  sahib olur. Deməli əylənərək öyrənirlər. Bilirik ki, uşaqlar oyun zamanı əylənirlər, həmin vaxt isə daha fəal olur və daha yaxşı öyrənirlər. Oyun inkişafın əsas mənbəyi kimi uşağın hərtərəfli inkişafı üçün çox vacibdir. Bilik və bacarıqları uşaqlara oyun yolu ilə əyləncəli və interaktiv şəkildə öyrədiləndə onların həm başı qarışır, əylənirlər həmdə məlumatları mənimsəyib yadda saxlayırlar. Balaca uşaqlar üçün oynamaq və öyrənmək fərqli fəaliyyət növləri deyil,əksinə bir-birinə bağlı olanlardır. Erkən Təhsil (məktəbəqədər təhsil) niyə vacibdir?

Öyrənmə gücü


“Erkən İnkişaf” təhsilin məqsədi  uşağın inkişaf  və öyrənmə gücü qabiliyyətini artırmaqdır. O, sonrakı yaşlarda  gələcək  inkişafa və öyrənməyə  güclü və müsbət  təsir göstərir. Sübutlar göstərir ki, uşağın həyatının ilk illərində həyata keçirilən  hərtərəfli və yüksək  keyfiyyətli müdaxilələr  qısa və uzun müddətə əhəmiyyətli faydalar verir. Bütün uşaqlar öyrənə bilər və hər bir uşağın  öyrənmək hüququ var. Uşaqlar məktəbəqədər sinif otağına ilk dəfə daxil olduqda, bura onlar üçün  başlanğıc davranış və akademik gözləntilər baxımından çox tanış olmayan bir dünya ola bilər. Məktəbəqədər təhsil uşaqlara bir çox səviyyələrdə məktəbə və həyata  hazırlaşmağa kömək edə bilir.Onlara bir çox həyati bacarıqlar öyrədir. Şəxsi gigiyena qaydaları  qaydaları, topu atıb tutma, dostu kədərli göründüyü zaman  onunla düzgün ünsiyyət və.s
Məktəbəqədər təhsil modelimiz uşaqların öyrənməsi və inkişafına xidmət edir.Biz yemək və ya yatmaq vaxtı təmin edən tam günlük bağçalarla rəqabət aparmırıq. Lakin uşaqların ibtidai təhsilə başlamazdan əvvəl lazım olan bütün məktəbəqədər bacarıqlarını inkişaf etdirmələrini təmin edirik.Biz Azərbaycan  Respublikası  Təhsil Nazirliyinin  bütün  tələb və normalarına  əməl edir və məktəbəqədər  təhsilin dövlət standartlarına əməl edirik.Bu standartlar elmi-pedoqoji  prinsiplər əsasında uşaqların,ailələrin və cəmiyyətin tələbatlarına  uyğun hazırlanmış ümumi normalar məcmusudur.
Məktəbəqədər təhsilin yeni məzmunu ilə əlaqədar məktəbəqədər təhsil müəssisələrində köhnə təlim modelindən imtina etmək lazımdır. Standartlar  uşaqların öyrənmə  yükünü azaltmaq  məqsədi daşıyır. Uşaq inkişafının 4 sahəsini nəzərə alaraq fərdi  yanaşma tələb olunur. Fiziki, koqnitiv, estetik və yaradıcı, sosial-emosional, sağlamlıq və təhlükəsizlik.
Mini-Bağça proqramına aiddir:
Şifahi nitqin inkişafı
Ana dili
 Riyaziyyat
 Ətraf aləm
 İngilis dili
 Matorikanın inkişafı
 Məntiqi təfəkkürün inkişafı (testlər və praktiki məntiq)
 Zəka inkişafetdirici oyunlar
Etik və gigiyenik qaydalar
 Səhnəciklərin hazırlanması
 Rəngləmələr
 İstirahət və yemək saatı
Yaradıcılığın inkişafı (aplikasiya, plastilinlə iş)
 Karifeylərlə tanışlıq


#Hazırlıq

Sürətli Qeydiyat