09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Vergi sistemi | Onlayn kargüzarlıq | EDU Company

Vergi sistemi və onlayn kargüzarlıq nədir

Vergi sistemi

Kursumuzda tədris olunan Mühasibat uçotunun bölmələrindən biri də e-taxes.gov.az portalından istifadənin tələbələrə çatdırılmasıdır. E-taxes.gov.az portalına daxil olduqdan sonra giriş düyməsi sıxılır.
Açılan yeni səhifədə portaldan istifadə üçün dörd seçim verilir. Bunlardan birincisi Asan İmza ilə sistemə daxil olmaqdır. Asan imza müəssisə rəhbərinin imzasını, eləcə də müəssisənin möhürünü təsdiq edən nömrədir. Asan İmza nömrəsi adi bir nömrədir və onun dublikatı çıxarılır. Nömrəni digər adi nömrələrdən fərqləndirən xüsusiyyət bu nömrənin özünün Pin 1, Pin 2 və Puk-u olmasıdır. Bu nömrənin istifadə müddəti 3 ildir. Hər dəfə sistemə daxil olmaq üçün Asan İmza nömrəsindən 3 qəpik silinmiş olur. Nömrəni əldə etmək üçün mobil operatora müraciət olunur. Nömrə alındıqdan sonra isə vergi orqanına yaxınlaşmaq lazımdır. Vergi orqanı müəssisə rəhbərinə 2 sertifikat təqdim edir.Bunlardan birincisi Biznes sertifikatı, ikincisi isə vətəndaş sertifikatıdır. İkinci seçim E-imzadır. Asan imzadan fərqli olaraq E-imza kiçik bir cihazdır və komputerə qoşulur. Portala daxil olmaq üçün gələn kod həmin cihazda təsdiq olunur.
Üçüncü seçim Vergi orqanı tərəfindən sertifikat əldə olunan zaman bizə təqdim olunan Kod, Parol və Şifrədir. Bu variantdan istifadə edərək portala daxil olarkən Asan İmzadan fərqli olaraq heç bir tutulma olmur. Dördüncü seçim isə Şəxsiyyət vəsiqəsidir ki,bu bölmədə əgər hüquqi şəxs olaraq qeydiyyatdan keçmək istəyiriksə şəxsiyyət vəsiqəmizin Fin kodunu yazıb qeydiyyatdan keçə bilərik. Lakin fiziki şəxs olaraq mütləq şəkildə Asan İmza nömrəsiniəldə etmək lazımdır. Vergi sisteminə daxil olduğumuz zaman birinci bölmə olaraq Onlayn Kargüzarlıq bölməsi əks etdirilir.Bu bölmədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən gələn və yaxud bizim göndərmiş olduğumuz məktublara baxış keçirmək mümkündür. Hüquqi və yaxud fiziki şəxs olaraq daxil olduğumuz zaman Onlayn Kargüzarlıq sistemi eyni şəkildə əks etdirilir. Eləcə də bu bölmədə Yeni Müraciət-ə daxil olaraq seçim üçün təqdim edilən bölmələrdən istifadə edərək Vergi orqanına məktubumuzu göndərə bilərik. Seçimlərə cari vergi ödəmələri haqqında arayış, məktub, tender məlumatı, təklif, təşəkkür, şikayət, ərizə və ərizəyə daxil olan Sair Ərizə bölməsinin alt kateqoriyalarını misal göstərmək olar. Bu alt kateqoriyalara Artıq ödəmələrin geri qaytarılması haqqında arayış, Bank hesabının açılması, Təsərrüfar obyektinin (subyektinin) qeydiyyatı, Xronometraj metodu ilə müşahidələrin aparılması, Borcun olub-olmaması haqqında arayış, Üzləşmə aktının verilməsi, Fiziki (Hüquqi) şəxsin fəaliyyətinin dayandırılması, fəaliyyətin bərpası, məlumat dəyişikliyi və s. aiddir. Bank hesabının açılması üçün ilk növbədə Vergi orqanına Onlayn kargüzarlıq sistemi vasitəsilə şəhadətnamə-dublikat göndərilir. Təsərrüfat obyektinin (subyektinin) qeydiyyat ərizəsinə daxil olaraq müəssisə tərəfindən icarəyə götürülən obyekt barədə vergiyə məlumat göndərilir. Bu bölmədə dörd cür icarə forması mövcuddur. Bunlardan birincisi mülkiyyətində olan bölməsidir.Burada şəxsin öz əmlakından söhbət gedir və müəssisə rəhbəri həmin əmlakın sahibi olduğuna görə vergi orqanına məlumat göndərir, lakin vergi ödəmir. İkinci forma icarəyə götürən formasıdır. Bu bölmədə hüquqi şəxsdən icarəyə götürülmə başa düşülür. Buna Plazaları misal göstərmək olar. Hər bir sahibkar Plazalarda icarəyə obyekt götürürsə arayış təqdim edilir ki, bu arayışda da müəssisənin VÖEN-i və eləcə də obyekt kodu qeyd olunur. Üçüncü forma ödəmə mənbəyi formasıdır. Bu bölmədə sahibkarın obyekti vətəndaşdan götürməsi nəzərdə tutulur. Dördüncü forma olan subicarə formasında isə icarəyə götürülmüş obyektin müəyyən bir hissəsinin də yenidən icarəyə verilməsi qeyd olunur. Ümumiyyətlə Onlayn Kargüzarlıq sistemində elektron qeydiyyat,gələn məktubların telefon nömrəsinə yönləndirilməsi, riskli vergi ödəyicisinə baxış bölmələri də yer almaqdadır. Bu bölməni digərlərindən fərqləndirən cəhətlərdən biri də E-qaiməyə keçidin məhz bu bölmədə yer almasıdır. Mühasiblər Onlayn Kargüzarlıqdan E-qaiməyə keçid edərək asanlıqla mal, iş və xidmətləri qaralama bölməsinə qədər işləyə bilərlər.
Ümumilikdə deyə bilərik ki, tələbələr kursumuzun mühasibat bölməsində dərs alaraq bu bölmələri ətraflı şəkildə mənimsəyə bilərlər.

 Mühasibatııq kursu

"EDU Company" Təhsil Şirkəti sizi 4 aylıq proqram müddətində bir mühasib kimi formalaşdırır və kursun sonunda öyrəndiklərinizə əsasən sertifikat imtahanından keçərək sertifikat əldə edirsiniz. Əldə etdiyiniz sertifikat dövlət və ya özəl müəssisə olmasından asılı olmayaraq bütün müəssisələrdə keçərlidir. Bu proqram müddətini uğurla başa vuran tələbələrimiz kursumuzun test imtahanı, açıq dərs və müsahibə mərhələlərindən ibarət olan müəllimlərin işə qəbulu imtahanından uğurla keçərək "EDU Company" Təhsil Şirkətində müəllim olaraq da fəaliyyətə başlaya bilər. 

Mühasibatlıq kursları haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Mühasibatlıq kursu


#Mühasibatlıq

Sürətli Qeydiyat