Yeni abituriyent | abituriyent dərsləri | EDU Company

Yeni abituriyent

Abituriyent dərsləri

Bildiyimiz kimi Azərbaycanda aşağıdakı təhsil pillələri vardır:


1.İbtidai təhsil
2.Ümumi orta təhsil
3.Tam orta təhsil
4.İlk və orta peşə-ixtisas təhsili
5.Ali təhsil


İbtidai təhsilin məqsədi uşaqlarda oxumaq yazmaq və ilkin həyati bilikləri və digər xüsusiyyətləri formalaşdırmaqdan ibarətdir.
Ümumi orta təhsilin məqsədi şagirdlərdə şifahi nitq və yazı mədəniyyətinin, ünsiyyət bacarığının, idraki fəallığın, məntiqi təffəkürün formalaşmasını, təhsil proqramına daxil olan fənnlər üzrə, eləcə də dünyanın inkişafı haqqında bilik və təsəvvürlərin yaradılmasını, müasir informasiya-kommunikasiyadan istifadə bacarığını, hadisələri qiymətləndirmək və özünün gələcək fəaliyyət istiqamətini müəyyənləşdirmək bacarığını təmin etməkdən ibarətdir, bu təhsil pilləsi 5-9-cu sinifləri əhatə edir. Respublikamızda bu təhsil pilləsi icbaridir. Bu təhsil pilləsini bitirdikdə yekun qiymətləndirmə aparılır və imtahanı müəffəqiyyətlə başa vuran hər bir şagirdə dövlət sənədi-şəhadətnamə verilir. Həmin bu sənəd təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas sayılır.
Tam orta təhsil pilləsi şagirdlərin müstəqil həyata və peşə seçməyə hazırlanması, fəal vətəndaş mövqeyinin formalaşdırılması, milli və ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşması və tolerantlığı, xarici dillərdən birində və yaxud bir neçəsində ünsiyyət saxlamasına və bu və ya bu kimi digər bacarıqların mənimsənilməsini nəzərdə tutur.
Bu təhsil pilləsini bitirdikdən sonra şagirdlərə mərkəzləşdirilmiş formada qiymətləndirmə keçirilir. Yekun qiymətləndirməyə əsasən şagirdlərə dövlət sənədi-atestat verilir. Bu sənəd də təhsilin növbəti pillədə davam etdirilməsi üçün əsas zəmin yaradır.
Hazırda ölkəmizdə 9-11-ci sinif şagirdlərini “abituriyent” adlandırırıq. Ümumi və tam orta təhsilin bu pilləsini müəffəqiyyətlə başa vurmaq üçün 9, 10, 11-ci sinif şagirdləri müxtəlif kurslara və repetitor yanına baş vururlar. Nəticə etibarı ilə bu bəzən uğurlu, bəzən də uğursuz olur.

Abituriyent kursu


Uğursuz olmağını onla izah etmək olar ki, çox vaxt valideynlər fərdi muəllimlərə getməyi daha üstün tuturlar. Amma çox vaxt fərdi müəllimlər övladlarımızın ali məktəblərə qəbuluna zəmanət verə bilmirlər. Bəzən maddiyyat onların mənəvi məsuliyyətini kölgədə qoyur.  Abituriyentlərin hər cür rahatlığını düşünərək bu il yenidən yeni qaydalar tətbiq etməklə yola çıxdıq. Artıq dərslərimiz həftədə 2 dəfə deyil, 3 dəfə keçirilir. Sahələrimiz arasında ən həsas yanaşdığımız abituriyent sahəsidir. Bizim digər təhsil mərkəzlərindən ən birinci və ən əsas fərqimiz. Bizim təhsil sahəsində geniş miqyaslı fəaliyyət sahələrini mükəmməl şəkildə bir məkanda birləşdirmişik. Təmsil etdiyimiz bütün şöbələrlə sağlam şəkildə rəqabət apararaq uğur qazanmaq üçün çalışırıq

100% Ali məktəbə qəbul

 Azərbaycanda “EDU Company” Təhsil Şirkəti yeganə şirkətdir ki, abituriyenlərin həm yekun qiymətləndirilməsindən müəffəqiyyət qazanmasına, həm də ali məktəblərə qəbul olmasına 100% yazılı zəmanət verir. “EDU Company” Təhsil Şirkəti bu sahədə artıq neçə ildir ki, böyük uğurlara imza atmışdır. Bu il abituriyent sahəsindəki uğurlar 2 dəfə daha çox olmuşdur.
Hər ay özümüzün Dövlət İmtahan Mərkəzinin proqramına əsasən özümüzün imtahan mərkəzimiz tərəfindən hazırlanmış sınaq imtahanları təşkil olunur. Sınaq imtahanlarının nəticələrinə əsasən abituriyentlərə şirkətimiz tərəfindən təqaüd paketi tətbiq olunur ki, bu da başqa təhsil mərkəzlərindən fərqli olaraq onun ödənişindən çıxılmır, birbaşa olaraq abituriyentin özünə təqdim olunur. Bütün bunlardan əlavə sınaq imtahanının nəticələri təhlil olunur əgər abituriyentlərimizin hər hansı bir fəndən zəifliyi varsa, müəllimlərimiz tərəfindən əlavə dərslər təşkil olunur və bu əlavə dərslərə görə heç bir əlavə ödəniş tələb olunmur.
Abituriyentlərin uğuru həm də bizim uğurumuzdur. Onların daha yüksək nəticə qazanması ölkədə bizim reytinqimizin ən ön sıralarda olmasına böyük zəmin yaradır.
Bizim bu birliyimiz bir zənciri xatırladır, hansımızsa əlimizi buraxsaq bütün düzənimiz pozular. Hamının fəaliyyəti bir-biri ilə sıx əlaqəlidir. Bütün bu deyilənləri yekunlaşdırmaq üçün belə bir düstur verə bilərəm:
UĞUR = EDU COMPANY+İXTİSASLI/PEŞƏKAR KADR+KEYFİYYƏTƏ NƏZARƏT+VALİDEYN NƏZARƏTİ

Abituriyent dərsləri daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Abituriyent hazırlığı

                                              


#Abituriyent