09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Zəka oyunları | EDU Company

Zəka oyunları

Zəka oyunları nədir?

Uşaq dünyasında oyunun vacibliyinə diqqət çəkmək, uşağı zəka oyunları dünyası ilə tanışdırmaq, zəka oyunlarının əsas anlayışlarını uşağa izah etmək, intellekt oyunlarını inkişaf etdirdiyi sahələrə görə praktikada nümayiş etdirmək və tətbiq etmək, zəka oyunları haqqında qaynaqlar təmin etmək, uşaqlarda qeyri-adi düşünmə bacarıqlarının inkişafı -  sadalananların hamısını ”EDU Company” Təhsil Şirkəti ilə reallaşdıracaqsınız.

Zəka oyunlarının uşaqlar üçün faydaları

1. Diqqət və yaddaşı inkişaf etdirir

2. Konsentrasiya və məntiqi düşünməni inkişaf etdirir

3. Geometriyanın əsaslarını anlamağa kömək edir

4. Sürətli düşünmə ,həyəcanlı halda qəra vermə,problem həllini ,fikir yürütmək bacarıqlarını inkişaf etdirir

Zəka oyunları uşaqlara nəyə görə lazımdır:

Valideynlər çox zaman övladlarının məntiq, riyaziyyat, 2-3 mərhələli misal və məsələ dərslərini sərbəst şəkildə həll etməkdə çətinlik çəkdiklərindən şikayət edirlər. Buna isə səbəb uşaqlarda :

  • Məntiqi düşünmə ardıcılığı;
  • Məntiqi qərar qəbuletmə ardıcıllığı;
  • Problem həll etmə ardıcılıığı ilə bağlı düşüncələrin olmamasıdır.

Bütün bunların öhdəsindən gəlmək üçün isə ZƏKA OYUNLARI uşaqlara çox vacibdir. Xüsusilə də ibtidai sinif uşaqları məntiqi testlərin həllində problem yaşayır və bu problemin aradan qaldırılması üçün zəka oyunları çox əhəmiyyətlidir. Zəka oyunları zamanı uşaq bir neçə gedişin  ardıcıllığını tapır və nəticədə yekun problemi həll etməyə çalışır ki, bu da məntiq testlərinin həll edilməsinə tam uyğundur. Diqqət etsək görərik ki, valideynlər ən çox məntiq testinin həll edilməsinə çətinlik çəkdiklərindən şikayətlənirlər. Əgər siz də şikayət edən valideynlərdən biri olmaq istəmirsinizsə o zaman övladınızı  zəka oyunlarına yönəldirin. Uşaqlar zəka oyunları ilə düşüncəsini inkişaf etdirir ki, bu da mərhələlərlə  problem həll etməsini asanlaşdıraraq gələcəkdə bu tip məsələ, misal və tapşırıqların həll etməsinə çox kömək olacaq.

Ağıl və zəka oyunları uşaqların məntiq, düşünmə, problem həll edə bilmək bacarıqlarını artırır. Artıq uşaqların əllərində elektron qurğular olduğu üçün zəka inkişafları daha sürətlə baş tutur. Hər şeyi qısa zaman çərçivəsində başa düşür və dəyərləndirirlər. Hər ailə övladının daha yaxşı şəkildə təhsil görməsini istəyir. Ancaq araşdırmalar sübut edir ki, sadəcə məktəbdə öyrənilənlər kifayətsiz qalır. Türkiyədə bununla bağlı bir neçə araşdırma aparılıb. Belə ki, uşaqlara həftədə iki dəfə bir saat on beş dəqiqəlik müxtəlif zəka oyunları təşkil edilməlidir. Bu, onların daha məntiqli düşünməklərini təmin edir.

Həmçinin zəka oyunları uşaqların qavrama, anlama bacarıqlarını da inkişaf etdirir. Mütəxəssislər belə oyunların qrup şəklində görülməsini məsləhət bilirlər.

ZƏKA OYUNLARI Uşaqlarda məkan anlayışını formalaşdırır, düşünmə, yaradıcılıq, hissələri bir yerə toplamaqla 3 ölçülü məkan anlayışını formalaşdırır, əl bacarıqlarını kəşf etməyə şərait yaradır. Görüntü, söz tanıma, uyğunluq, müqayisə etmə bacarıqlarını inkişaf etdirir. Söz bazasını zənginləşdirir. Diqqət və yaddaşın inkişafına  səbəb olur. Uşaqlarda sıra məntiqi, uduzmaq və qalib gəlmək anlayışlarını formalaşdırır. Məkan anlayışını formalaşdırır, konsentrasiya və məntiqi düşünməni inkişaf etdirir. Geometriyanın əsaslarını anlamağa kömək olur. Diqqət , eşitmə, rəqəmləri tanıma, rəqəm və hərfləri eyni zamaanda müqayisə etmək və s. bacarıqlarının inkişaf etdirilməsi. Geometriyaya marağı artırır, riyazi bacarıqları inkişaf etdirir, tam-hissə, məkan-forma, fikirlərini genişləndirir. Rəng və fiqurları tanımağa kömək olur. Zehni və vizual diqqətin, tam-hissə anlayışının, müvəqəti yaddaşın inkişafına, məlumatın sürətinin çıxarılması və ötürülməsi kimi bacarıqlara yiyələnməyə kömək olur. Vizual qavramanı, məntiqli düşünməni, strateji planlaşdırmanı, problem həllini, planlaşdırma və fikir yürütmək bacarıqların inkişaf etdirir. Uşaqlarda tamın  hissələrini dərk etməyə, hissələrdən əşyalar düzəltməyə, yaradıcılıq qabiliyyətinin inkişafına kömək olur.

Kreativliyin inkişafını, həyəcanlı halda qərar vermək və düşünmək, dinləmə bacarıqlarını, sürətli düşünmə, diqqət, konsentrasiya, yaddaş və söz ehtiyatını gücləndirir. Yaddaş, konsentrasiya xüsusiyyətlərini fərqləndirmək, şəkil və söz tanımağı, siniflərə ayırma, saymaq, müqayisə etmək, ardıcıllığı gözləmək, uduzmaq və udmaq kimi bacarıqların yiyələnməsinə kömək olur.

 

Diqqət cəmləməyə, konsentrasiya, riyaziyyatı sevmək, şəkillərə müxtəlif prizmalardan baxa bilmək, düşüncə gücünü artırmaq, tam və hissə anlayışını formalaşdırmaq kimi bacarıqları yaradır. Uşaqlar oyun zamanı zərləri ataraq üzərində yaranan rəqəmləri bir-birinə vurur. Alınan hasil  stolun üstündə olan kartlar arasından seçib tez götürür. Sonda kimin kartı çox olsa o qalibdir. Bu oyun uşaqlarda diqqət cəmləmə, konsentrasiya, riyaziyyatı sevmək, şəkillərə müxtəlif prizmalardan baxa bilmək, düşüncə gücünü artırmaq kimi bacarıqları yaradır.

 

 


#Hazırlıq

Sürətli Qeydiyat