Abituriyent Hazırlığı | Qəbula 100% Zəmanət  |  Edu Company

Abituriyent hazırlığı

Təhsil ictimaiyyətin əldə etdiyi biliklərini, bacarıqlarını və dəyərlərini bir nəsildən digərinə ötürən bir prosesdir.   Daha geniş mənada təhsilə şəxsin düşüncəsinin, xarakterinin və fiziki qabiliyyətinin təsiri ilə həyata keçirdiyi hər hansı bir hərəkət və ya təcrübə daxil edilə bilər. Təhsil, inkişafa, həmçinin sosial və iqtisadi uğurlara nail olmaq üçün fərdlərin və icmaların imkanları və potensialına əsaslı təsir göstərir. Təhsil inkişafın, eləcə də insanların gücləndirilməsi üçün lazım olan əsas faktorlardan biridir. Təhsil insanları bilik və məlumatlarla təmin edir, həmçinin özünə hörmət və özünə inam hissi yaratmağa və potensialı reallaşdırmağa kömək edir.

Tarixi mənbələr göstərir ki, Azərbaycanda ibtidai savad təlimi verən ilk məktəblərin yaranması yeni eranın əvvəllərinə təsadüf edir. VII əsrdə artıq təhsil sistemi formalaşmaqda idi.

Daha sonralar inkişaf elə bir səviyyəyə çatmışdı ki, X-XIII əsrlərdə Azərbaycanın bir çox şəhərləri, o cümlədən Təbriz, Marağa, Gəncə, Naxçıvan, Şamaxı, Ərdəbil Şərq aləmində elm, təhsil, incəsənət və mədəniyyət mərkəzləri kimi tanınırdı.

Eramızın XIII-XIV əsrlərində təhsil və elm sahəsindəki canlanma və inkişaf, bir sıra tanınmış təhsil ocaqlarının fəaliyyəti diqqəti cəlb edir. Onlardan Təbrizdə "Qazaniyyə", "Fələkiyyə", "Şeyx Kəmaləddin Xocəndi", "Dəməşqiyyə", "Qazi Şeyx Əli", "Məqsudiyyə", "Müzəffəriyyə", "Nəsriyyə" mədrəsələri geniş fəaliyyət göstərmişlər. Şənbi-Qazanda "Şəfeiyyə" və "Hənəfiyyə" mədrəsələri olmuşdur. Bakıda "Şah məscidi" yanında mədrəsə, Seyid Yəhya mədrəsəsi, Ərdəbildə Şeyx Səfi məqbərəsi nəzdindəki "Darül-irşad", Dərbənddə məhəllə məscidi yanındakı mədrəsənin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verirdi.

Bu dövrdə orta təhsillə yanaşı, geniş ərazidə tanınmış ali təhsil müəssisələrinin də fəaliyyət göstərdiyi xəbər verilir. Təbrizdə "Rəbi-Rəşididə" darülfünunu Yaxın və Orta Şərqin ən böyük təhsil ocağı idi. Bu ali məktəbdə 7 min tələbə təhsil alırdı. Burada Çin, Hindistan, Misir və Suriyadan dəvət olunmuş 500 nəfər alim tədris işilə yanaşı, həm də əhalinin müalicəsilə məşğul olmuşlar. Darülfünunda təbiətşünaslıq, fəlsəfə, tarix, təbabət, nücum, məntiq, ilahiyyat şöbələri fəaliyyət göstərirdi. Bu müəssisə həm də zəngin kitabxanası ilə də sayılır, seçilirdi. Tədris ərəb, fars və Azərbaycan dillərində aparılırdı.

XVI-XVII əsrlərdə elmlə yanaşı təhsil də inkişaf etmiş, bir sıra yeniliklər baş vermişdir. Keçən əsrlərdə olduğu kimi, bu dövrdə də təlim-təhsil məsələlərinə din xadimləri rəhbərlik edirdi. Tələbələr yenə də məscidlərdə, şəxsi evlərdə təşkil edilən məktəb və mədrəsələrdə təhsil alırdılar. Uşaqlar əvvəlcə ana dilində, yuxarı siniflərdə isə ərəb və fars dillərində təhsillərini davam etdirirdilər. Əlifbanı tamam- kamal öyrəndikdən sonra "Quran"ı əzbərləyirdilər. Təhsil ocaqlarında ilahiyyat dərsi geniş tədris edilsə də, ictimai və təbiət elmləri də keçilirdi. Eyni zamanda astronomiya və riyaziyyat elmlərinin tədris edilməsi barədə də xəbər verilir[64]. XVIII əsrdə Təbrizdə 600 məhəllə məktəbi və 47 mədrəsə, Şamaxıda 40-a qədər məktəb və 7 mədrəsə, Ərdəbildə Şeyx Səfi məqbərəsində xüsusi mədrəsə fəaliyyət göstərmişdir.

XVIII əsrdə olduğu kimi, XIX əsrin əvvəllərində də təhsil müsəlman ruhanilərinin təsir dairəsində idi. Məscidlərin və digər dini ocaqların nəzdində məktəb və mədrəsələr yetərincə fəaliyyət göstərirdi. Çoxillik ənənəvi təhsil öz işini, inkişafını davam etdirirdi. Lakin zamanın tələbinə uyğun olaraq qabaqcıl və daha mütərəqqi təhsilə böyük ehtiyac duyulurdu. 1829-cu ildə təqdim olunan təhsil nizamnaməsi bu vacib məsələni bir qədər də tezləşdirdi. Tədricən Gəncə, Şəki, Şuşa, Naxçıvan, Ordubad, Şamaxı, Bakı, Quba, Lənkəran və digər qəza məktəbləri yarandı və fəaliyyətə başladı. Bu ikisinifli məktəblərdə şəriət, qiraət, hüsnxət, hesab, rus və Azərbaycan dili tədris edilirdi.

EDU Company Abituriyent hazırlığı

9 ildən çoxdur ki, fəaliyyət göstərən EDU Company Təhsil  Şirkəti öz peşəkar müəllim kollektivi ilə daima sizin xidmətinizdədir. 

Belə ki, mərkəzimizdə abituriyent hazırlığı üzrə peşəkar müəllim heyəti ilə çalışılır.

Dərslərimiz həftədə 2 dəfə 90 dəqiqə olmaqla keçirilir. Bundan əlavə olaraq abituriyentlərin əlavə dərsləri,etüd dərsləridə mərkəzimizdə keçirilməkdədir.

İlk dərsimiz ödənişiniz sınaq dərsidir. Sınaq dedikdə siz  müəllimlərin dərs keçmə  keyfiyyəti ilə yaxından tanış olursunuz.

EDU Company Azərbaycanda yeganə Təhsil Şirkətidir ki,abituriyentin Ali Məktəbə daxil olmasına 100% ZƏMANƏT verir.

Əziz valideynlər,övladınızın gələcəyini əmin əllərə həvalə edin.Çünki Sizin Övladınız Bizim gələcəyimizdir!!!

Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Abituriyent hazırlığı

 

 

 

 

 

 


#Abituriyent #Hazırlıq