09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Dövlət qulluğu kursu |Dövlət qulluğuna qəbul | EDU Company

Dövlət qulluğuna qəbul

Dövlət qulluğu nədir?

Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. İnzibati vəzifələr dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin, yardımçı vəzifələr isə dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir.

İnzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili, yardımçı vəzifə iddiasında olan şəxsin isə tam orta təhsili olmalıdır. Yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul bilavasitə dövlət orqanı tərəfindən həyata keçirilir.

Birinci-üçüncü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci-üçüncü təsnifatlarına uyğun olan vəzifələrin, habelə mərkəzi icra hakimiyyəti orqanlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələrinin tutulması daxil müsahibə keçirilməklə həyata keçirilir. Ali təhsil üzrə ixtisası və iş stajı vəzifə təlimatında müəyyən edilmiş tələblərə uğun olan Azərbaycan Respublikasının vətəndaşları həmin vəzifələrin tutulması məqsədilə elan edilmiş daxili müsahibədə iştirak edə bilərlər. Daxili müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada Mərkəzin internet portalı vasitəsilə qeydiyyatdan keçməklə həyata keçirilir.

Dövlət orqanlarında inzibati vəzifələrin dördüncü-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə(yerli icra hakimiyyəti orqanları, yerli icra hakimiyyəti orqanlarının yanındakı orqanlar və inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, habelə mərkəzi icra hakimiyyəti orqanlarının Aparatlarında (Ali Attestasiya Komissiyası daxil olmaqla) şöbə müdiri, rəhbərin müşaviri və rəhbərin köməkçisi vəzifələri istisna olmaqla)dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir.

Mərkəz inzibati dövlət qulluğu vəzifələri üzrə dövlət qulluğuna qəbul üçün test imtahanları təşkil edir və test imtahanından keçən şəxsə imtahandan keçdiyini təsdiq edən sertifikat verir. Sertifikatın qüvvədəolma müddəti beş ildir.

Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibənin keçirilməsi haqqında elan, sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət göstərilməklə, Mərkəzin internet portalında, dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanının internet saytında və digər kütləvi informasiya vasitələrində verilir.

Test imtahanı dövlət qulluğu vəzifələrinin növləri üzrə aşağıdakı qruplara uyğun keçirilir:

Dövlət qulluğu kategoriyaları

Dövlət qulluğu A kategoriyası-  inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:

  • Dövlət qulluğu  AB kategoriyas;
  • Dövlət qulluğu  AC kategoriyas;

Dövlət  qulluğu  B  kategoriyas -  inzibati icraçı vəzifələr üzrə:

  • Dövlət qulluğu  BA kategoriyas;
  • Dövlət qulluğu  BB kategoriyas;

 

Dövlət qulluğu imtahanı

Test imtahanında istifadə ediləcək test tapşırıqlarının aşağıdakı növləri var:

  1. qapalı tipli, yəni verilən cavab variantlarından 1 doğru cavabın müəyyənləşdirilərək qeyd edilməsi tələb olunan test tapşırıqları;
  2. açıq tipli, yəni cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilərək yazı ilə ifadə olunması tələb edilən test tapşırıqları;
  3. sərbəst şəkildə cavablandırılan esse tipli tapşırıqlar.

Test imtahanında iştirak etmək üçün vətəndaşlar Mərkəzin internet portalı (bundan sonra – portal) vasitəsilə onlayn qeydiyyatdan keçir və portal vasitəsilə ona qeydiyyatdan keçdiyini təsdiq edən elektron bildiriş və namizədin hüquq və vəzifələrinin əks olunduğu yaddaş kitabçası göndərilir.

Test imtahanının keçirilmə yeri və vaxtı Mərkəz tərəfindən müəyyən edilir və bu barədə imtahana azı 5 gün qalmış portalda məlumat yerləşdirilir. Mərkəz namizədin test imtahanında iştirakı ilə bağlı məlumatı özündə əks etdirən imtahana buraxılış vərəqəsini portalda yerləşdirir və namizəd onu çap edərək əldə edir.

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir.

İmtahan Mərkəzin qərarı əsasında kompüter və (və ya) kağız daşıyıcılar vasitəsilə keçirilir.

İmtahanın davametmə müddəti Mərkəz tərəfindən imtahanın məzmunundan (namizədlərə verilən test tapşırıqlarının növündən və sayından) asılı olaraq, aşağıdakı qayda nəzərə alınmaqla müəyyən edilir:

  1. qapalı tipli test tapşırıqlarının hər biri üçün 1 dəqiqə 30 saniyə;
  2. açıq tipli test tapşırıqlarının hər biri üçün 2 dəqiqə;
  3. esse tipli tapşırıqların hər biri üçün 30 dəqiqə.

 

Dövlət qulluğu imtahanı qiymətləndirilməsi

Namizədin imtahanda verdiyi cavablar aşağıdakı qaydada qiymətləndirilir:

  1. qapalı tipli test tapşırıqlarının hər birinin doğru cavablandırılması 1, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;
  2. açıq tipli tapşırıqların hər birinin doğru cavablandırılması 2, yanlış cavablandırılması və ya cavablandırılmaması 0 balla;
  3. esse tipli tapşırıqların cavablandırılması cavabın həcmindən, strukturundan, fikirlərin və baxışların məntiqlilik dərəcəsindən, nümayiş etdirilən yaradıcılıqdan, arqumentasiyadan, söz ehtiyatından, orijinallıqdan, üslubdan və dil qaydalarına riayət edilməsindən asılı olaraq 0 - 30 balla, cavablandırılmaması 0 balla.

Test imtahanının nəticələri haqqında məlumat portalda yerləşdirilir.

Test imtahanından keçən şəxsə inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq test imtahanından keçdiyini təsdiq edən sertifikat verir. Sertifikatın qüvvədəolma müddəti beş ildir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər.

Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikatı qüvvədə olan şəxs müsahibədə iştirak edə bilər. Müsahibədə iştirak etmək istəyən şəxs müsahibənin keçirilməsi elan edildiyi gündən 30 gün müddətində Mərkəzin portalı vasitəsilə dövlət qulluğu vəzifəsinin aid olduğu dövlət orqanına müraciət edir.

Müsahibə sənədlərin qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçirilir.

 

   Dövlət Qulluğu imtahanı haqqında nələri bilməliyik?

    Dövlət Qulluğu imtahanı  İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Belə ki, müsabiqə 4 mərhələdən: elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələsindən ibarətdir.

      Daha sonra isə test imtahan mərhələsində keçid balını toplamış namizədlər  vakant yeri seçmək imkanına malikdirlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Müsahibə mərhələsində isə namizədlərin peşekar kompetensiyaları, psixoloji hazırlığı. Qanunvericilik.  və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq, müvafiq komissiya tərəfindən yoxlanılır.

 

 

   Dövlət Qulluğu Kursu

EDU Company Təhsil Şirkəti Dövlət Qulluğu BB və BA kategoriyası üzrə

imtahana hazırlıq həyata keçirir.

- Hazırlıqlarımız həm online, həm də əyani şəkildə tədris olunur.

Əyani və online yeni açılmış Dövlət Qulluğu qruplarımız var. Hansı ki, peşəkar müəllimlər tərəfindən keçirilir. Qruplarımızda ən çox halda 10 tələbənin iştirakına icazə verilir.

Online dərslərimiz Zoom proqramı ilə görüntülü şəkildə keçirilir və dərslər bitdikdən sonra dərslərin video izahları whatsapp qruplarına atılır ki, müdavimlər təkrarən izləyə bilsinlər.

 

 Əksər Tədris Mərkəzlərindən fərqli olaraq bizim online dərslərimizdə də maxsimum tələbə sayı 10 tələbə olur.

- Dərslər ixtisas və təlim strategiyaları və metodika fənləri üzrə peşəkar müəllim kollektivi

tərəfindən aparılır.

- Qəbul səviyyəsində ayda 1 dəfə ödənişli Mövzu və Ümumi sınaq imtahanları təşkil

olunur. Sınaq imtahanlarından sonar hər hansı müvzu üzrə zəiflik olarsa həmin zəiflik aradan qalxana qədər əlavə dərslər təyin olunur.

- Hər fənn həftədə 2 dəfə 90 dəqiqə tədris olunur.

- Yüksək nəticə toplayan müdavimlərimizə əməkdaşlıq təklif olunur.

- Keyfiyyətli tədris və münasib qiymətlər sizə təklif olunur.Bu ayın sonuna kimi endirimli

qiymətlərlə qeydiyyatdan keçib dərslərimizdə iştirak edə bilərsiniz.

 

13 FEVRAL BB və BA kategoriyasi üzrə keçirilən imtahan NƏTİCƏLƏRİMİZ

    1. Ürfan Məmədzadə BA-99 Bal
    2. İlkanə Qasımova BA-91 Bal
    3. Lalə Mirzəyeva BA-90 Bal
    4. Finarə Aslanlı BB-78 Bal
    5. Arzu Əkbərova BB-75 Bal
    6. Gülü Sarıyeva BB-84 Bal
    7. Türkan Hüseynzadə BB-65 Bal
    8. Aynur Vəliyrva BB-73 Bal
    9. Turan Həşimova BB-74 Bal
    10. Orxan Musayev BB-77 Bal
    11. Murad İsmayılov BB-75 Bal
    12. Salman Zeynalov BB-75 Bal
    13. Cəmil Xəlilzadə BB-72 Bal
    14. Firuzə Musayeva BB-69 Bal
    15. İlahə Kərimova  BB-79 Bal
    16. Yaşar Vəliyev BB-74 Bal
    17. Gülşən Cəfərova BB-74 Bal
    18. Rahib İbrahimov BB-71 Bal
    19. Tural Cəfərov BB- 77 Bal
    20. Sevinc Aşurova BB-74 Bal
    21. Nahid Dadaşov BB-76 Bal
    22. Elnur Qasımov BB-67 Bal
    23. Tuncər Hüseynli BB-67 Bal
    24. Amin Əliyev BB-65 Bal

 

Qeyd olunan bütün məlumatlara yiyələnmək və Dövlət Qulluqçusu adını siz də qazanmaq istəyirsinizsə, yolunuzu EDU Company Təhsil Şirkətindən sala bilərsiniz.

   Dövlət Qulluğu haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz;

EDU Company Dövlət qulluğuna hazırlıq

 

 

 


#Dövlət Qulluğu #Hazırlıq

Sürətli Qeydiyat