09:00-21:00 İş saatları
Sınaq dərsi istə
İbtidai sinif hazırlığı | EDU Company

İbtidai sinif hazırlığı

Respublikamızda ümumi orta məktəb təhsili üç pillədən “ibtidai” “ümumi orta”, “Tam orta” təhsildən ibarətdir.

İbtidai təhsilin məqsədi uşaqlarda oxumaq yazmaq və hesablama qabiliyyəti yaratmaq onlara insan, cəmiyyət, təbiət haqqında ilkin bilikər vermək zövq və digər fikirləri formalaşdırmaqdan ibarətdir. Əksər dünya ölkələrində olduğu kimi ölkəmizdə də bu təhsil pilləsi vacibdir.

Dövrümüzdə şagirdlərə bilikli olmaqla yanaşı yaradıcı, tənqidi təfəkkür,qərarların müstəqil qəbul olunması kimi bilikləri aşılamaq önəmlidir.

İbtidai sinif hazırlığı 1-2-3-4 cü sinifləri əhatə edir. Azərbaycanda bu təhsil 6 yaşdan başlanır  4-cü sinifə qədər davam edir. Bu mərhələni uğurla başa vuran şagirdlər ümumi orta təsil pilləsində təhsil almaq hüququ qazanırlar.

İbtidai təhsilin üstünlükləri

İbtidai  təlim  ümumtəhsil  məktəbinin  çətin  və  məsul  bir dövrüdür.  Bu  dövrdə  şagirdlərə  bir  sıra  sadələşdirilmiş  biliklər, ümumi pedaqoji  bacarıqlar  aşılanır.  Onlar  təbiətdə,  cəmiyyətdə baş verən  hadisələr ilə  tanış  olur,  mənəvi-əxlaqi,  əmək,  fiziki,   iqtisadi, ekoloji tərbiyə sahəsində ilkin vərdişlər qazanırlar. Uşaqların  əqli  və  fiziki  qabiliyyətlərinin  hərtərəfli  inkişafı onların  dünyagörüşünün,  habelə,  davranışla  bağlı  bütün  mənəvi keyfiyyətlərinin  formalaşdırılmasının  əsası  məhz  ibtidai  siniflərdə qoyulur.

İbtidai təhsil uşaqların ümumi təhsilinin ilkin mərhələsidir. İbtidai təhsil alan uşaqlar ətraf mühit haqqında ilkin biliklər əldə edirlər.Ünsiyyət və tətbiqi məsələləri həll etmək bacarıqlarına yiyələnirlər. Bu mərhələdə uşağın şəxsiyyəti formalaşmağa və inkişaf etməyə başlayır. Bu da ibtidai təhsilin cəmiyyət üçün əsas amilidir.    

İbtidai təhsili başa vurmuş şagird aşağıdakıları bacarmalıdır

  • yaşına uyğun bədii, elmi-kütləvi və məlumat xarakterli mətnləri müəyyən edilmiş qaydada oxumağı;
  • oxuduğu mətndəki əsas məzmunu ayırmağı və ona öz fikrini bildirməyi;
  • lüğətlərdən, məlumat xarakterli vəsaitlərdən, kompüter texnikasından istifadə etməyi;
  • öz fikirlərini şifahi və yazılı formada aydın ifadə etməyi;
  • məntiqi düşünməyi, fikir irəli sürməyi, başqasının fikrinə münasibət bildirməyi;
  • zəruri riyazi bilikləri həyatda tətbiq etməyi, sadə alqoritmləri yerinə yetirməyi
  • müşahidə etdiyi obyekt və hadisələri təsvir etməyi, onları səciyyəvi əlamətlərinə görə fərqləndirməyi;
  • ünsiyyət qurmağı, əməkdaşlıq etməyi, komanda, kollektiv tərkibində fəaliyyət göstərməyi;
  • sadə mədəni davranışı, şəxsi gigiyena və zəruri təhlükəsizlik qaydalarına əməl etməyi;
  • müəyyən olunmuş normalar çərçivəsində fiziki hərəkətləri, bədii-estetik qabiliyyətini nümayiş etdirməyi, sadə əmək vərdişlərini tətbiq etməyi;
  • öz hüquqlarını müdafiə etməyi, başqasının hüquqlarına hörmət etməyi;
  • insanlara, təbiətə, şəxsi və dövlət əmlakına, başqasının əməyinə həssas, qayğıkeş və ədalətli münasibət göstərməyi;
  • Azərbaycan xalqının əxlaqi-mənəvi dəyərləri, tarixi, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri haqqında qazandığı ilkin bilikləri, habelə ölkəsinə qarşı əks mövqedə olan qüvvələri sadə formada təqdim etməyi;
  • xarici dildə sadə ünsiyyət bacarıqlarına yiyələndiyini nümayiş etdirməyi.
  • insanlara, təbiətə, əməyə, şəxsi və dövlət əmlakına ədalətli, qayğıkeş və tolerant münasibət bəsləməyi, gerçəkliyi estetik qavramağı.

İbtidai sinif hazırlığı EDU Company

Yuxarıda sadaladığımız bütün müsbət amillər EDU Company Təhsil Şirkətində mövcuddur.

İbtidai sinif hazırlıqlarımız zamanı hər bir şagird ilə fərdi yanaşma olunur və onlarla psixoloji söhbətlər aparılır .Onların cəmiyyətə yararlı ,savadlı, sağlam düşüncəli olması üçün əlimizdən gələni edirik. Şagirdlərin intelektual və bilik səviyyələrinin inkişafı üçün aşağıdakı fəal interaktiv təlimlərdən istifadə olunur:

  • Əlifba - yazı vərdişlərinin aşılanması
  • Əmək vərdişlərinin aşılanması
  • Məntiqi oyunların təşkili
  • Ümumi dünyagörüşü təsəvvürlərinin inkişafı
  • Həmçinin uşaqlar üçün psixoloji dərslər də tədris olunur.
  • İnkişafetdirici məşğələlər
  • Məntiqi təfəkkürün inkşafı.
  • Fərdi yanaşma

 

EDU Company Təhsil Şirkəti bizə əmanət olunan hər bir şagirdin savadlı olmasına zəmanət verir.

 Bu səbəbdən də övladlarınızın intellektual bazasının yüksək səviyyədə olmasını istəyirsizsə yolunu EDU Company Təhsil Şirkətindən salmağınız məsləhətdir.


#Hazırlıq

Sürətli Qeydiyat