İngilis dili hazırlığı | İngilis dili kursu | EDU Company

İngilis dili hazırlığı

İngilis dilinin önəmi

İngilis dili Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 410 milyon insan daşıyıcısıdır. İkinci dil kimi 1 milyard insan danışır. Hazırda ingilis dili dünyada ən geniş yayılmış dillərdən biridir. İngilis dili dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur. Zəmanəmizdə nəşr olunan ədəbiyyatın və kütləvi mətbuatın əksəriyyəti ingilis dilində dərc olunur. Bütün bu deyilənlərə görə ingilis dilinin öyrənilməsi hər kəs üçün həyati zərurət kimi qarşıda durur. İngilis dilinin fonetik quruluşu bir sıra inkişaf mərhələlərindən keçməklə özünəməxsus orijinal səs strukturu yarada bilmişdir. İngilis dilinin xarakterik cəhətlərindən biri onun qısa sözlərdən ibarət olmasıdır. Uzun sözlər dildə olsa da, onlara az rast gəlinir. Qısa sözlər ingilis dilinə alman tayfalarının dilindən, uzun sözlər isə fransız dilindən və latın dilindən keçib. Qısa sözlər danışıqda və jarqonda, uzun sözlər isə elmdə və publisistikada işlədilir.Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki,ingilis dili dünyanın ən çox danışılan dillərindən biridir.Bu dil dünyanın müxtəlif ölkələrində insanlarla ünsiyyet qurmaqda sizə kömək edəcək.Dünyada hər beş insandan biri ingilis dilində anlayır və danışır.İngilis dili dünyanın müxtəlif ölkələrində rəsmi dövlət dili olaraq da qəbul edilmişdir.İngilis dili iş həyatında ən çox istifadə edilən dillərdəndir. Hər hansı bir işə qəbul zamanı ilk olaraq dil biliyinə diqqət edilir. Beynəlxalq konfranslar və sammitlərdəki danışıqlar adətən ingilis dilində olur. Bununla yanaşı, bir çox şirkət yalnız bir bazarda deyil də, xarici bazarlarda da fəaliyyət göstərir. Bu məqsədlə, ingilis dilində danışa bilən şəxslərə ehtiyac duyurlar. İngilis dilini bilmək yaxşı bir şirkətdə işə başlamaq və kariyeranızda yüksəlmək üçün sizə lazım olacaqdır. İngilis dili 24 müxtəlif dilin hər birlində bir milyondan artıq insanın danışdığı bu ölkədə hamı üçün ümumi dildir. İngilis dili bir neçə yüz il bundan əvvəl Britaniya adasının istilaları nəticəsində yaranmışdır. Qədim ingilis dilini başa düşmək olduqca çətindir. İngilis dilinin bu qədim formasında yazı nümunələrini yalnız bəzi ekspertlər oxuya bilir. Bu dövrdən bir neçə yazı nümunəsi qalıb. Bu, qəhrəman krala həsr olunmuş “Beovulf” poemasıdır. Tədqiqatçılar peomanın 7-8-ci əsrlərə aid olduğunu bildirir. Poemanın müəllifinin kim olduğu məlum deyil.

İngilis dilinin səviyyələri

İngilis dilinin səviyyələri bunlardır.

      A1 Başlanğıc (Beginner Level)

Bu səviyyə ingilis dilini öyrənməyin təməli hesab olunur və sıfırdan dili öyrənməyə başlayan insanlar bu səviyyə ilə başlayırlar. Gündəlik istifadə olunan primitiv söz və ifadələr, özü haqqında məlumatlar öyrədilir.

      A2 Elementar (Elementary Level)

Bu səviyyədə dili bilənlərin isə söz bazası nisbətən genişlənir və gündəlik işlənən asan dialoqlara girə bilirlər.

     B1 İlkin Orta (Pre-İntermediate)

Bu səviyyədə ingilis dilini bilənlərin söz bazası çox olub artıq edilən söhbətlərin əsaslarını başa düşüb qarşısındakına çətinlik çəkmədən cavab verə bilirlər.

     B2 Orta Səviyyə (İntermediate Level)

Bu səviyyə isə bütün səviyyələrin ortasıdır. Artıq yolun yarısına çatmış olanlar daha çox söz və ifadələrə hakim olduqlarından rahat danışmaqdan çəkinmirlər.

     C1 Üst Orta (Upper İntermediate Level)

İntermediate səviyyələrinin sonuncusu olan bütün səviyyələrdən üstündür. Bu dil səviyyəsində olanlar özlərinə daha çox güvənir və xaricə səyahət etdikdə native speakerlarla rahat və axıcı danışa bilərlər.

     C2 İrəli (Advanced Level)

Bu səviyyə isə bütün səviyyələrin sonuncusu və ən üst pilləsidir. Artıqbu səviyyəyə qədər gəlib çatmış insanlar akademik səviyyədə ingilis dilini bilmiş olurlar.

 

Edu Company ingilis dili hazırlığı

Xarici dil öyrənərkən bir çox yollara baş vururuq və müraciət etdiyimiz yollardan biridə kurslardır.Edu Company Tədris Şirkətində siz ingilis dilini mükəmməl şəkildə öyrənə bilərsiniz.Dərslərimiz həftədə 2 və 3 dəfə 90 dəqiqə olmaqla keçirilir.Dərslər həm qrup həmdə fərdi,online və əyani olmaqla keçirilir.Kursumuzda dərslər ixtisası sırf ingilis dili müəllimliyi olan,yerli və əcnəbi müəllimlər tərəfindən tədris olunur.Həmçinin həftə sonları film,conversation,mahnı və digər əyləncəli və öyrədici fəaliyyətlər keçirilir.İlk dərsimiz ödənişsiz sınaq dərsi olaraq keçirilir.Siz bir dərs ödənişsiz əyləşirsiz müəllimin metodikası ilə tanış olursunuz razı qalsaz növbəti dərs qeydiyyatdan keçərək dərsə başlayırıq.Hər ay kurs daxilində imtahanlar keçirilir və siz ay ərzində nə qədər irəli getdiyinizi özünüz müəyyən edəcəksiniz.Hər səviyyəni bitirdikdən sonra imtahan verərək sertifikat alacaqsınız.Sertifikatımız universal sertifikatdır,həm özəl həm dövlət müəssisələrində keçərlidir və müddətsizdir.

Daha ətraflı mçəlumat üçün linkə daxil olun:

EDU Company ingilis dili hazırlığı


#İngilis dili #Hazırlıq