Məktəbə qədər hazırlıq | EDU Company

Məktəbəqədər hazırlıq

Məktəbə hazırlıq dövrü

Məktəbə hazırlıq dövrü -  xüsusilə övladını məktəbə hazırlaşdıran hər bir valideyni daha çox narahat edən, düşündürən məsələdir. Həmin vaxt suallar da yaranır: “Necə edək ki, uşaqlar məktəb həyatına hazırlıqlı olsun, onlar ilk dəfə şagird kimi sinifə qədəm qoyanda müəllimlərlə ünsiyyət qurmaqda çətinlik çəkməsinlər? Eyni zamanda,müəyyən biliklərə də sahib olsunlar."

Uşaqların intellektual, fiziki və psixoloji inkişafında şəxsiyyət kimi formalaşmasında məktəbəqədər təhsilin önəmli rolu var. Artıq təsdiq olunub ki, uşağın gələcək inkişafının əsas təməli məhz onun erkən yaşlarında təhsili zamanı qoyulur. Məktəbəqədər yaş dövründə həm ümumi, həm də xüsusi qabiliyətlərin formalaşması imkanları yaranır və özünü göstərməyə başlayır. Məktəbəqədər  təhsil  Azərbaycan Respublikasının dövlət təhsil siyasətinin strateji istiqamətlərindən biridir və bu sahəyə xüsusi diqqət göstərilir. Buna görə də 2015-ci ildə 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq proqramı təşkil olunur.

Məktəbəqədər təhsilin proqramı

Məktəbəqədər təhsil sahəsində mövcud problemlərin artıq yüksək səviyyədə tanınmasının nəticəsidir ki, bu təhsil növü Azərbaycan dövlətinin təhsil siyasətində vacib sahə hesab edilmişdir. Məktəbəqədər təhsilin proqramı müasir dünya təcrübəsinə uyğun yeni baxış və yanaşmalar əsasında hazırlandıgından onun etibarlılığına nəzərdə tutulmuş nəticələrinin reallaşmasına yüksək səviyyədə şərait yaradır.

Məktəbəqədər hazırlıq qrupları

Məktəbəqədər hazırlıq qruplarında ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq, nitq inkişafı, bədii təfəkkürün inkişafı, məntiqi  və riyazi təfəkkürün inkişafı, musiqi və fiziki mədəniyyət dərs məşğələləri tədris edilir.

Uşağın məktəb həyatı bütövlükdə müəllim şəxsiyyəti ilə əlaqədər olur.Məktəbəqədər hazırlığın əsas xüsusiyyətlərini konkretləşdirsək məktəb proqramının mənimsənilməsi üçün lazım olan bilik , qabiliyyət , motivasiya və davranışın optimal səviyyəyə çatdırılmasını bura aid etmək olar. Məktəb həyatına başlamazdan əvvəl uşaqla psixoloji söhbətlər aparılmalı və onlara məktəb həyatına uyğunlaşmalarına kömək edilməlidir.

Məktəbəqədər hazırlıqda aşağıdakılara diqqət edilməlidir:

  • Uşağın məktəbə kommunikativ hazırlığı
  • Məktəbli mövqeyinin mənimsənilməsi
  • Məktəb həyatı haqqında bilik və təsəvvürlərinin yaranması
  • Təlim fəaliyyətinin çətinliklərinə alışmaq.
  • Təlim motivasiyasının yaranması və tədricən möhkəmlənir.

EDU Company məktəbə qədər hazırlıq

 Respublikamızda həm özəl , həm də dövlət məktəblərində ibtidai sinifə qəbul zamanı xüsusi imtahanlar keçirilir.Ölkəmizdə dövlət məktəbəqədər məktəbləri ilə bərabər özəl müəsisələr də məktəbəqədər hazırlıqları tədris olunur. Bizdə EDU Company Təhsil Şirkəti olaraq həm  Azərbaycan bölməsi , həm də rus bölməsi üzrə məktəbəqədər dərsləri tədris edirik .

Məktəbəqədər hazırlıq necə tədris edilir?

 Məktəbəqədər dərslərinin tədris proqramında kurs olaraq ən çox önəm verdiyimiz nüanslardan   biri uşaqların şəxsiyyət kimi formalaşmasıdır. Bura azyaşlıların fiziki və   psixi inkişafı , ətraf aləm haqqında fikirlərinin formalaşması , vətənpərvərlik hissinin aşılanması , yazı və oxu vərdişlərinin formalaşdırılması , riyazi və məntiqi təfəkkürün inkişaf etdirilməsi aiddir .  Kursumuzda məktəbəqədər dərsləri həftədə 90 dəqiqə olmaqla 3 dəfə tədris olunur .  Bu məşğələlərə  aşağıdakılar aiddir :

  • Ətraf  aləmlə tanışlıq .
  • Musiqi və fiziki mədəniyyət.
  • Aplikasiya və təsviri incəsənət .
  • Savad təliminə hazırlıq və nitq inkişafı .
  • Bədii təfəkkürün inkişafı .
  • Riyazi və məntiqi təfəkkürün inkişafı .

Müəllimlərimiz dərs prosesində uşağın fəallığını təmin etmək üçün fəal təlim metodlarından istifadə edirlər.  Dərslərin daha maraqlı keçməsi və uşaqların mövzunu tam şəkildə qavraması üçün slaydlardan istifadə edilir .

 Kursumuzda müəllim – valideyn münasibətlərinə önəm verilir . Mütəmadi olaraq valideynlərlə söhbətlər aparılır və uşaqları haqqında onlara müəllim tərəfindən ətraflı məlumat verilir .

 EDU Company Təhsil Şirkəti olaraq uşaqların gələcəyimiz olduğunu dərk edir və onların cəmiyyətə yararlı bir şəxsiyyət kimi yetişməsi üçün əlimizdən gələni edirik. 

Hörmətlə EDU Company Təhsil Şirkəti .


#Məktəbəqədər hazırlıq #Hazırlıq