09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Mühasibat uçotu | Mühasibatlıq kursu | EDU Company

Mühasibat uçotu 

Mühasibat uçotu  nədir?

"Mühasib" sözü ərəb sözü olub hesabat aparan, hazırlayan şəxs mənasını verir.

Mühasibat uçotu - vacib və mürəkkəb bir sistemdir. Bu sistemin düzgün və effektiv qurulmasından, bəzi hallarda, müəssisənin gələcəyi asılıdır. Mühasibat şöbəsinin işi müəssisənin daxili idarəetmə hesаbatlarının və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır. Burada biliklər ilə yanaşı, işçi-mühasiblər arasında işlərin düzgün bölüşdürülməsi, qarşılıqlı yardımlaşma və komanda şəklində işləmə kimi amillər də mühüm rol oynayır.

Bu gün mühasibat uçotu müəssisənin elə bir sahəsidir ki, bu sahədən müəssisə gəlir də əldə edə bilər, zərər də.

İdarə heyətinin vaxtında və düzgün idarəetmə uçotunun məlumatları ilə təmin etməsindən, onların müəssisənin fəaliyyəti ilə bağlı effektiv qərarların qəbul edilməsi asılıdır. Maliyyə hesabatlarında təqdim olunan müəssisənin maliyyə vəziyyətindən investorların, kreditorların, müştərilərin qərarları asılıdır.Beləliklə, idarəetmə, maliyyə və vergi uçotu sistemlərinin effektiv qurulması son dərəcə vacibdir.Mühasibat uçotuna biznesin və iqtisadiyyatın dili deyirlər. Bu dil ilə müəssisələrin hazırki vəziyyətini, onların gələcəyi haqqında proqnozları öyrənmək olar. Mühasibat uçotu məlumatları ilə maraqlanan tərəflər mühasibat uçotu məlumatlarının istifadəçiləri adlanır.

Mühasibat uçotu məlumatlarının istifadəçiləri 2 qrupa bölünür:

  • daxili istifadəçilər (insiders);
  • kənar istifadəçilər (outsiders).
  • Maliyyə uçotu

Maliyyə uçotu əsasən kənar istifadəçilərin tələblərinə uyğun informasiya formalaşdıran bir uçotdur.Maliyyə uçotunun əsas məqsədi müəssisənin maliyyə fəaliyyətinə aid aşağıdakı 3 istiqamətdə informasiya hazırlamaqdır:

  1. Maliyyə vəziyyəti;
  2. Maliyyə nəticələr;
  3. Pul vəsaitlərinin hərəkəti haqqında.

Maliyyə nəticələri Mənfəət və zərərlər haqqında hesabatda öz əksini tapır.Maliyyə vəziyyətini təhlil etmək üçün Balans hesabatı və Kapital dəyişiklikləri haqqında hesabatdan istifadə edilir.

Pul vəsaitlərinin hərəkəti üzrə göstəricilər isə pul vəsaitlərinin hərəkəti haqqında hesabatda öz əksini tapır.

Bu hesabatlar demək olar ki, bütün xırda və iri şirkətlər tərəfindən tərtib olunur. Beynəlxalq uçot və hesabat sistemində maliyyə hesabatının elementləri beş yerə bölünür:

1. Aktivlər

2. Öhdəliklər

3. Xüsusi kapital

4. Gəlirlər

5. Xərclər

Vergi uçotu 

Vergi uçotu  vergi bazasının və həmin verginin məbləğinin hesablanması ilə bağlı təsərrüfat əməliyyatlarının tam, fasiləsiz və sənədlə rəsmiyyətə salınmış uçotunu aparmaqla konkret vergi üzrə vergi bazasının formalaşması haqda informasiyaların pul ifadəsilə toplanmasının, qeydiyyata alınmasının və ümumiləşdirilməsinin nizama salınmış sistemidir. Vergi uçotu mühasibat uçotunun tərkib hissəsi olmaqla vergiyə cəlb olunma və vergi hesabatı tərtib etmək məqsədi ilə mühasibat qaydasında rəsmiyyətə salınması üçün nəzərdə tutulmuşdur. Bununla birlikdə vergi uçotu vergi bazasının düzgün müəyyən edilməsi məqsədilə müstəqil, yaxud mühasibat uçotu məlumatlarında zəruri düzəliş hesablamaları aparmaq hüququna malikdir. Düzəliş hesablamaları qeyri-sistemli qaydada, yəni hesablama yolu ilə alınan düzəlişləri mühasibat uçotunda əks etdirməklə yerinə yetirilir. Bu vergi hesablaması, cədvəl, yaxud vergi kartları kimi təqdim edilən informasiyaların sistemləşdirilməsi və toplanması üçün nəzərdə tutulan vergi registrlərinin işlənməsinə və təsdiq edilməsinə şərait yaradır.

Vergi uçotunun əsas funksiyaları

  • ödəyicilərin vergi öhdəliklərini düzgün müəyyən etmək üçün zəruri ilk informasiyaları toplamaq və onları təyin edilmiş qaydada qeydə almaq;
  • ilk vergi informasiyalarını mühasibat və vergi registrlərində və mühasibat uçotunun hesablarında vaxtlı-vaxtında əks etdirmək;
  •  vergiödəyicisinin vergi öhdəliklərinin səviyyəsini düzgün müəyyən etmək.
  • düzgün və dəqiq vergi hesabatını formalaşdırmaq.

Beləliklə, vergi uçotu mühasibat uçotunun tərkib hissəsi kimi qalmaqla vergi öhdəliklərinin düzgün, obyektiv hesablanması və təşkilatın vergi hesabatının tərtib edilməsi üçün zəruri maliyyə informasiyalarının toplanması, qeydə alınması və işlənməsi kimi işlərin yerinə yetirilməsini özündə əks etdirir.

“Adin-es”, “adin-se”, “bir-ce”, “bir-es” və s. kimi tələffüz edilən proqram təminatı barədə, yəqin ki, eşitmisiniz. Bu proqram təminatını mühasibatlıq hesabat sistemi kimi tanınır. Əsasən MDB ölkələrində istifadə olunur. Son zamanlar digər ölkələrdə də bu proqram təminatına maraq göstərilir. Bu proqram barədə axtarış sistemlərində kifayət qədər məlumat vardır. Lakin məlumatın əksəriyyəti rus dilindədir və asan anlaşılan izahı demək olar ki yoxdur, çünki həmin proqram təminatını istehsal edən şirkət istifadə olunan terminlərdə o qədər qarışıqlıq və çaşqınlıq yaradıb ki, onun iş prinsipini ilk dəfədən anlamaq çox çətindir. Şirkətin İngilis və İspan dillərində də portalları vardır, həmçinin Türkiyə distributorluğunun saytı da vardir. Bugünkü məqalədə “1C” nədir və nəyə lazımdır suallarına asan dildə cavab verməyə çalışacağam.

Proqramı uğurla bitirən tələbələrimiz sonda sertifkatla təltif olunur.Sertifkatlarımız universaldır həm dövlət həm özəl müəssisələrdə tanınır.

Daha ətraflı məlumat üçün EDU Company təhsil şirkətinə müraciət edə bilərsiniz.

Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Mühasibatlıq kursu


#Mühasibatlıq #Hazırlıq

Sürətli Qeydiyat