09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Mühasibatlıq kursları | Mühasibat uçotu | 1C Kursu

Mühasibatlıq kursları, Mühasibatlıq

Mühasibat uçotu nədir?

Mühasibat uçotunun nə demək olduğunu öyrənmək üçün mühasibat uçotunun tərifini qısaca başa düşməliyik. Mühasibatlığa gəldikdə, qısa bir tərif ağla gəlməlidir. Beləliklə, tərifi əzbərləmək əvəzinə mühasibat uçotu nə demək olduğunu başa düşə bilərik. Mühasibat uçotunun tərifinə əsasən tədricən mühasibat uçotuna başlaya biləcəyimiz üçün "mühasibatlıq nədir" sualına cavab tapa bilərik.

Uçot anlayışı : İqtisadi fəaliyyətlərdə və hadisələrdə bütün strukturların maliyyə fəaliyyətini izləyən, təsnifləşdirən, ümumiləşdirən, hesabat verən və şərh edən məlumat bir qoludur.

Mühasibatlıq  : İqtisadi fəaliyyətlə məşğul olan bütün təşkilatların maliyyə xarakterli əməliyyatlarını və hadisələrini pul ilə ifadə edilmiş şəkildə yazan, sinifləndirən, yekunlaşdıraraq hesabat edən, nəticələrini şərh və analiz edən bir elm sahəsidir. Bu sahə ilə məşğul olan şəxsə "mühasib" deyilir.

Mühasibat uçotu - vacib və mürəkkəb bir sistemdir. Bu sistemin düzgün və effektiv qurulmasından, bəzi hallarda, müəssisənin gələcəyi asılıdır. Mühasibat şöbəsinin işi müəssisənin daxili idarəetmə hesаbatlarının və maliyyə hesabatlarının hazırlanması, vergi uçotunun aparılmasıdır. Burada biliklər ilə yanaşı, işçi-mühasiblər arasında işlərin düzgün bölüşdürülməsi, qarşılıqlı yardımlaşma və komanda şəklində işləmə kimi amillər də mühüm rol oynayır.

Mühasibat uçotunun əsas məqsədi (vəzifəsi) aşağıdakılardır:

  • maliyyə, bank, vergi orqanları, investorlar, mal satanlar, mal alanlar, kreditorlar, dövlət orqanları və digər marağı olan təşkilatlar və şəxslər tərəfindən operativ rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək maliyyə (mühasibat) hesabatlarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün
  • formalaşdırmaq;
  • əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və smetalara Müvafiq olaraq istifadəsi, əmlakın mövcudluğu və hərəkəti, mülkiyyət hüququ və öhdəlikləri üzərində nəzarəti təmin etmək;
  • maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq, təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etmək.

İdarəetmə uçotu

İdarəetmə uçotu istehsalat-kommersiya fəaliyyətinin planlaşdırılması və nəzarətin aparılması üçün menecerə lazım olan informasiyanın hazırlanması prosesini özündə birləşdirir. İdarəetmə uçotu idarəetmə prosesini uçot prosesilə əlaqələndirir. İdarəetmə uçotu - hər hansı bir obyektin idarə olunması üçün lazım olan məlumatların eyniləşdirilməsi, ölçülməsi, yığılması, sistemləşdirilməsi, təhlili, ayrılması, izahı və ötürülməsi deməkdir. İdarəetmə uçotunun sinonimi "daxili uçotdur".

İdarəetmə uçotu istehsalat uçotuna əsaslanaraq müxtəlif idarəetmə qərarları (operativ, taktiki və strateji) qəbul etmək üçün informasiya bazaları hazırlayır. O, operativ və taktiki qərarların qəbul edilməsində müəssisə rəhbərlərini zəruri informasiyalarla tam təmin edir. Strateji qərar qəbul etmək üçün isə uçot məlumatları ilə yanaşı xüsusi tədqiqat nəticəsində əldə edilən məlumatlardan da istifadə etmək zəruridir.

Beləliklə, idarəetmə uçotu müəssisənin idarədaxili idarə olunması sisteminin ayrılmaz hissəsi hesab edilir və istehsalat uçotundan onunla fərqlənir ki, burada əsas diqqət informasiyanın idarəetmə məqsədi üçün istifadə edilməsinə yönəldilir.

İdarəetmə uçotunun məqsədi

İdarəetmə uçotunun məqsədini konkret müəssisədə qəbul edilmiş qərarın təbiətinə tam uyğunlaşdırılmış və idarəetmə vasitəsi kimi istifadə edilən hesabat sisteminin təmin edilməsi təşkil edir. Qarşıya qoyulan məqsədə nail olmaq üçün idarəetmə uçotu sistemi planlaşma, uçot, təhlil, tənzimləmə və s. işlərdə istifadə olunur. Bütün bunlar formalaşdırılan məqsədlərin son nəticəsinin müəyyən edilməsinə yönəldilir.

Əgər maliyyə uçotu müəssisənin istehsalat fəaliyyətinin ümumi nəticəsinin (onun bütün bölmələri və hazırlanan məmulatın çeşidi üzrə) müəyyən olunmasını təmin edirsə, bu ümumi yekunu fəaliyyətin ayrı-ayrı bölmələri üzrə göstəricilərə (işlərin növlərinə, coğrafi zonaya, məmulata) ayırmaq üçün müvafiq məlumatlar tələb olunur ki, bunları da mahiyyət etibarilə idarəetmə uçotu verir.

İdarəetmə uçotunun vəzifələri

Beləliklə, təyinatından və qarşıya qoyulan məqsəddən asılı olaraq idarəetmə uçotu aşağıdakı əsas vəzifələri yerinə yetirir:

- müəssisənin üzərinə götürdüyü bütün istehsal funksiyalarının yerinə yetirilməsini təmin edən xərcləri müəyyənləşdirir;

- müəssisə balansının bir sıra tərkib hissələrini (məsələn, anbardakı hazır məmulat ehtiyatını, hazırlıq mərhələsində olan məmulatın miqdarı) hesablamaq üçün əsas yaradır;

- müvafiq satış qiymətilə müqayisə etmək üçün məmulatların (malların) dəyərini hesablamaqla müəssisənin istehsalat fəaliyyətindən əldə edilən nəticəni təhlil edir;

- cari xərc və gəlirləri proqnozlaşdırır (məsələn, məmulatın dəyərini və təsərrüfat büdcəsini əvvəlcədən hesablamaq yolu ilə);

- proqnozlaşdırılan və həqiqi məlumatlar arasındakı kənarlaşmanı təhlil və təsdiq edir (məsələn, büdcə xərclərinə və onların icrasına nəzarət edir).

Bu sadalanan vəzifələri üç istiqamətdə qruplaşdırmaq məqsədəuyğundur:

Birinci istiqamət - məmulat və xidmətin dəyərinin hesablanması, həmçinin rentabelliyin təhlili;

İkinci istiqamət - müəssisənin məsul bölmələrinin yerinə yetirdiyi funksiyalarla əlaqədar maliyyə-təsərrüfat fəaliyyətinə idarəetmə nəzarəti;

Üçüncü istiqamət - qərar qəbul etmək.

Maliyyə uçotu

Maliyyə uçotu əsasən kənar istifadəçilərin tələblərinə uyğun informasiya formalaşdıran bir uçotdur. Maliyyə uçotunun əsas məqsədi müəssisəni maliyyə fəaliyyətinə aid aşağıdakı 3 istiqamətdə informasiya hazırlamaqdır:

- Maliyyə vəziyyəti;

- Maliyyə nəticələr;

- Pul vəsaitlərinin hərəkəti haqqında.

Maliyyə nəticələri mənfəət və zərərlər haqqında hesabatda öz əksini tapır. Maliyyə vəziyyətini təhlil etmək üçün balans hesabatı və kapital dəyişiklikləri haqqında hesabatdan istifadə edilir. Pul vəsaitlərinin hərəkəti üzrə göstəricilər isə pul vəsaitlərinin hərəkəti haqqında hesabatda öz əksini tapır. Bu hesabatlar demək olar ki, bütün xırda və iri şirkətlər tərəfindən tərtib olunur. Beynəlxalq uçot və hesabat sistemində maliyyə hesabatının elementləri beş yerə bölünür:

- Aktivlər (assets);

- Öhdəliklər (liabilities);

- Xüsusi kapital (equity capital),yaxud xalis aktivlər (net assets);

- Gəlirlər (income);

- Xərclər (expenses).

 

Mühasibat uçotunun hesablamaları mühasibatlıq proqramı olan 1C proqramı vasitəsi ilə həyata keçirilir.

Proqramın quruluşu.

Hal-hazırda “1C:Müəssisə” ERP II tələblərinə tam cavab verən müəssisənin bütün biznes proseslərinin avtomatlaşdırılmasını təmin edən proqram təminatıdır. Kiçik və orta müəssisələrdə geniş istifadə olunur. Son zamanlar iri şirkətlərdə istifadə olunmağa başlayıb. Əsas rəqibləri  SAP, Microsoft Dinamics NAV, Oracle E-Business Suite proqram təminatlarıdır.

“1C:Müəssisə” texniki nöqteyi-nəzərindən iki əsas hissədən ibarətdir:

 

  • “1C:Müəssisə” platforması – üzərində konfiqurasiyalar yazılan və proqramçılar və s. tərəfindən istifadə olunan proqramın əsasını təşkil edir. İstifadəçi təkcə platforma ilə işləyə bilmir. Özünəməxsus freymvörk (framework) platformasına bənzəyir. Platforma daim yenilənir və sonuncu versiya 8.3 versiyasıdır

 

 

Mühasib kimlərə deyilir?

"Mühasib" sözü ərəb sözü olub hesabat aparan,hazırlayan şəxs mənasını verir.

"Mühasib peşəsi" hal-hazırda dünya miqyasında ən çox tələbat olan və əmək haqqı məbləği kifayət qədər olan sahələrdən biridir. Və hətta işinizi yaxşı bilsəniz ali təhsil almadan belə PEŞƏKAR MÜHASİB ola bilərsiniz. Bəs yaxşı, savadlı və işinin peşəkarı olan  mühasib olmaq üçün nə etmək üçün lazımdır?

Çox düşünməyə ehtiyac yoxdur, yolunuzu EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏN salmağınız kifayətdir.  Çünki EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏ savadlı və peşəkar müəllimlər tərəfindən ən müasir dərs metodları ilə cəmi 4 aya peşəkar mühasib ola bilərsiniz.

Siz bu müddət ərzində 2 ay nəzəriyyə, 1 ay praktika, 1 ay isə mühasibatlıq proqramı 1C-nin ən son versiyası olan 8.3  öyrənəcəksiniz.

Dərslərimiz həftədə 2 dəfə 90 dəqiqə olmaqla fərdi və qrup formasında, əyani və online(zoom vasitəsilə) olmaqla keçirilir. İlk dərsimiz ödənişiniz sınaq dərsidir. (Sınaq dedikdə biz sizi deyil, siz bizi sınayacaqsınız, müəllimlərimizin dərs keçmə metodikası və kursumuzun keyfiyyəti ilə yaxından tanış olacaqsınız) Həmçinin 4 ay ərzində siz aşağıdakı biliklərə yiyələnəcəksiniz:

● Beynəlxalq maliyyə uçotuna giriş

● Maliyyə bərabərliyi və onun bölmələri

● DT və KT Mühasibatlıq əməliyyatları

● Mühasibatlıq nəzəriyyəsi (praktik məsələlər)

● DSMF və Vergi hesabatlarının hazırlanması

● Müəssisənin mühasibatlığını aparmaq üçün lazımi praktiki işlər

● Maliyyə hesabatlarının müstəqil şəkildə hazırlanması

● Müxabirləşmələr

● Mühasibatlıqda sənədləşmə

● Alış-satış, Anbar uçotu və əməliyyatları

● Yeni hesablar planı

● Kassa hesabının aparılması

● Kadr uçotu

● Qalıq dövriyyə cədvəlinin qurulması

● Statistika hesabatları

● Məşğulluq hesabatları

● Kassa və Bank əməliyyatları

● Əmək haqqı

● 1C  8.3 proqramı

● Məzuniyyətlərin, ezamiyyətlərin hesablanması

Proqramı uğurla bitirən tələbələrimiz sonda sertifikatla təltif olunur.

Sertifikatlarımız isə universaldır. Həm özəl, həm də dövlət müəssisələrində işə qəbul zamanı keçərlidir.

Ümidvarıq ki, məqaləmiz sizin üçün çox faydalı oldu.

Mühasibatlıq kursları haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Mühasibatlıq kursu


#Mühasibatlıq #Hazırlıq

Sürətli Qeydiyat