Mühasibatlıq kursu | Mühasib ol | EDU Company

Mühasibatlıq kursu

Mühasibat uçotu 

Mühasibat uçotu - təşkilatın idarəetmə və informasiya sisteminin əsasıdır.
Mühasibat uçotu təşkilatın aktivləri,öhdəlikləri,gəlirləri,xərcləri və onların dəyişməsi haqqında bütün informasiyaları tam,fasiləsiz və sənədlərlə rəsmiləşdirilmiş qaydada dəyər ifadəsi ilə toplamaq,qeydə almaq və ümumiləşdirmək sistemini özündə əks etdirir.
Digər uçot növlərindən fərqli olaraq mühasibat uçotu öz işini əsaslandırılmış sənədlərlə,təşkilatın maliyyə-təsərrüfat fəaliyyətində baş verən bütün dəyişiklikləri fasiləsiz olaraq vaxtında və tam əhatə etməklə,qarşıya qoyulan prinsiplər əsasında yerinə yetirir.
Mühasibat uçotu idarəetməmaliyyə uçotu olmaqla 2 növə bölünür.
İdatəetmə uçotunun aparılmasında əsas məqsəd daxili istifadəçiləri istehsal xərcləri və maya dəyəri haqqında informasiya ilə təmin etməkdən ibarətdir.
Maliyyə uçotu isə maliyyə vəziyyəti haqqında informasiyanı ötürməkdən ibarətdir.      
Ölkədə mühasibat uçotunun beynəlxalq standartlar əsasında inkişaf etdirilməsini və maliyyə hesabatlarında şəffaflığını təmin etmək məqsədilə kommersiya təşkilatları üçün Maliyyə hesabatlarının beynəlxalq standartlarına əsaslanan Milli Mühasibat Uçotu Standartları hazırlanıb. Milli Mühasibat Uçotu Standartlarının qəbul edilməsi Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir.Mühasibat uçotunda baş verən və qeydə alınan hər bir hərəkət hesablar planında yer alan kodlar vasitəsilə kodlaşdırılır.Mühasibat uçotunun hesablar planı təsərrüfat fəaliyyəti hadisələrinin uçotda qeydə alınmasını və qruplaşmasını özündə əks etdirir.Hesablar planında sintetik,sub və analitik hesabların adı və nömrəsi göstərilir. Sintetik hesablara 1-ci dərəcəli hesablar deyilir.Subhesab - analitik uçot məlumatlarını özündə əks etdirməklə sintetik hesabın daxilindəki məlumatların təfsilatı ilə açıqlanmasını və qruplaşdırılmasını təmin edən hesabdır.Müəssisə və təşkilatlar zəruri hallarda Maliyyə Nazirliyinin razılığı ilə boş olan hesablardan istifadə etməklə hesablar planına əlavə sintetik hesablar daxil edə bilər.
Hər bir müəssisədə gün ərzində çoxlu sayda təsərrüfat əməliyyatları baş verir ki, bu da balans maddələrinin dəyişməsinə səbəb olur. Bu dəyişikliklər mühasibat uçotu hesablarında təsərrüfat vəsaitlərinin yerləşməsi, tərkibi və əmələgəlmə mənblərində əks olunur. Balansın maddələrinə ayrı-ayrılıqda nömrələr verilir və uçota alınır.Mühasibat balansı hər bir iqtisadi subyekt üçün müəyyən tarixə tərtib olunur.Balans hesabatı müəssisə yaradılan tarixə,aylıq,rüblük,yarım illik, 9 aylıq və müəssisə ləğv edilərkən tərtib oluna bilər. Mühasibat balansı mühasibat uçotunun metodik ünsürü olmaqla mühasibat uçotu göstəricilərini yekunlaşdırır və iqtisadi subyektin maliyyə vəziyyətinin informasiya modelini yaradır.Hesabat formasında təqdim olunan balans göstəriciləri təsərrüfatın gələcək inkişaf imkanlarına dair istehsal-təsərrüfat və maliyyə göstəricilərinin idarəetmə üçün istifadə olunmasına şərait y  Təsərrüfat əməliyyatları sənədlər əsasında hesablarda əks etdirilir.Balans dedikdə əsas maliyyə bərabərliyi nəzərdə tutulur.Maliyyə bərabərliyi aşağıdakı kimidir:

Mühasibat uçotunun əsas elementlərindən biri müxabirləşmədir.Bir hesabın debetində,digər hesabın kreditində baş verən münasibətlər arasında qarşılıqlı əlaqə var və belə qarşılıqlı əlaqəyə müxabirləşmə deyilir.Buna həm də hesabların görüşməsi yaxud ikili qeyd də deyilir.
Mühasibat uçotunun aparılmasında əsas mərhələlərdən biri də müəyyən müddətə təqdim edilməli olan vergi hesabatlarıdır.Vergi hesabatlarının təqdim edilməsində əsas məqsəd isə onun vaxtında təqdim edilməsidir.
ƏDV ödəyiciləri üçün hesabat dövrü aylıq olduğu üçün onlar hesabatı növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.
Sadələşdirilmiş vergi ödəyiciləri üçün isə hesabat dövrü rüblük olduğu üçün onlar hesabatı rüb bitdikdən sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.
Bundan əlavə rüblük hesabatlardan sayılan DSMF hesabatı (Vahid Bəyannamə) da rüblük hesabat olaraq müəssisə mühasibləri tərəfindən təqdim edilir.
Təqdim edilən hesabatlara müvafiq olaraq Onlayn Kargüzarlıq bölməsinə daxil olan məktublara baxılması üçün e-taxes.gov.az portalından istifadə edilir.Bu bölmədən istifadə etməklə mühasiblər qarşı tərəfə cavab verə və yaxud görüləcək işlərə müvafiq olaraq məktub və ya ərizə yaza bilərlər.
e-taxes.gov.az portalından istifadə etməklə mühasiblər e-qaimə hissəsinə keçid edərək qarşı tərəfə satacağı malların siyahısını hazır edə və ya malsatandan gələn qaimələrə nəzər yetirə bilərlər.
E-bəyannamə bölməsindən isə şəxsi hesab vərəqədə ödəniləcək borclara,şəxsi məlumatlara baxılması,eləcə də BTP (Bəyannamə Tərtibatı Proqramı) də qeydə alınaraq paketlənən hesabatları göndərmək mümkündür.Buna əlavə olaraq,göndərdikləri bəyannamələri paket formasında endirə yaxud nəzər yetirə bilərlər.
Ümumilikdə mühasibat uçotu özlüyündə inkişaf edərək mühasiblərin dəqiq və səlis fəaliyyətinə əsaslanır.

 

EDU Company mühasibat kursu

   Mühasibatlıq sahəsində peşəkar olmaq istəyən hər kəsin nəzərinə çatdırmaq istərdik ki, EDU Company Təhsil Şirkəti savadlı müəllim heyəti və yüksək tədris metodları ilə sizə xidmət göstərir.

 “Mühasibat uçotu və 1C”4 aylıq bir proqramdır. Proqram müddəti ərzində 2 ay nəzəri dərsləri, 1 ay praktiki dərsləri və 1 ay isə 1C proqramının 8.3 versiyasının tədrisini əhatə edir.

   Dərslər həftədə 2 dəfə 90 dəqiqə olmaqla tədris olunur. İlk dərs sınaq dərsidir və tamamilə ödənişsizdir. Sına dərsində iştirak edib, dərsin keyfiyyəti ilə əyani tanış ola bilərsiniz.

   Dərslər əyani və online formada, həmçinin qrup və fərdi şəkildə tədris olunur. Qruplarda maximum 3-4 tələbə olur. Dərs müddətində ən müasir tədris metodlarınan istifadə olunur.

   Proqram müddətini bitirən tələbələr imtahan verərək SERTİFİKAT əldə edirlər. Sertifikatlarımız bütün dövlət və özəl müəssisələrdə keçərlidir.

Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Mühasibatlıq kursu


#Mühasibatlıq #Hazırlıq