09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Mühasibatlıq və 1C nədir? Nə üçün istifadə olunur? | EDU Company

Mühasibatlıq və 1C nədir? Nə üçün istifadə olunur?

Mühasibatlıq

    Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin, natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz, başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir.

Sənəd (latınca, documentum — nümunə, şəhadətnamə, sübut) - qeyd edilmiş və zaman, məkan üzrə təyin edilmiş informasiyaya malik material daşıyıcıdır. Başqa sözlə, sənəd - hər-hansı faktı və ya hüququ təsdiq edən işgüzar məlumatdır.

Mühasibat uçotunun əsas prinsipləri aşağıdakılardır:

●         mühasibat uçotunun fasiləsizliyi

●         mühasibat uçotu hesablarının tətbiqi 

●         təsərrüfat əməliyyatlarının iqtisadi məzmununun mənaca onun qalan bütün əlamətlərindən üstünlüyünün təminatı 

●         təsərrüfat fəaliyyətində ehtiyatlılığın təminatı

●         qiymətləndirmənin təmin

1C nədir? Nə üçün istifadə olunur?

1C proqramı. “Adin-es”, “adin-se”, “bir-ce”, “bir-es” və s. kimi tələffüz edilən proqram təminatı barədə, yəqin ki, eşitmisiniz. Bu proqram təminatını mühasibatlıq hesabat sistemi kimi tanınır. Hal-hazırda “1C:Müəssisə” ERP II tələblərinə tam cavab verən müəssisənin bütün biznes proseslərinin avtomatlaşdırılmasını təmin edən proqram təminatıdır. Kiçik və orta müəssisələrdə geniş istifadə olunur. Son zamanlar iri şirkətlərdə istifadə olunmağa başlayıb. Əsas rəqibləri  SAP, Microsoft Dinamics NAV, Oracle E-Business Suite proqram təminatlarıdır.

EDU Company mühasibat hazırılıqı

   Mühasibatlıq sahəsində peşəkar olmaq istəyən hər kəsin nəzərinə çatdırmaq istərdik ki, EDU Company Təhsil Şirkəti savadlı müəllim heyəti və yüksək tədris metodları ilə sizə xidmət göstərir.

 “Mühasibat uçotu və 1C”4 aylıq bir proqramdır. Proqram müddəti ərzində 2 ay nəzəri dərsləri, 1 ay praktiki dərsləri və 1 ay isə 1C proqramının 8.3 versiyasının tədrisini əhatə edir.

   Dərslər həftədə 2 dəfə 90 dəqiqə olmaqla tədris olunur. İlk dərs sınaq dərsidir və tamamilə ödənişsizdir. Sına dərsində iştirak edib, dərsin keyfiyyəti ilə əyani tanış ola bilərsiniz.

   Dərslər əyani və online formada, həmçinin qrup və fərdi şəkildə tədris olunur. Qruplarda maximum 3-4 tələbə olur. Dərs müddətində ən müasir tədris metodlarınan istifadə olunur.

   Proqram müddətini bitirən tələbələr imtahan verərək SERTİFİKAT əldə edirlər. Sertifikatlarımız bütün dövlət və özəl müəssisələrdə keçərlidir.

  Əgər siz də işini yüksək səviyyədə görən peşəkar mühasiblərdən olmaq istəyirsinizsə yolunuzu EDU Company Təhsil Şirkətindən sala bilərsiniz.

Ətraflı məlumat üçün aşağıdakı linkə klikləyə bilərsiniz:

EDU Company Mühasibatlıq kursları


# 1C proqramı #Mühasibatlıq #Hazırlıq

Sürətli Qeydiyat