09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Rus dili hazırlığı | Rus dili Kursu | EDU Company

Rus dili hazırlığı

Rus dili dünyanın ən çox yayılmış dillərindən biridir. Rus dili özünün zəngin leksikonu və detallı qrammatik tərkibi ilə seçilməklə, uzun tarixi dövr ərzində formalaşmışdır. Rus dilinin kökləri 4000-6000 il bundan əvvələ qədər gedib çıxır. Bu zaman rus dili  Hind-Avropa dili adlanmışdır, zamanla parçalanmaya və dəyişikliyə  məruz qalaraq indiki Ukrayna və Cənub-qərbi Rusiya ərazisində geniş şəkildə işlənməyə başlanılmışdır.

    Rus dilini sadələşdirmək üçün ilk addımlar  18-ci əsrdə atılmışdır. Bundan sonra 1917-1918-ci illərdə  müasir rus qrafikalı yazı  sistemə keçid edilmişdir. Rus dili sistemində  həyata keçirilən ən son dəyişikliklər 19-cu əsrin 70-ci illərinin əvvəlinə təsadüf edir..Rus dili ümumi danışanların sayına görə beşinci, doğma dil kimi qəbul edənlər kimi sayca səkkizincidir. Rus dili çoxəsrlik tarixi inkişafa malik olduğundan  dövr dəyişdikcə dilin lüğət tərkibi, morfoloji quruluşu da dəyişmişdir.  Rus dilində bu gün də  bir çox qədim slavyan sözləri, ifadələri  işlənir.Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstanın rəsmi dili, Belarusun ikinci dövlət dili. Ən çox vətəni olan Rusiyada danışılır.

 

Rus əlifbası - Kiril əlifbası

Rus əlifbasında 33 hərf 42 səs var. Kiril əlifbasından istifadə olunur. Çünki latın hərfləri rus dilindəki bütün səsləri əhatə edə bilmir.

 

Rus dili öyrənmək

Rus dili öyrənməyimizlə bağlı bir neçə mühüm məsələlərə toxunmaq istəyirik. Birincisi, çoxları ь və ъ hərflərini düzgün işlətmir və həmin hərflərin olduğu sözləri düzgün tələffüz etmirlər. Məsələn: шью yerinə шју (bəzən dəшију), съел əvəzinə sel və ya, siyеl, syеl işlədirlər və s. Ikincisi, sözlərin hansında ь və hansında ъ yazmaqda çətinlik çəkirlər. Misal üçün, подъезд sözünü подезд, подијезд kimi yazırlar. Məlum olduğu kimi dil iki formada mövcuddur yazılı və şifahi. hər hansı bir dildə düzgün danışmaq, yanaşı, düzgün yazmağı da bacarmaq lazımdır. Düzgün yazı orfoqrafiya da deyilir. hər dilin özünə məxsus orfoqrafiya qaydaları vardır. Rus dilinin orfoqrafiyası da düzgün yazılış qaydalarının vahid sistemidir. Bu norma və qaydalar rusca yazıların hamısı üçün məcburidir. həmin norma və yazı qaydalarını pozmaq—böyük səhv buraxmaq deməkdir.


Rus dilinə yiyələnmədə orfoqrafiyanın böyük əhəmiyyəti vardır. Ümumiyyətlə, savadlı yazmaq olduqca vacib bir işdir. Məktəbdə sizin rusca nə dərəcədə bilməyiniz, savadlılığınız düzgün yazmaq bacarığınız ilə sıx surətdə bağlıdır.Rus dili SSRİ-nin rəsmi dili olduğundan bu birliyə daxil olan ölkələrdə hələ də çox işləkdir. Keçmiş SSRİ ölkələrinin bəzilərində rus dili rəsmi deyilsə də, hamısında rus dilli məktəblər var, yaxud rus dili tədris olunur.Hal hazırda bir çox iş yerlərində vakansiya qəbulu zamani rus dili tələb olunur.Hazırki dövrdə gənclərimiz ali təhsilli olsaqda dil bilmirlər.Rus dilini mükəmməl şəkildə bilməyiniz sadəcə iş həyatınızda deyil,şəxsi həyatınızda da sizə kömək olacaqdır.Çünki hal hazırda rus dili dünyanın bir çox ölkələrində istifadə olunur.

EDU Company rus dili kursu

    Siz EDU Company Tədris Şirkətində rus dili öyrənərək həm sertifikat həmdə mükəmməl dil biliyi əldə edə bilərsiniz. Kursumuzda dərslər həftədə iki dəfə 90 dəqiqə olmaqla keçirilir.İlk dərsiniz nümunə dərsi kimi ödənişsiz olur.Bir dərs sınaq dərsində əyləşirsiz müəlllimin metodikası ilə tanış olursuz.Razı qalsaz qeydiyyatdan keçərək növbəti dərsdən başlayırıq.Bundan əlavə olaraq həftə sonları conversation,film,mahnı və əyləncəli,öyrədici fəaliyyətlər keçirilir. Hər səviyyənin sonunda imtahan verərək sertifikat ala bilərsiniz.Və həmin sertifikat universal sertifikatdır,özəl və dövlət müəssisələrində keçərlidir və müddətsizdir.Bundan əlavə olaraq kurs daxilində də hər ay imtahanlar keçirilir. Müəllimlərimiz xaricdə təhsil almış yerli və əcnəbi İxtisaslaşmış müəllimlərdir.Siz EDU Company Tədris Şirkətində rus dilini və qrammatikanı danışaraq və praktika edərək öyrənə bilərsiniz.

Ümid edirik ki, hazırladığımız məqalə sizlər üçün faydalı oldu.

Daha ətraflı məlumat üşün aşağıdakı linkə daxil ola bilərsiniz.

EDU Company Rus dili hazırlığı


#Rus dili #Hazırlıq

Sürətli Qeydiyat