Müasir dünyamızda avtomobil bir çox hallarda insanın həyatını asanlaşdırır. Hazırki dövrdə avtomobil idarə etmək üşün müəyyən yaş həddi və sürücülük vəsiqəsi tələb olunur. Sürücülük vəsiqəsi- səlahiyyətli qurumlar tərəfindən , yolda hərəkət edən motorlu və ya motorsuz nəqliyyat vasitələrinin ayrı-ayrı şəxslər tərəfindən idarə edilməsinə icazə verən rəsmi sənəddir.
Dünyada ilk nəqliyyat vasitəsini icazəli şəkildə idarə etmək hüquq qazanan müasir avtomobillərin ixtiraçısı kimi görünən Karl Benzdir. Karl Benzin ixtira etdiyi "Motorwagen"i səs-küylü və dumanlı idi. Mannheim vətəndaşları onun “Motorwagen”-in narahatlığa görə Benzdən şikayətləndilər və 1888-ci ildə vətəndaşların şikayətlərinə görə Baden Hersoqluğu səlahiyyətliləri, onun mükəmməl olmayan ictimai yollarda istifadə etməsinə yazılı icazə verdilər. Ancaq bu icazə hələ sürücülük vəsiqəsi hesab edilmirdi.
Dünyadakı ilk sürücülük vəsiqəsi, 14 avqust 1893-cü ildə Paris polisinin prefekteri Lui Lepin tərəfindən indiyə qədər bilinməyən fransız avtomobilistinə təqdim olunan "mexaniki mühərrikli nəqliyyat vasitəsi idarə etmə şəhadətnaməsi" idi.
Həmin vaxtlar bu cür arayışlar heç bir imtahansız təqdim edilirdi. Onları almaq üçün namizəd yalnız öz avtomobilini idarə etmək qabiliyyətini nümayiş edirdi.. Məcburi imtahan ilk dəfə 1899-cu ildə Çikaqoda tətbiq olundu. İngiltərədə bənzər bir imtahan yalnız 1934-cü ildə tətbiq olundu.
Rusiya avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi tələb edən ilk ölkə olub
İlk rus sürücü 1900-cü ildə avtomobili idarə etmək üçün vəsiqə aldı. Sənəd Sankt-Peterburq merinin "Avtomobildə sərnişin daşınması qaydası haqqında" qərarı ilə təqdim edildi.
Azərbaycanda sürücülük vəsiqəsini 1911 -ci ildə almış Mustafa Əliyev ilk azərbaycanlı sürücülərdən biridir .
2019-cu il yanvarın 1-dən köhnə tipli sürücülük vəsiqələri yeni tipli sürücülük vəsiqələrinə dəyişdirilib
Bir qayda olaraq, sürücünün nəqliyyat vasitələrini idarə etmək bacarıqları kateqoriyalara bölünməklə göstərilir: A, B, C, D, E kateqoriyaları.
Yeni tipli sürücülük vəsiqələrinə keçid zamanı baş nazirin imzaladığı qərara əsasən sürücülük vəsiqəsi üzrə A1, B1, C1, D1, C1E, D1E altkateqoriyaları yaradılıb. Bununla yanaşı, sürücülük vəsiqələri "A", "B" və "C" kateqoriyaları, "B1" və "C1" altkateqoriyaları üzrə - 18 yaşdan, "BE" kateqoriyası və "C1E" altkateqoriyası üzrə - 19 yaşdan, "CE" kateqoriyası üzrə - 21 yaşdan; "D" kateqoriyası, tramvaylar, trolleybuslar və "D1" altkateqoriyası üzrə - 23 yaşdan, "D1E" altkateqoriyası üzrə - 25 yaşdan veriləcək.
Sürücü olmaq istəyənləri ən çox maraqlandıran məsələlərdən biri sürücülük vəsiqəsinin necə əldə edilməsidir. Sürücülük vəsiqəsini əldə etmək üçün mütləq imtahan verilməlidir. Motosikleti, müxtəlif növ avtomobilləri (yük avtomobillərini, avtobusları, xüsusi təyinatlı avtomobilləri və s.) idarə etmək hüququ verən sürücülük vəsiqəsini DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) uğurlu imtahan verərək əldə etmək olar. Müxtəlif təyinatlı traktorları, buldozerləri, ekskavatorları və başqa bu kimi texnoloji nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsini (traktorçu vəsiqəsini) isə Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Texniki Nəzarət Müfəttişliyində imtahan verərək əldə etmək olar.Sürücülük imtahanlarına həm müstəqil, həm də sürücülük kurslarında (sürücülük məktəblərində) təhsil alaraq hazırlaşmaq olar. Amma müstəqil hazırlaşmaqla yalnız "A1", "A" və "B" kateqoriyalı sürücülük vəsiqəsi, yəni yalnız motosikletləri, minik avtomobillərini (sərnişin yerlərinin sayı 8-dən artıq olmayan), icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq üçün imtahanda iştirak etmək olar. Özü də müstəqil hazırlaşanlar üçün başqa bir məhdudiyyət də var: bu qaydada hazırlaşan şəxs yalnız 2 dəfə imtahan verə bilər; hər iki nəticə uğursuz olduqda həmin şəxs yalnız sürücülük məktəbini bitirdikdən sonra imtahana buraxıla bilər. Digər kateqoriyalardan olan sürücülük vəsiqələrini əldə etmək üçün sürücülük kursunda (məktəbində) təhsil almaq məcburidir.
Sürücülük imtahanı şəxsin yaşadığı yer üzrə DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) verilməlidir. Şəxsin yaşadığı yer dedikdə, onun həm rəsmi qeydiyyatda olduğu, həm də müvəqqəti yaşadığı yer başa düşülür. Lakin şəxs müvəqqəti yaşadığı yer üzrə imtahan vermək istədikdə həmin yerdə müvəqqəti yaşadığı barədə arayışı da şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim etməlidir. Məsələn, məcburi köçkünlər müvafiq ərazidə müvəqqəti məskunlaşmaları barədə arayış təqdim etməklə həmin müvəqqəti yaşayış yerində imtahan verə bilərlər.
İmtahana buraxılmaq üçün sürücü olmaq istəyən şəxs hər bir halda sağlamlıq arayışı da təqdim etməlidir. Sağlamlıq arayışı olmadan heç kəs imtahana buraxıla bilməz.
Beləliklə, sürücü olmaq istəyən şəxs imtahana buraxılmaq üçün aşağıdakı sənədləri təqdim etməlidir:
1) şəxsiyyət vəsiqəsi;
2) müvafiq formada tibbi arayış;
3) sürücülük təhsili alması barədə sənəd (müstəqil hazırlaşanlar təbii ki, bu sənədi təqdim etməyəcəklər);
4) dövlət rüsumunun ödənilməsinə dair sənəd.
Ölkəmizdə bir çox hazırlıq kursları fəaliyyət göstərir. Bunlardan biri də fəaliyyət göstərdiyi 9 il müddətində bir çox savadlı sürücü namizədi yetişdirmiş EDU Company Təhil Mərkəzidir. Əgər siz də yol hərəkəti qaydalarını və öz hüquqlarını bilən savalı sürücü olmaq istəyirsinizsə , yolunuzu EDU Company Təhsil Mərkəzindən salaraq, həm təlim, həm də nəzəri biliklərini peşəkarcasına tədris edən müəllimlərimizlə tanış ola bilərsiniz.
Ətraflı məlumat üçün linkə daxil olun:
EDU Company Sürücülük kursları