09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Təkmilləşdirmə kursları | EDU Company

Təkmilləşdirmə kursları

Təkmilləşdirmə kurslar nədir?

Təkmilləşdirmə kursları 5-6-7-8-ci sinif şagirdlərinin orta məktəb dərslərini daha yaxşı oxuması üçün nəzərdə tutulmuşdur.

Təkmilləşdirmə proqramı

Təkmilləşdirmə proqramında Azərbaycan dili, ingilis dili, riyaziyyat fənnləri ön plana çıxan fənnlərdəndir.  Azərbaycan dili, ingilis dili, riyaziyyat kimi fənnlər isə təsadüfi olaraq müəyyənləşdirilməyib. Azərbaycanlı olaraq hər bir şəxsin öz dilini, Azərbaycan dilini bilməsi çox önəmlidir və vacibdir.

Təkmilləşdirmə kursu riyaziyyat

 Riyaziyyat zehni inkişafın əvəzedilməz bir vasitəsidir. Riyaziyyat məntiqi təfəkkürün formalaşmasında, mühakimə və dərketmə qabiliyyətlərinin yüksəlməsində müstəsna rol oynayır. Riyazi məşğələlər şagirdlərin məntiqi mühakimə yürüdə bilmək bacarıqlarını, intuisiyasını, fəza təsəvvürlərini inkişaf etdirir. Riyazi fəaliyyət zamanı induksiya və deduksiya, ümumiləşdirmə və konkretləşdirmə, analiz və sintez, təsnifetmə və sistemləşdirmə, mücərrədləşdirmə və analogiya kimi əqli mühakimə üsullarından istifadə olunur ki, bu da şagirdlərin məntiqi təfəkkürünün inkişafını sürətləndirməklə yanaşı, diqqətin, hafizənin və nitqin inkişafına kömək edir. Riyaziyyatda istifadə olunan riyazi dil şagirdlərdə dəqiqlik, nitqdə daha münasib olan vasitələr seçməklə fikri dolğun ifadə etmək bacarıqlarını inkişaf etdirir. Riyaziyyat şəxsiyyətin ümumi inkişafına müsbət təsir göstərməklə yanaşı, onun xarakterinin formalaşmasına, mənəvi keyfiyyətlərinin inkişafına da təsir göstərir. Çoxlu riyazi məsələlərin tam həllini tapmaq üçün kifayət qədər uzun və bir çox hallarda şaxələnmiş yollarla getmək lazım gəlir. Alınan nəticənin doğruluğunun yoxlanılmasının və həllinin əsaslandırılmasının obyektiv meyarları olduğundan səhvi gizlətmək qeyri-mümkün olur. Riyaziyyat intellektual dürüstlüyün, obyektivliyin, inadkarlığın və əməksevərliyin formalaşmasına da şərait yaradır.

Təkmilləşdirmə kursu İngilis dili

İngilis dili “beynəlxalq ortaq dil” statusunu qazanmış ilk dildir, yəni başqa dillərdə danışan insanlar arasında ortaq ünsiyyət vasitəsidir. İngilis dili müasir dünyada ən çox danışılan dillərdən biridir. İngilis dili hal-hazırda dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili rolunu oynayır.

         Artıq 9 ildir fəaliyyət göstərən EDU Company Təhsil Şirkətində övladlarınız hazırlaşdıqda orta məktəb dərslərini daha yaxşı başa düşəcək və öyrənəcək.

EDU Compayn Təkmilləşdirmə kursu

EDU Compayn Təhsil Şirkətinində dərslər hansı formada keçirilir?

  • EDU Company Təhsil Şirkətində Təkmilləşdirmə kursları həm Azərbaycan, həm də rus bölməsi üzrə keçirilir;

  • Dərslərimiz peşəkar müəllim heyəti tərəfindən tədris olunur;
  • Bütün fənnlər üzrə ilk dərs sınaq dərsi hesab edilir. Siz sınaq dərsində tam ödənişsiz şəkildə iştirak edərək dərslərimiz keyfiyyəti və müəllim heyətimiz ilə tanış ola bilərsiz.
  • Bütün dərslər video-kamera ilə izlənilir;
  • EDU Company Təhsil Şirkətində fənn hazırlığı dərsləri interaktiv şəkildə keçirilir və şagirdlərə fundamental biliklər strukturlu şəkildə öyrədilir;
  • Ev tapşırıqları, nəzəriyyə, yeni mövzuların izahı və s. dərs müddətində tədris olunur.
  • Tədris proqramına başlamamışdan öncə şagirdin biliyi yoxlanılır və bilik səviyyənizə müvafiq olaraq şagird qruplara əlavə edilir.
  • Bütün fənnlər üzrə ilk dərs sınaq dərsi hesab edilir;
  • Tədris proqramına başlamamışdan öncə şagirdin biliyi yoxlanılır və bilik səviyyənizə müvafiq olaraq şagird qruplara əlavə edilir;
  • Bütün fənnlər üzrə ilk dərs sınaq dərsi hesab edilir. Siz sınaq dərsində tam ödənişsiz şəkildə iştirak edərək dərslərimiz keyfiyyəti və müəllim heyətimiz ilə tanış ola bilərsiz;
  • Qruplarımızda maksimum 10 tələbənin iştirakına icazə verilir.
  • Dərslər hər bir fənn üzrə həftədə 2 dəfə 1.5 saat olmaqla tədris olunur.
  • Mütəmadi olaraq kursumuz tərəfindən valideyn iclası keçirilir;

İşimizin əsas istiqamətlərindən biri də valideynlərlə işdir. Şagirdin uğur qazanmasında müəllim və valideyn işbirliyinin əhəmiyyəti danılmazdır. Bunu nəzərə alaraq kursumuz tərəfindən valideyinlər, şagird dərsə gəlmədikdə, ev tapşırığını etmədikdə, gündəlik qiymətləndirmə zamanı aşağı nəticə göstərdikdə, dərsə qarşı laqeyid münasibət bəslədikdə, nizam-intizam qaydalarına əməl etmədikdə məlumatlandırılır.

Yeni tədris ilimizdə sizləri də öz aramızda görməkdan şad olaraq. Hörmətlə, EDU Company ailəsi

Təhsildə ən etibarlı bələdçiniz!


#Təkmilləşdirmə #Hazırlıq

Sürətli Qeydiyat