09:00-21:00 İş saatları

EDU Business School

EDU Business School, "EDU Company" Təhsil Şirkətinin alt brendi olaraq 2021-ci ildə yaradılmış və qısa zamanda ölkənin aparıcı praktiki təlim mərkəzlərindən birinə çevrilmişdir. Məqsədimiz müasir əmək bazarının tələblərinə uyğun kadrlar hazırlamaq, fərdi və korporativ müştərilərə real nəticələr verən tədris həlləri təqdim etməkdir.
EDU Business School-da təlimlər yalnız nəzəriyyə ilə məhdudlaşmır, hər proqram real iş mühitinə uyğunlaşdırılmış praktiki modullar, canlı nümunələr və mütəxəssis mentorluğu ilə dəstəklənir.

Təklif etdiyimiz xidmətlər:

HR (İnsan Resursları) təlimləri – İşə qəbul prosesləri, performans idarəetməsi, əmək qanunvericiliyi və HR strategiyalarını əhatə edən praktiki proqramlar.

SMM (Sosial Media Marketinqi) – Brend idarəçiliyi, kontent strategiyası, reklam paneli və analitika üzrə əhatəli təlimlər.

Ofis Proqramları – MS Office, Excel üzrə sıfırdan peşəkarlığa qədər təlim paketləri.

Mühasibatlıq – Milli və beynəlxalq mühasibatlıq standartlarına uyğun tədris, 1C və digər proqramlar üzrə hazırlıq.

Ərəb dili – Həm gündəlik ünsiyyət, həm də işgüzar kommunikasiya üçün nəzərdə tutulmuş mərhələli təlim sistemi.

İngilis dili – Danışıq, akademik və biznes ingiliscəsi üzrə peşəkar dil hazırlığı.

2021-ci ildən bu günə minlərlə tələbə və onlarla şirkət EDU Business School-un tədris keyfiyyətinə güvənərək bilik və bacarıqlarını inkişaf etdirmişdir. Bizim üçün əsas məqsəd dəyişən dünyaya uyğunlaşan, güclü və rəqabətqabiliyyətli mütəxəssislər yetişdirməkdir.

EDU Business School bilikdən daha artığı, peşəkar gələcəyiniz üçün düzgün başlanğıcdır.

Əlaqə: +994 77 567 12 02, +994 77 412 02 45
ÜNVAN: Nizami m/st., Vidadi küçəsi 80, Şahmat məktəbinin və Qış parkının yanı.

 


Sürətli Qeydiyat