09:00-21:00 İş saatları
Sınaq dərsi istə

Fizika Məsələləri 

Fizika Məsələləri   | EDU Company
Qiymət: 15 Azn

Açıqlama

Müəllimlər və şagirdlər üçün nəzərdə tutulmuş bu vəsaitin hazırlanmasında əsas məqsəd: fizikadan bilik və praktiki bacarığı artırmaq yolundakı çətinlikləri aradan qaldırmaq, fizikadan ayrı aynı fəsillər üzrə bilikləri ümumiləşdirmək və möhkəmləndirməkdən ibarətdir. Vəsait bu ardıcılıqda tərtib olunmuşdur: Məsələləri daha asanlıqla həll etmək va materialı daha yaxşı mənimsəmək məqsədilə hər bölmədən əvvəl bu bölmə üçün asas düsturlar va anlayışlar, fiziki kəmiyyətlərin Beynəlxalq Sistemdə ( BS ) ölçü vahidləri, asılılıq qrafiklari, sonra sadədən mürəkkəbə doğru məsələlərin həlli nümunələri verilmiş və onlar ətraflı araşdırılmışdır. Nümunələrdən sonra isə uyğun fəsilə aid müstəqil həll etmək üçün məsələlər, və testlər təklif olunmuşdur, həm də onların cavabları və göstərişlər verilmişdir. Məsələlərin miqdarı və çətinlik dərəcəsi elədir ki, öyrənilən proqram materiallarının möhkəmləndirilməsinə, şagirdlərə məsələ həll etmək vərdişi yaranmasına kömək edəcəkdir. Bu məqsədlə şagirdlərə məsləhət görülür ki, təklif olunan məsələlərin həllinə başlamamışdan əvvəl həmin məsələlərin aid olduğu bölmədəki qısa nəzəri məlumatı və həlli ilə verilən nümunələri diqqətlə öyrənsin. Məsələlər elə seçilmişdir ki, şagirdlər vəsaitdən müstəqil istifadə edərkən, məsələlərin həllində yaranan çətinlikləri əlavə ədəbiyyatdan istifadə etmədən həll edə bilsinlər. Məsələlərin cavabları BS - də verilmiş, kitabın sonunda isə əsas fiziki sabitlərin və kəmiyyətlərin göstəricilərinə aid cədvəllər tərtib edilmişdir.