09:00-21:00 İş saatları
Sınaq dərsi istə

İnformatika Nəzəriyyə

İnformatika Nəzəriyyə  | EDU Company
Qiymət: 13 AZN Azn

Açıqlama

Əziz Oxucular! 

2013-ü ildən peşəkar fəaliyyəti və onlarla nümunəvi dərsliyin müəllifliyi ilə xalqın xidmətindən olan "EDU Company" Təhsil Şirkəti bu dəfə də oxucuları üçün etibarlı vəsait və qüsursuz tərtibat ərsəyə gətirdi. Şəkildə gördüyünüz nəzəriyyə kitabı ümumilikdə 13 bölmədən ibarətdir və daxilində bütün bölmələri əhatə edən nəzəri materiallar var. Bu kitab sizə magistraturaya hazırlaşmağınız üçün informatikadan gərəkli olan bütün bilikləri əldə etməyə kömək edəcək. Kitab Dövlət İmtahan Mərkəzinin təsdiq olunmuş proqramına əsasən hazırlanıb və bütün proqramı tam əhatə edir. Kitabda nəzəri material müxtəlif şəkil, qrafik və sxemlərlə verilib ki, bu qavramanı və öyrənməni asanlaşdıracaqdır. Kitabın dilində elmilik qorunmaqla daha sadə izaha üstünlük verilib. Hər mövzunun izahında praktik tapşırıqlar vəizahlar kitabı daha anlaşılan edir. Mövzular bir birindən asılı hissələri ardıcıllıq və metodikilik gözlənilməklə sıralanıb. Bu da sizə daha sistemli şəkildə hazırlaşmağa imkan verəcək. Kitab həmçinin dövlət qulluğuna hazırlaşanlar, informatika fənn olimpiadalarına hazırlaşanlar üçün də faydalıdır. Kitabdan həmçinin orta məktəb müəllimləri, abituryentlər və yuxarı sinif şagirdləri də istifadə edə bilər. Kitabda bütün mövzuları tam əhatə edən informatikadakı son yeniliklər də verilmişdir. Kitabla bağlı irad və təklifləriniz üçün +994774251202 əlaqə nömrəsinə zəng edə və ya oguznesriyyati@gmail.com elektron ünvanına yaza bilərsiniz.