09:00-21:00 İş saatları
Sınaq dərsi istə

Texnologiya

Texnologiya EDU Company
Qiymət: 13 Azn

Açıqlama

Məlum olduğu kimi elm və texnikanın sürətli inkişafı müasir tələblərə cavab verən, o cümlədən həm nəzəri, həm də praktik cəhətdən yüksək politexnik biliyə malik mütəxəssislərin hazırlanmasını tələb edir. Bu baxımdan yeni texnologiyaları özündə əks etdirən müasir vəsaitlərin də hazırlanması günün vacib məsələlərindən biridir. Pedaqoji universitetlərin  və institutların texnologiya müəllimliyi ixtisası üzrə bakalavr səviyyəsini, “Texnologiya fənninin tədrisi metodikası və metodologiyası” ixtisası üzrə magistr səviyyəsini bitirmiş gənc kadrların MİQ imtahanlarına hazırlaşmalarına və eyni zamanda ümumtəhsil məktəblərində texnologiya fənnini tədris edən müəllimlərə kömək məqsədi ilə tərtib edilmişdir. Təqdim edilən kitabda çox sahəli fənn olan texnologiya fənninə aid həm siniflər, həm də məzmun xətləri üzrə ümumi anlayışlar, materialların emal texnologiyasına verilən tələblər, emal texnologiyalarının xüsusiyyətlərinə aid məlumatlar və mövzulara uyğun çoxsahəli testlər işlənilmişdir. Travial testlərlə yanaşı çoxseçimli, ardıcıllıq və uyğunluq testlərinin tərtib edilməsi sualların düşündürücü olmasını göstərir ki ,bu da imtahana hazırlaşanlar üçün texnologiya fənni üzrə yüksək bilik və bacarıq nümayiş etdirməyə imkan yaradır. Kitabda məzmun xətləri və məzmun standartları üzrə 5-9-cu siniflərə, ibtidai siniflərə uyğun, qəbul tipli, sınaq tipli olmaqla, ümumilikdə 1500-dən çox test işlənilmişdir. Bundan başqa sonda müxtəlif avadanlıqların xronoloji cədvəli, lüğət və testlərin cavabının düzgün variantları göstərilmişdir. Bu kitabın MİQ imtahanlarına hazırlaşanlar, ümumtəhsil məktəblərində texnologiya fənnini tədris edən müəllimlər və eyni zamanda şagirdlər üçün də əhəmiyyəti vacibdir.

Kitab Təhsil Nazirliyinin təqdim etdiyi çərçivə sənədinə tamamilə uyğundur. Hazırlanmış testlər çərçivə sənədində qeyd olunmuş mövzuları tamamilə əhatə edir