09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Dokuz Eylül Üniversitesi | EDU Company

Dokuz Eylül Üniversitesi

Dokuz Eylül Üniversitesi və ya qısaca DEÜ — İzmirdə dövlət universitetidir. 20 iyul 1982-ci ildə təsis edilmişdir. Universitetdə 10 institut, 18 fakültə, 3 kollec, 1 konservatoriya, 6 peşə məktəbi, 1 təcrübə və tədqiqat xəstəxanası, 60 təcrübə və tədqiqat mərkəzi fəaliyyət göstərir.

2019-2020 tədris ilində universitetdə 70 158 tələbə təhsil almışdır. Bu tələbələrdən 1352 nəfəri 115 ölkədən olan beynəlxalq tələbələrdir. Beynəlxalq tələbələr arasında azərbaycanlı, ukraynalı və bolqar tələbələr üstünlük təşkil edir. Qurumun akademik heyəti 3.343 nəfər təşkil edir və heyətdə azərbaycanlılara da rast gəlmək mümkündür.

FAKÜLTƏLƏR:

1.İqtisad Elmləri fakültəsi          

2.Mühəndislik fakültəsi  

3.Təsviri incəsənət fakültəsi      

4.Hüquq fakültəsi 

5.Tibb fakültəsi      

6.Buca Təhsil fakültəsi    

7.İlahiyyət fakültəsi          

8.Dənizçilik fakültəsi        

9.İdarəetmə fakültəsi      

10.Memarlıq fakültəsi     

11.Ədəbiyyat fakültəsi    

12.Fənn fakültəsi  

13.Tibb bacısı fakültəsi   

14.Reha Midilli Foça Turizm fakültəsi 

15.Səhiyyə fakültəsi

16.Fiziki tərbiyə fakültəsİ

17.Baytarlıq fakültəsi

18.Diş həkimliyi fakültəsi


Sürətli Qeydiyat