09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Abituriyentlər üçün yay dərsləri | EDU Company

Abituriyentlər üçün yay dərsləri

“EDU COMPANY” Təhsil Şirkətində yay dərsləri

“EDU Company” Təhsil Şirkəti ənənəyə sadiq qalaraq bu il də məktəblilərin yay tətilini səmərəli keçirməsi üçün 8, 9, 10-cu sinif şagirdlərini ÖDƏNİŞSİZ YAY DƏRSLƏRİNƏ dəvət edir:

Ödənişsiz yay dərslərini keçirməkdə məqsəd:

-  Yay ayları ərzində şagirdlərin dərslərdən kənarda qalması ilə oxumağa həvəsinin və biliyinin azalmasının qarşısını almaq;

-  İmkansız ailələrin övladlarının da təhsil almasına şərait yaratmaq;

 -  Valideyn və şagirdləri Şirkətin tədris keyfiyyəti ilə əyani tanış etmək;

- Yay ayları ərzində Bizimlə olacaq və Sentyabrdan Bizimlə davam etmək istəyəcək şagirdlərə maksimum güzəştli təhsil imkanı yaratmaq;

-  Fərdi hazırlıqdan fərqli olaraq, 5 fənnin daha yüksək keyfiyyətlə bir mərkəzdə cəmləşməsi ilə şagirdin zaman və enerji itkisinə qənaət etdiyinə şahid etmək;

- Şagirdlərin bilik səviyyəsinə uyğun qruplaşdırılmasının vacibliyini nümayiş etdirmək;

- Daha sərfəli qiymətlərlə övladınıza daha yüksək təhsil vermək imkanını sizlərə isbat etmək;

 - Peşəkar müəllim-kadr heyəti;

- Kamera nəzarəti ;

- Aylıq sınaq imtahanları;

- Onlayn valideyn məlumatlandırma sistemi;

- Uğur və motivasiya seminarları;

- Sosial fəaliyətlər və gəzintilər;

Təqaüd proqramı: Aylıq sınaq imtahanının nəticələri əsasında artan təqaüdlərimiz aşağdakı kimidir;

10-29 bal artımı -10 azn

30-49 bal artımı -20 azn

50-99 bal artımı -30 azn

100-150 bal artımı -50 azn

Siz də elə indi müraciət edin, övladınız bizimlə hər fəsildə təkmilləşsin!

 

“EDU COMPANY” Təhsil Şirkətində möhtəşəm kampaniyalar:

9-cu siniflər üçün Dövlət Imtahan Mərkəzinin buraxılış imtahanı balına görə endirim;

290 bal + nəticə göstərən abituriyentlər üçün “EDU COMPANY” Təhsil Şirkətində tamamilə ödənişsiz təhsil;

270-289 bal -100 azn ;               150-199 bal -160 azn ;

240-269 bal -120 azn ;                100-146 bal -170 azn ;

200-239 bal -140 azn ;                 100 baldan aşağı -180 azn ;     

30 iyun tarixinədək qeydiyyatdan keçən hər bir abituriyentə yaşı qədər endirim;

Aylıq sınaq imtahanlarında 650 bal+ nəticə göstərən hər bir abituriyentin “EDU COMPANY” Təhsil Şirkətində həmin ay tamamilə ödənişsiz olaraq təhsil almaq imkanı;

Dövlət İmtahan Mərkəzinin keçirdiyi buraxılış və blok imtahanından yekun balı 650 bal +  olan hər bir abituriyentin qəbul olduğu Ali Təhsil müəssisəsində təhsilini bitirənədək “EDU COMPANY” Təhsil Şirkəti tərəfindən  aylıq təqaüdlə təmin olunma.

 

Abituriyentlərin imtahanı

Abituriyentlərin imtahan öncəsi həyəcanı, imtahan qorxusunu azaltmağın yolları:

- İmtahanı həyatda uğurlu və xoşbəxt yaşamaq üçün bir vasitə olaraq görün,İmtahanı xoşbəxt olmaq üçün bir vasitə olaraq görsəniz,xoşbəxt olmaq üçün başqa vasitələrin dı olduğunu görəcəksiniz.

- Hamının qabiliyyətinin fərqli olduğunu düşünün və özünüzü başqalarıyla müqayisə etməyin.

-İmtahan qabağı həyəcanın,imtahan öncəsi narahatlıq səviyyəsinin yuxarı olması normaldır.

- İmtahanda mərhələ üsulundan istifadə edin.İlk öncə ən yaxşı bildiyiniz sualdan başlayın,tələsməyin,sualı diqqətlə və düzgün oxuyun.

- Bütün variantları oxumadan cavabları işarələməyin,hər bir variantı diqqətlə oxuyun.

- Cavablaya bilmədiyiniz sualı çox düşünüb vaxt itirməyin.

- Bilmədiyiniz sualları cavablandırmaqdan yayının,təsadüfi variant seçməyiniz balınızı aşağı sala bilər.

- Uzun suallar sizə ilk baxışda çətin gələ bilər,halbuki uzuin suallar sizə ətraflı olaraq yazılmış ,geniş şəkildə açıqlanmış suallardır.Buna görə də gözünüzü qorxutmayın.

- İmtahan zamanı fuikriniz yayındığını hiss etsəniz,sualı təkrar oxumaq istəyəcəksiniz.Belə olan halda qələmi kənara qoyub ,gözlərinizi yumun və dərin bir nəfəs alın.10-15 saniyəlik  bir istirahət diqqətinizi yenidən toplamağa köməklik edəcək.

- Cavabları cavab kağızına işləyən zaman diqqətli olunki,düzgün və sürüştürmədən yazın.

- Hərşeydən öncə, özünüzə güvənin və bacaracağınıza əmin olun!

Abituriyent hazırlığı və abituriyent  imtahanı haqqında daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Abituriyent hazırlığı

 

 

 

 

 

 


#Abituriyent

Sürətli Qeydiyat