Alman dili kursu | Alman dili dərsləri | EDU Company

Alman dili kursu

Alman dili

Alman dili hind – avropa dil ailəsinin german dilləri qrupuna daxildir. Alman dili avstriyalıların, lixtenşteynlilərinin, almanların eləcə də isveçlilərinin bir çoxunun dilidir. Almaniya, Lixtenşteyn və Avstriyanın rəsmi dili, İsveçrənin, Belçikanın və Lüksenburqun rəsmi dillərindən biridir. İngilis, ispan, portuqal, rus, çin, ərəb və yapon dillərindən sonra ən çox istifadə olunan dillərindən biridir. Həmçinin alman dili Avropa birliyinin rəsmi və işçi dillərindəndir.

Alman dilin yazısı latın qrafikasıdır. Azərbaycan dilində olduğu kimi alman dilində də səs və samitlərin tələffüzündə oxşar cəhətlər olsa da xeyli fərqli cəhətləri də vardır. Bu dil 26 hərfdən ibarətdir. Hərflərin 21i samit, 5i sait səsdən ibarətdir.

Alman dili bilmək sizə hansı üstünlükləri vəd edir?

Sözsüz ki, doğma dildən əlavə dil bilmənin üstünlükləri yetərincə çoxdur. Ələxsus da bu dil alman dili kimi dünyada çox yayılmış və tibbi təhsil baxımından üstünlükləri olan bir dildirsə. Alman dili dünyada ən çox danışılan 2 ci dilidir. Dünyada 120 milyon insan bu dildə danışır və 8 ölkədə geniş istifadə olunur. Bu dili yüksək səviyyədə bilməklə siz Almaniyada təhsil almaq və karyera qurmaq imkanı qazanırsınız. Almaniyada təhsil almaq üçün dil bilginizi sübut edəcək beynəlxalq dil sertifikatı mütləqdir. Bu serifikatlardan biri TestDaf, digəri Götedir.

TestDaf – (Deutsch als Fremdsprache) xarici dil kimi alman dili imtahanıdır, bir çox ölkələrdə test materialları ilə keçirilən imtahan növüdür.

Göte Sertifikatı – Bu da həmçinin standartlaşdırılmış imtahanlardan biridir. Fərqi odur ki dil səviyyəsi üçün (level) ayrıca keçirilir. Məsələn A1, A2, B1, B2 və s.

Telc – The European Language Certificates: Alman dili də daxil olmaqla 10 dildə standartlaşdırılmış testlərdən ibarətdir.

DSH – Deutsche Sprachprüfung für den Hochschulzugang: Almaniyada ali məktəblərə qəbul olmaq üçün verilən imtahan növüdür. İmtahan hər bir universitetin özü tərəfindən təşkil olunur.

Bütün qeyd olunan imtahanlar adətən əksər təhsil müəssisələri tərəfindən qəbul olunsa da qəbul zamanı müəyyən problemlər yarana bilər. Bu səbəbdən hansısa birinə hazırlaşmadan öncə məlumatları dəqiqləşdirməyiniz tövsiyə olunur.

Alman dilini öyrənmənin yolları

Bütün dillərdə olduğu kimi Alman dilinin də özünəməxsus tədris proqramı vardır. Əgər siz də başa düşürəm, ancaq danışa bilmirəm demək istəmirsinizsə, dilçi mütəxəsisslərin tövsiyələrinə əməl etməlisiniz. Qızıl qayda – dinləyin və danışın. Bununla paralel rastınıza çıxan mövzusundan asılı olmayaraq istənilən yazı və məqalələri mütləq ki uca səslə oxuyun. Yeni sözləri qeyd edin və uca səslə təkrar – təkrar tələffüz edin. Zamanla nitqinizin inkişaf edəcəyini hiss edəcəksiniz.

Alman dili kursu EDU Company

"EDU Company" Təhsil Şirkəti yarandığı ilk gündən xarici dillərin tədrisinə önəm verib. Tədris, xüsusi və hər bir fərdə özəl proqramla illərin təcrübəsi olan mütəxəsisslər tərəfindən tədris olunur. Tədris azyaşlı və böyüklərə özəl olaraq 2 qrupa bölünür. Həmçinin böyüklər üçün tədris də metodlarına görə bir neçə qrupa bölünür. Almaniyada təhsil almaq, işləmək və ya sadəcə əcnəbi dil bilmək məqsədi ilə öyrənmək.

"EDU Company" bütün bunları nəzərə alaraq  hər yaş qrupu və fərdlər üçün özəl olaraq tədris proqramı tərtib etmişdir. Dərslər həftədə 3 dəfə 90 dəqiqə olmaqla peşəkar müəllim heyəti tərəfindən tədris olunur. Tədris əsasən 3 hissədən – dinləmə, danışıq və essedən ibarətdir.

Azyaşlılar üçün alman dili proqramı əyləncəli oyunlar, söz bazasının inkişafına xidmət edəcək yarışmalar və ənənəvi tədrisə əsaslanır. Bu tədris metodları illərin sınağından uğurla keçmiş və özünü effektiv metod kimi doğrultmuşdur.

Alman dili kursları haqqında daha ətraflı məlumat almaq üçün bağlantıya daxil olun


#Hazırlıq