Fənn hazırlığı | Təkminləşdirmə kursları | EDU Company

Fənn hazırlığı (təkminləşdirmə kursları) -nədir ?

EDU COMPANY TƏHSİL ŞİRKƏTİ

EDU Company Təhsil Şirkəti 2013 – cü il 5 oktyabr tarixində (müəllimlər günü) fəaliyyətə başlamışdır.

EDU Company Təhsil Şirkəti olaraq məqsədimiz müxtəlif fənnlər üzrə hazırlıq keçmək istəyən şagirdlərə, yüksək keyfiyyətli dərs tədris etmək, eyni zamanda onları gələcəyə düzgün şəkildə istiqamətləndirməkdir.

Artıq 9 ildir fəaliyyət göstərən EDU Company Təhsil Şirkətində fənn hazırlığı (təkmilləşdirmə), ibtidai sinif hazırlığı, abituriyent hazırlığı, məktəbəqədər hazırlıq və s. hazırlıqları da tədris olunur.

EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏ TƏDRİS:

Edu Company Təhsil Şirkəti olaraq tədris prinsiplərimizdən biri də tələbyönümlülük prinsipidir. Bu prinsip vasitəsi ilə şagirdlərin təhsil aldığı müddətdə tələbatlarını zəruri şərt kimi müzakirəyə açırıq.

Bu zaman şagirdlərin və eyni zamanda valideynlərin tələbatları öyrənilib ön plana çəkilir. Tədrisin strateji cəhətdən qurulması da bu prinsipə istinad edir.

EDU Company Təhsil Şirkətin də tədris aşağıdakı istiqamətlərdə aparılır:

  • Təhsilin bütün sahələri və o cümlədən, ümumi hazırda olan təhsilin vəziyyəti öyrənilir, və həmin duruma uyğun şagirdlərə dərs tədris olunur.
  • Azərbaycan cəmiyyətinin qloballaşma istiqamətləri ilə bağlı müşahidə aparılır, valideyn və şagirdlərin tələbləri öyrənilir, kurikulumda olan yeni standartlar nəzərə alınaraq tədris aparılır.
  • EDU Company Təhsil Şirkətində Azərbaycan Respublikasının təhsil sahəsində İslahat proqramının demokratiklədirmə və eyni zamanda humanistləşdirmə prinsiplərinə istinad edilərək tədris aparılır.

EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏ FƏNN HAZIRLIĞI (TƏKMİLLƏŞDİRMƏ) KURSLARI

Fənn hazırlığı (təkmilləşdirmə) kursları Azərbaycan və rus bölmələri üzrə EDU Company Təhsil Şirkətinin bütün filiallarında mövcuddur.

TƏDRİS:

  • Tədrisimiz 5, 6, 7, 8 – ci siniflərə 4 fənn üzrə keçirilir.
  • Dərslərə:

• Azərbaycan dili

• Riyaziyyat

• İngilis dili

• Məntiq

fənnləri daxildir.

DƏRSLƏR:

  • Dərslərimiz bütün siniflər üzrə yəni 5, 6, 7, 8 – ci siniflər üzrə, hər bir fənn həftədə 3 dəfə 60 dəqiqə olmaqla tədris olunur
  • Dərs qrafiki səhər və günorta növbəsi ilə təhsil alan şagirdlərin qrafikinə uyğun olaraq hazırlanır.
  • Dərslər saat 9:00 – dan 18:00 – a qədər olsn vaxt aralığında tədris olunur.
  • Dərslərimiz Təhsil Nazirliyinin Kurikulum proqramının əsasında tədris olunur
  • Dərslər avqust ayının ortalarından başlayır, iyun ayının sonuna kimi davam edir.

PEŞƏKAR MÜƏLLİM VƏ KADR HEYƏTİ:

Kursumuzda öz ixtisası üzrə peşəkar olan və uğurlu tədrisi ilə özünü sübut etmiş müəllimlər fəaliyyət göstərir. Müəllimlər 3 mərhələli imtahan nəticəsi ilə kursa qəbul olunur:

• I mərhələ - imtahan (test üsulu)

• II mərhələ - şifahi (müsahibə mərhələsi)

• III mərhələ - açıq dərs (metodistlərimiz qarşısında açıq dərs verilir)

QRUPLARIMIZ:

  • Dərslər maksimum 5 – 8 şagirdən ibarət qruplarda keçirilir.
  • Qruplar səviyyə testi vasitəsi ilə seçilir və təşkil olunur.
  • Qrup otaqlarımız sakit şəraitdə dərs tədris olunması məqsədi ilə, müasir standartlara uyğun olaraq təmiz bir şəkildə hazırlanmışdır.

QUİZLƏR (MÖVZU SINAQLARI):

  • Şagirdin tədris aldığı müddətdə hər fənnin mövzularına uyğun olaraq həftəlik mövzu imtahanları təşkil olunur. Belə ki, buradaki əsas məqsəd ondan ibarətdir ki, şagirdlərin mövzuları mənimsəmə səviyyəsi müəyyən edilir.
  • Quiz (mövzu sınaqları) nəticəsinə uyğun olaraq şagirdlərin çətinlik çəkdikləri mövzular müəyyən edilir və həmin çətinlikləri aradan qaldırmaq üçün tamamilə ödənişsiz dərslər təşkil edilir. Əlavə dərslərin məqsədi şagirdlərə keçirilən mövzuları daha aydın mənimsətməkdən ibarətdir.
  • Quizlərin (mövzu sınaqlarının) digər bir əhəmiyyəti də odur ki, şagirdlər qəbul imtahanı verdikləri zaman, imtahanın stressi, qorxusu və psixoloji həyəcanından azad olsunlar.
  • Dərs ilinin əvvəlində səviyyə təsbit imtahanı vasitəsi ilə, şagirdlərin topladıqları ballara uyğun olaraq qruplar hazırlanır və müəyyənləşdirilir.

DƏRSLƏRƏ NƏZARƏT VƏ VALİDEYN MƏLUMATLANDIRMA SİSTEMİ:

  • Şagirdlərin dərslərə davamiyyəti, eyni zamanda dərslərə olan hazırlıq səviyyəsi ciddi bir şəkildə izlənilir və valideynlər ilə əlaqə saxlanılaraq davamlı şəkildə şagirdlərin valideynlərinə məlumat verilir.
  • Mütəmadi şəkildə təşkil olunan valideyn iclaslarında valideynlər müəllimlərlə əyani şəkildə tanış olur, eyni zamanda şagirdlər yəni övladları ilə bağlı müəllimlər tərəfindən məlumatlandırılır.

Onu da qeyd edək ki, EDU Company Təhsil Şirkətində şəhid ailələrinin övladlarına dərslərimiz tamamilə ödənişsiz şəkildə tədris olunur. Eyni zamanda müharibə iştirakçılarının və qazi ailələrinin övladlarına isə dərslərimiz güzəştli şəkildə və endirimli tədris edilir.  

 


#Təkmilləşdirmə