Əgər ki, bir dildə asanlıqla və tez danışmağı öyrənmək istəyirsinizsə obyektiv və təsirli bir yanaşmadan istifadə etməlisiniz. Bəs obyektiv və təsirli yanaşma dedikdə nə nəzərdə tutulur? İlk əvvəl bunun üçün istifadə edə biləcəyiniz sözləri, praktiki ifadələri əzbərləməklə başlamağı tövsiyə edirik. Bu üsul gündəlik həyatınızın bütün sahələrində, əsasən də səyahət zamanı faydalı olacaq.
Dil öyrənərkən təsirli olan üsullardan biri də sözləri yüksək səslə söyləməkdir, məsələn, rəqəmləri tələffüz etməyə alışmaq üçün, gün ərzində mütəmadi olaraq istədiyiniz zaman məşq edə bilərsiniz. Bu məşqlər sizin seçdiyiniz dilin səslərinə öyrəşməyə və onu daha asanlıqla öyrənməyə kömək edəcək.
Dil öyrənərkən həmçinin, lüğətlərdən istifadə həmişə, xüsusən də səyahət edərkən çox əlverişlidir. Bu, yeni sözlərin tərcümələrini tapmağa və sizin söz bazanızı zənginləşdirməyə imkan verir.
İlk olaraq deyə bilərik ki, alman dili Avropada ən çox danışılan dildir.
Hal-hazırda dünyada 100 milyon insan alman dilində danışır. Bunu da xüsusi olaraq vurğulamaq istəyirik ki, alman dili Hötenin ana dili olmaqla yanaşı, Belçika, İsveçrə, Lüksemburq, Lixtenşteyn və Avstriya da daxil olmaqla bir çox ölkənin rəsmi dilidir, hətta Afrikanın və Şimali Amerikanın bəzi bölgələrində də alman dilində danışılır ki, bu da sizə bunu dili öyrəndiyiniz təqdirdə düynanın bir çox ölkələrində təhsil almaq və rahatlıqla iş tapmaq şansınız olduğunu göstərir.
Bütün bunlarla yanaşı nəzərinizə çatdırmaq istəyirik ki alman dili öyrəndiyiniz təqdirdə siz həm də dünya ədəbiyyatının klassiklərindən olan Höte, Qrimm qardaşları, Tomas Mann, ədəbiyyat üzrə Nobel mükafatı laureatları Heinrich Böll və Herta Müller əsərlərini birbaşa təcrüməsiz oxuma şansını qazanacaqsınız.
Bu dili öyrənmək səbəblərimizdən biri də odur ki, biz hazırda rəqəmsal əsrdəyik və internetdə ".com" domenlərindən dərhal sonra ən çox ".de" uzantılı domenlər yayılmışdır. Bu domenlər sizin axtarış imkanlarınızı genişləndirməkdə və həmçinin bilinməyən məlumatları başqa dillərdə tapmaqda çox faydalı ola bilər.
Alman dilini öyrənmək üçün başqa bir motivasiyada da bu dilin elmə və tədqiqata illik töhfəsinin danılmaz olmasıdır. Bəs siz dünyada hər il nəşr olunan hər on kitabdan birinin bu dildə yazıldığını bilirsiz? Almaniya dünya ölkələri arasında tədqiqat və innovasiya liderlər sırasındadır, bununla yanaşı patent müraciətlərinə görə dünya üçüncüsüdür.
Eyni zamanda alman dilini öyrənmək digər dillərlə müqayisə də daha rahatdır ki, buna səbəb isə, Alman dilinin tələffüzü yazıya çox sadiqdir yəni bu dili düzgün tələffüz etmək üçün mətnlərə etibar edə bilərsiniz. Sadəcə sizə yaxşı vurğuya sahib olmaq üçün bəzi qaydaları öyrənməli kifayət edəcəkdir.
İşgüzar səfərlərinizdə qarşınızdakı şəxsləri daha yaxşı anlama eyni zamanda fikrinizi dolğun şəkildə qarşı tərəfə ötürmə şansı;
İstirahət zamanı bir çox ölkələrdə yeni dostluqlar qazanmaq;
Ausbildung proqramı Almaniyada peşə təhsili kimi tanınır. Bu proqram çərçivəsində tələbələr müəyyən bir sahədə işləməyə və 3 il müddətində həmin sahədə peşə təhsili almağa yönəldilir. Bu isə sizə təhsillərinizi maliyyələşdirmə şansı təqdim edir ki, siz işlədiyiniz müddətdə maaş alaraq yaşayış xərclərinizi çox rahatlıqla qarşılaya bilirsiniz. Proqramın sonunda imtahandan olunursunuz ki, əgər imtahan zamanı uğurlu nəticə göstərsəniz bu zaman sertifikatla təmin olunacaq və ixtisaslı kadr kimi işə başlaya biləcəksiniz. Ən əsas nüanslardan biri də sizin əldə etdiyiniz sənəd dünyanın bir çox ölkəsində keçərli olacağı üçün işləyə biləcəyiniz yerlər Almaniya ilə məhdudlaşmayacaq. Bütün bunlarla yanaşı bildirməliyik ki, Almaniyada 250-dən çox peşə var və bu peşələrin hər biri üçün Ausbildung proqramı tapa bilərsiniz.
Proqram çərçivəsində son illərdə ən çox tələb olunan peşələr aşağıdakılardır;
Proqrama müraciət edəcək namizədlər ən azı B1 səviyyəsin də (daha yaxşı olar ki B2) alman dilini bilməli və bunu TELC, GOETHE, ÖSD kimi beynəlxalq etibarlı imtahanlardan sənədlər əldə etməklə sübut etməlidirlər.
10 ildən artıqdır ki, 10 filialla xidmətinizdə olan “EDU Company” Təhsil Şirkətinin daxildə xarici dillər arasında alman dili də tədris olunur. Tədrisimiz peşəkar müəllimlər tərəfindən həftədə 3 dəfə və yaxud 2 dəfə 90 dəqiqə olmaqla xüsusi proqramlarla tələbənin müraciətindən aslı olaraq qrup və ya fərdi şəkildə həm əyani, həm də distant (onlayn) formada tədris edilir. Tədris proqramımıza əsasən alman dili dərslərimizdə yaş limiti yoxdur, azyaşlılara eyni zamanda da istənilən yaş kateqoriyasına aid olan tələbələrə alman dilini ən rahat və qısa zamanda tədris edirik. Xüsusilə vurğulaya bilərik ki, siz bizimlə alman dilini öyrəndikdən sonra imtahan olunaraq həm özəl həm də dövlət müəssisələri tərəfindən tanınan rəsmi sertifikat əldə edəcəksiniz.
Nəzərinizə çatdırmaq istərdik ki, imtahanlar beynəlxalq imtahanlara uyğun səviyyə də keçirilir, bu da sizə beynəlxalq imtahanlarda iştirak etməzdən öncə təcrübə qazanma şansı təqdim edir.
Peşəkar müəllim heyəti, gülərüz komanda, rahat və komfortlu filiallarımızla xidmətinizdəyik, əgər siz də alman dilini öyrənmək istəyirsinizsə zaman itirmədən “EDU Company” Təhsil Şirkətinin sizə ən yaxın filialına müraciət edə bilərsiz.
Unutmayın ki, biz sizin təhsildə ən etibarlı bələdçinizik!