09:00-21:00 İş saatları
Sınaq dərsi istə
İngilis dili öyrənmək - İngilis dili kursları | EDU Company

İngilis dili öyrənmək

      İngilis dili haqqında

Dünyada müxtəlif xalqlar yaşayır və onların hamısı fərqli dillərdə danışır. Son illərdə “ingilis dili”ni beynəlxalq dil kimi istifadə etmək yayılmış olsa da, bir çox ölkədə bu günə qədər müxtəlif dialektlər istifadə olunur.”Edu Company” Təhsil şirkəti olaraq bu dəfə 3 dil haqqında ingilis,alman və ərəb dilləri haqqında məqalələrimiz olacaq və ilk məqaləmiz ingilis dili haqqında olacaq.
İngilis dili 31 ölkədə yeganə rəsmi dil kimi işlənir. Bundan əlavə rəsmi dillərinin sayı iki və daha artıq olan 30 dan çox ölkənin də rəsmi dilləri arasında var. Statistik məlumatlara görə internetdə olan yazılı məlumatların 80 faizə qədəri məhz ingilis dilindədir. Söz sayına görə ingilis dili dünyanın ən zəngin dilləri sırası ilk yerlərdədir. Hər il təxminən 4000 yeni söz bu dilə əlavə olunur.  Dünyada hər 7 insandan 1, yəni təxminən 1 milyard insan ingiliscə danışır.Bütün kompyuterlerdə saxlanılan məlumatların 80%-i İngilis dilindədir. “I”, “We”, “Two” bilinən ən qədim ingiliscə kəlimələrdir.Hər 90 dəqiqədən bir yeni ingiliscə kəlimə törəyir.İsveç xalqının 89%-i ingiliscə bilir.

 İngilis dili öyrənməyin önəmi

Qloballaşan dünyamızda ingilis dili siyasi danışıqlar və biznes dilinə çevrilib. Əsas elmi və tibbi araşdırmalar da ingilis dilində aparılır. Beynəlxalq razılaşmalara əsasən, təyyarələrdə işləyən bələdçilər ingilis dilini bilməlidir. Cənubi Amerika və Avropa məktəblərində ən çox tədris olunan dil ingilis dilidir. Filippində və Yaponiyada uşaqlar ingilis dilini ən kiçik yaşlarından öyrənməyə başlayırlar. İngilis dili Britaniya, Kanada, Birləşmiş Ştatlar, Avstraliya və Cənubi Afrika daxil olmaqla, yetmiş beşdən çox ölkənin rəsmi dilidir.
Təxminən min yüz il bundan əvvəl Britaniya yenidən, bu dəfə şimaldan vikinqlər tərəfindən işğala meruz qalır.. Danimarka, Norveç və başqa şimal ölkələrindən gələn vikinqlər ticarət yollarını genişləndirmək və qul bazarları tapmaq istəyirdi. Onlar bəzi bölgələrdə güclənərək, müvəqqəti bazalar yaratmışdı. Lakin sonradan bu bazaların bir hissəsi gücləndirilib daimi məskunlaşma məntəqələrinə çevrilmişdi. Vikinqlər Britaniyada da məskunlaşmışdı. İngilis dilində bu gün mövcud olan bir sıra sözlər vikinqlərdən alınmışdır. Məsələn, “sky”(səma), “leg”(ayaq), “egg” (yumurta), “crawl”(sürünmək), “lift”(qaldırmaq) və “take” (götürmək) kimi sözlər şimal xalqlarının qədim dillərindən gəlir.
Klassik ədəbiyyat, kitabların arxa qapaqları, qəzet, internet saytları, e-mailler, ictimai mediadakı xəbər
axışı, qıdalanma qutularının üzərindəki yazıları. Niyə deyə sual verərsinizsə. Çünki bu mətnlər onsuzda
bildiyiniz sözlər xaricində söz xəzinənizi inkişaf etdirmək üçün köməkçi olacaq. O sözləri fərqli mətnlərdə
görmək sizi sözün istifadəsiylə əlaqədar məlumatlandıracaq və daha sürətli irəliləyiş etməyinizdə koməkçi
olacaq.
Bəşəriyyət bir sosial obyektdir və yaxşı-pis dostlara ehtiyacı var. İngilis dili öyrənmənin ən vacib faydalarından biri, sizin mövcud dostluğunuzu genişləndirməyə və əcnəbilərlə daha səmimi əlaqələr qurmağa imkan verir.
Bəzən İngilis dili öyrənmək qeyri-mümkün görünür, amma ekspertlərin fikrincə, bir neçə həftə ərzində hər hansı bir səviyyədə ünsiyyət qurmaq mümkündür və bir neçə aydan sonra bu dili yetərincə öyrənmək olar.
 Bildiyimiz kimi, ingilis dili iş həyatında da ən çox istifadə edilən dillərdəndir. Belə ki, beynəlxalq konfranslar və sammitlərdəki danışıqlar adətən ingilis dilində olur. Bununla yanaşı, bir çox şirkət yalnız bir bazarda deyil də, xarici bazarlarda da fəaliyyət göstərir. Bu məqsədlə, ingilis dilində danışa bilən şəxslərə ehtiyac duyurlar. İngilis dilini bilmək yaxşı bir şirkətdə işə başlamaq və kariyeranızda yüksəlmək üçün sizə lazım olacaqdır.

İngilis dili kursları

Xarici dil öyrənərkən bir çox yollara baş vururuq və müraciət etdiyimiz yollardan biridə kurslardır.EDU Company Tədris Şirkətində siz ingilis dilini mükəmməl şəkildə öyrənə bilərsiniz.Dərslərimiz həftədə 2 və 3 dəfə 90 dəqiqə olmaqla keçirilir.Dərslər həm qrup həmdə fərdi,online və əyani olmaqla keçirilir.Kursumuzda dərslər ixtisası sırf ingilis dili müəllimliyi olan,yerli və əcnəbi müəllimlər tərəfindən tədris olunur.Həmçinin həftə sonları film,conversation,mahnı və digər əyləncəli və öyrədici fəaliyyətlər keçirilir.İlk dərsimiz ödənişsiz sınaq dərsi olaraq keçirilir.Siz bir dərs ödənişsiz əyləşirsiz müəllimin metodikası ilə tanış olursunuz razı qalsaz növbəti dərs qeydiyyatdan keçərək dərsə başlayırıq.Hər ay kurs daxilində imtahanlar keçirilir və siz ay ərzində nə qədər irəli getdiyinizi özünüz müəyyən edəcəksiniz.Hər səviyyəni bitirdikdən sonra imtahan verərək sertifikat alacaqsınız.Sertifikatımız universal sertifikatdır,həm özəl həm dövlət müəssisələrində keçərlidir və müddətsizdir.

Daha ətraflı mçəlumat üçün linkə daxil olun:

EDU Company ingilis dili hazırlığı


#İngilis dili

Sürətli Qeydiyat