Mental arifmetika nədir? | EDU Company

Mental arifmetika

Mental arifmetika nədir?

MENTAL ARİFMETİKA – kağız, qələm, hesab maşını olmadan insan beyni vasitəsi ilə yerinə yetirilən hesablama növüdür.
Mental Aritmetika proqramı bir zehni inişaf proqramıdır. Dünyanın bir çox ölkəsində sürətli şəkildə yayılan bu proqram Azərbaycanda də geniş yayılmışdır. Bu proqramın əsas üstün cəhəti övladınızın zəka qabiliyyətinin inkişafı və riyazi hesablama bacarığının artmasıdır. Riyazi əməllər olan  toplama, çıxma, vurma , bölmə və başqa əməliyyatlarını bir neçə saniyədə gerçəkləşməsi yalnız bu proqram vasitəsilə mümkündür. 
“Edu Company”  Təhsil Şirkətində bu proqram 6-15 yaş uşaqlara tətbiq edilir. Ümumilikdə 1 illik bir proqramdır. 7-8 ay  ərzində toplama və çıxma, 4-5 ay isə vurma və bölmə əməliyyatları tədris olunur. 

Mental Aritmetika proqramının övladlarınıza xeyri:
Sürətli və dəqiq şəkildə hesablama bacarığının artması;
Riyazi  təfəkkürün inkişafı;
Yaddaşın və qavramanın güclənməsinə köməklik;
Beyinin sağ və sol yarımkürələrinin inkişaf etməsi;
Özünə inam və yaradıcılıq qabiliyyətinin güclənməsi və s.


Mental aritmetika adlandırılan əqli riyaziyyat və yaddaş texnikası proqramları uşaqların yaddaş, qavrama, xəyal gücünü, hər sahədə sürətliliyi, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli aparılmasını, beyin hər iki beyin yarımkürələrinin paralel istifadəsini inkişaf etdirir. Sürətli oxuma proqramı isə oxuma sürətini dəqiqədə 2-3 qat artırır. Bu da gün ərzində alınan çox sayda informasiyanın beyin tərəfindən sürətli qəbulu deməkdir.
Mental Arifmetika proqramının yaradıcısı  Türkiyəli Professor Məlik Duyardır. Məlik Duyar Abakusda olan hesablama qaydasını barmaqları üzərinə köçürmüşdür. Və beləcə mental arifmetika yaranmışdır.

Uşaqlar  mental  arifmetikanı nə qədər  vaxta  öyrənə  bilər?


Bu sual valideynlər  tərəfindən   ən  çox  verilən  suallardan   biridir  . Valideynlər  məlumat almaq üçün şirkətimizə   yaxınlaşdığında, ”övladım  neçə aya öyrənər, neçə ayda proqram  bitməlidir?”  - kimi  suallar  verirlər. Bu  suallara biz də, “bəli  3-5  aya  öyrədirik“ -demək  istərdik. Amma, bu  proqramın  3-5  aya  bitirilməsi  mümkün  deyildir  və  bunun  mümkün olduğunu  deyənlər  də  kifayət  qədər   dürüst  deyillər. Mental  Arifmetikada müəyyən  qaydalar  vardır  və  bu qaydanın  ilkini  öyrənmədən  digərinə  keçmək  olmaz. Əslində  bütün sahələr belədir. Riyaziyyat kimi bütün mövzular zəncir kimi bir-birilə əlaqəlidir. Beləliklə , valideynlər  səbrli   olar  və  uşaqlar  tapşırıqlara  tam  əməl  edərsə, nəticə  daha  yaxşı  olar.
Mental  Arifmetika   proqramında    ortalama olaraq  verilən  vaxt  ,toplama –çıxma  üçün   7 ay, vurma- bölmə  üçün    1 ay  yəni,  təqribi  8 ay kimi bir vaxtdır.Bu   vaxt  daha çox  uşaqlardan   asılıdır.Deyilənlərə  əməl  etsələr , bu vaxt  6 aya da  düşə   bilər  yaxud  11 aya da  qalxa bilər.

Proqrama   başlama  yaş  aralığı  4-13  yaşdır.Uşaqlar   ən  azından  0-9  aralığında  olan  rəqəmləri tanımalı  və  yazmalıdır. Erkən   yaşda  mentala  başlamaq   daha məqsədə  uyğun  sayılsada , müəyyən müddət  rəqəmləri  öyrənməyə  sərf  olunur.Buna  görə də   mental  üçün  ən  ideal  yaş  5-7  yaş  aralığıdır.
Mental  Arifmetikada  məqsəd, sadəcə 4 əməli  yerinə  yetirmək  deyil. Biz riyazi  hesablamaları  yerinə  yetirərkən  beynimizin  sol  yarımkürəsini   istifadə edirik. Lakin,  mentalla  məşğul  olduqda   beynin  hər  iki   yarımkürəsi   işləyir. Beləliklə, uşaqlarda;
Diqqət   artır.
Konsentrasiya  artır.
Sürət  artır.
Hesablamanı  sürətli  etdiyi  üçün özgüvən  artır.
Proqramlar kurikulum sisteminə dəstək olaraq, uşaqların dərs öyrənməsini çox asanlaşdırır. Bilirsiniz ki, artıq yuxarı siniflərə qalxdıqdan sonra uşaqlar universitetə daxil olmaq üçün hazırlıq kurslarına gedirlər. Həm məktəb dərsləri, həm də hazırlıqlar uşaqları o qədər yorur ki, onlar nə istirahətə vaxt ayira bilirlər, nə də dərsləri oxuyub çatdıra bilirlər. Davamlı yüklənmə həm də uşaqlarda psixoloji pozğunluq, əsəbilik yaradır. Belə uşaqlar üçün asan öyrənmə proqramlarının faydası çox böyükdür. Bu proqramlar tələbələrə imtahanlarda 25-30 dəqiqə vaxt qazandırır, öyrənməni asanlaşdırır.
 


#Hazırlıq