09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Muhasib kimdir? - Muhasibatliq kursu -  EDU Company

Muhasib kimdir?

Mühasib

Mühasib -mühasibat uçotu üzrə mütəxəssisdir. Mühasib, maliyyə    hesabatlarının aparılması və şərhindən məsul olan bir şəxsdir. Mühasiblərin əksəriyyəti həm fərdi müştərilər, həm də fəaliyyət göstərdikləri böyük müəssisələr və təşkilatlar üçün maliyyə ilə bağlı məsuliyyət daşıyırlar.Bir sözlə mühasib hesab aparan şəxsə deyilir.

Muhasibat uçotu

Muhasibat uçotu
Mühasibat uçotu, təsirli maaşlarla və iş yerlərinin müvafiq artımı ilə tələb olunan bir karyeradır.
Muhasibat uçotu sistemine bir biri ilə qarşılıqlı əlaqədə olan 3 sistem daxildir.
Maliyyə uçotu
İdarəetmə uçotu
Vergi uçotu
Maliyye ucotu sasən kənar istifadəçilərin tələblərinə uyğun informasiya formalaşdıran bir uçotdur.
Beynəlxalq uçot və hesabat sistemində maliyyə hesabatının elementləri 5 yerə bölünür:
Aktivlər
Öhdəliklər
Xüsusi kapital yaxud xalis aktivlər
Gəlirlər
Xərclər
 Idarəetmə uçotu - hər hansı bir obyektin idarə olunması üçün lazım olan məlumatların eyniləşdirilməsi, ölçülməsi, yığılması, sistemləşdirilməsi, təhlili, ayrılması, izahı və ötürülməsi deməkdir. Idarəetmə uçotunun sinonimi daxili uçotdur. 

Vergi uçotu isə maliyyə uçotu ilə yanaşı aparılır və vergi ödənişləri məqsədilə uçot üçün vacibdir.

Muhasibatliq kursu

Muhasibat ucotunu mükəmməl şəkildə öyrənmək istəyirsizsə bizə müracıət edə bilərsiniz.Edu company təhsil şirkətində mühasibat uçotu 4 ay müddətində tədris olunur. 
Bu 4 ay ərzində sizə nələr öyrədilir? 
2 ay nəzəri ve praktiki mühasibatliq hər mövzuya aid məsələ həlləri 3 cü ay 1C muhasibatlıq .4 cü ay vergi öyrədilir.Dərslərimiz həftədə 2 dəfə 90 dəqiqə olmaqla keçirilir.İlk dərsimiz ödənişsiz nümunə dərsdir.Dərslərimiz həm fərdi həm də qrup şəkilində keçirilir.Qrupda maksimum tələbə sayı 4 nəfər olur.Bizə tələbə sayından çox keyfiyyət daha önəmlidir və bu da imkan yaradır ki müəllim hər bir tələbə ilə daha da yaxşı məşğul olsun.Tələbənin hər hansısa bir mövzuda çətinliyi olarsa müəllim ona əlavə dərs günü təyin edib yeniden dərsi ona izah edir. 4 cü ayin sonunda siz imtahan verirsiz ve imtahandan kecdikden sonra sizə sertifikat verilir.Bizim sertifikatimiz universal xarakter daşıyır.
4 ayliq tədrisdə aşağıdakı biliklərə yiyələnəcəksiz.

Müxabirləşmələr (debit kredit)
Sənədləşmələr
Kassa hesabının aparılması
Kadr uçotu
DSMF və vergi hesabatları
Dövriyyə cədvəlinin qurulması
Kassa və Bank əməliyyatları
İşçilərə əmək haqqının  məzuniyyətin ezamiyyətin və müavınatın hesablanması 
1C proqramı 8.3
Son ve en muasir is heyatinda istenilen müəssisələrdə mühasibat və vergi uçotunun aparılması proqram təminatı 1 C Mühasibat 8.3-dür.8.3 də ətraflı praktiki nümunələrdə uçotun aparılması metodikası təsvir olunur.Bu proqram müasir dövrdə özündə proseslərin yüksək avtomatlaşdirilmasini birləşdirən ən məşhur mühasibat proqramıdır.Bu proqramda iqtisadi əməliyyatlardan maliyyə hesabatlarının hazırlanmasına qədər bir çox əməliyyatlar qeyd olunur.Bu proqram bir çox üstünlüyə malik olduğu kimi kiçik çatışmazlıqlarda var.Bu proqrami xüsusilə də praktikada istifadə etmək daha məqsədəuyğun olar.Bu istənilən bir mərhələdə sənəd dövriyyəsi ilə məşğul olmağa imkan verir.Bu proqram bir çoxları tərəfindən istifadə oluna bilər.aşağı səviyyəli kadrlarında istifadəsinə yararlıdır.
 1C Mühasibatlıq kursunun qısa tədris planı:
Bazanın yaradılması
Şirkətin əsas məlumatları (Filialların, Şöbələrin, Fiziki şəxslərin və digər dəyişikliklərin ələvə olunması).
Əməkdaşlıq etdiklərimiz, debitor və kreditorlar, alıcılar və malsatanların yığılması və s.
Malların, materialların, məhsulların, əsas vəsaitlərin, əlavə edilməsi.
Anbarların ələvə edilməsi.
Bank əməliyyatları. Bank çıxarışlarının yazılması.
Hesablaşma hesabına mədaxil olunanları və  hesablaşma hesabından məxaric olunanları qeyd etmək. Ödəniş tapşırığının yazılması.
Pul vahidlərinin əlavə edilməsi, Kassa əməliyyatlarının uçotu. Mədaxil və məxaric orderlerinin yazılması.
Avans hesabatı, Təhtəl şəxslərlə aparılan hesabatların yığılması.
Malların, materialların malsatanlardan mədaxil olunması, geri qaytarılması, satılması.
İnventarlarımızın uçota salınması və silinməsi
İstehsal edilən məhsulların uçotu.
Əsas vəsaitlərin uçotu
Qeyri maddi aktivlər
Əmrlərin verilməsi, Kadr uçotu - Əmək haqqıların hesablanması və ödənilməsi.
Dövriyyə cədvəlinə, hər bir hesab üzrə əməliyyatlara baxmaq, hesabları analiz etmək və s
Ümidvarıq ki məqaləmiz sizing üçün faydalı oldu.

  

Mühasibatlıq kursları haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Mühasibatlıq kursu


#Mühasibatlıq

Sürətli Qeydiyat