09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Mühasibatlıq dərsləri |  1C kursu | EDU Company

Mühasibatlıq dərsləri

Mühasibatlıq 

      Müasir dövrdə istər dövlət, istərsə də özəl müəssisələrdə təcrübəli mühasiblərin sayı həddindən artıq çoxdur. Bu sahə üzrə işçi heyətinə olan tələbat gəncləri mühasibatlıq dərslərinə istiqamətləndirir. Mühasibatlıq elə bir peşə sahəsidir ki, ixtisasının hansı sahə üzrə olmasından asılı olmayaraq hər kəs müraciət edə bilər. Mühasibatlıq dərsləri ilə bağlı müraciətləri təhlil edərkən “İxtisasım başqadır bu sahədə işə götürülmə ehtimalım varmı?”, “Humanitar yönümlü ixtisası bitirmişəm, sizcə mühasibatlığı öyrənə bilərəmmi?” və s. kimi suallara tez-tez rast gəlirik. 
   Mütəxəssislər qeyd edir ki, mühasibatlıq sahəsində işləmək istəyən hər kəs ilk növbədə bu ixtisası sevməli və həvəslə yanaşmalıdır, əks təqdirdə işin keyfiyyəti aşağı düşür. Həmçinin mütəxəssislər qeyd edir ki, bu sahə üzrə bakalavr təhsilinin olması həmin şəxsin karyera yüksəlişinə daha mühüm əhəmiyyət kəsb edir. Təbii ki, bu sahə üzrə sadəcə ali təhsilin olması ilə kifayətlənmək doğru olmaz. Təhsilini bitirən şəxslər bu sahə üzrə təkmilləşmə kurslarını keçməli, nəzəri və praktiki hissəni dərindən mənimsəməli və müəyyən dərəcə sertifikatları əldə etməlidirlər. Mühasibatlıqda nəzəriyyə və praktika qarşılıqlı əlaqə təşkil edir və bir istiqamətin əksikliyi görülən işin keyfiyyətinə əsaslı şəkildə təsir göstərir. 
   Belə ki, ekspertlər bildirir ki, əksər maliyyə şirkətlərində mühasibatlıq vakansiyası üzrə tələblər içərisində işçinin beynəlxalq sertifikatlarının olması, yüksək Excel biliklərinə malik olması, hər hansı təcrübə proqramlarında, təkmilləşmə kurslarında iştirak etməsi mütləqdir. Belə tələblərə cavab verən hər bir şəxs sözsüz ki, mühasibə mərhələsindən uğurla keçərək mühasib olaraq fəaliyyyətə başlaya bilər. 

Mühasib əmək haqqısı


   Bu sahə üzrə işləmək istəyən şəxsləri ən çox maraqlandıran suallardan biri də sözsüz ki, əmək haqqıdır. Hal-hazırda əksər müəssisələrdə qeyd edə bilərik ki, mühasib, baş mühasib, mühasib köməkçisi, audit, maliyyə nəzarətçisi və s. kimi istiqamətlərdə fəaliyyət göstərən şəxslər çoxdur. Və onlar bildirir ki, bu sahə üzrə minimum əmək haqqı işçinin vəzifəsindən asılı olaraq 700-800 AZN-dan başlayır və bu məbləğ 5000-7000 AZN-ə qədər yüksələ bilər. Təbii ki, əmək haqqının çoxluğu işçinin təcrübə və iş keyfiyyətindən, öz üzərində işləməsi və yeniliklərə açıq olmasından əhəmiyyətli dərəcədə asılıdır. 
   Son vaxtlar belə bir fikir irəli sürülür ki, mühasibatlıq sahəsi bir müddət sonra istfadə üçün və gəlir mənbəyi olaraq işə yaramayacaq. Mütəxəssislər is bildirir ki, gələcəkdə texniki işlər üçün işçilərə ehtiyac olmaması ehtimalı ola bilər, lakin düşünən beyin, yəni analiz etməyi bacaran mühasiblərə hər zaman ehtiyac olacaq. Bu həm də texnologiyanın inkişafı ilə bağlıdır. Bu da o deməkdir ki, avtomatlaşma və texnologiyanın inkişafı daha çox mühasibin işinin keyfiyyətini yüksəltməyə xidmət edəcək. 

mühasibatlıq nədir və mühasib kimdir?


   Bütün bu sadalananları ümumiləşdirərək “mühasibatlıq nədir və mühasib kimdir?  suallarına cavab vermək istəsək qeyd etməliyik ki, mühasib maliyyə, bank, vergi oqranları, mal alan və satanlar, təşkilatlar və şəxslər tərəfindən rəhbərlik və idarəetməni həyata keçirməli, təqdim olunan hesabatları yerinə yetirməli, müəssisənin maəluyyə-təsərrüfat fəaliyyəti haqqında məlumatlara malik olmalı, baş verən mənfi halları aradan qaldırmalı və müəssisəsinin inkişafı üçün yeni texnologiya və üsullardan istifadə etməlidir. 

Mühasibatlıq  və 1C kursu


   “EDU Company” Təhsil Şirkəti mühasib olmaq istəyən, mühasibatlıq və 1C biliklərini təkmilləşdirmək istəyən istənilən yaş kateqoriyasından olan şəxslər üçün 4 aylıq nəzəri, praktiki və 1C proqramının tədrisini əhatə edən ümhasibatlıq proqramını təklif edir. Xatırlatmaq lazımdır ki, proqramı bitirən tələbə bütün dövlət və özəl müəssisələrdə tanınan sertifikatla təltif olunur. Artıq 10 ildir ki, fəaliyyət göstərən bir mərkəz olaraq yüzlərlə tələbəmizin perspektivli şirkətlərdə mühasib olaraq fəaliyyət göstərməsi üçün işıq yolu olduğumuzu xüsusi vurğulamaq lazımdır. İşi və ya yaşayış yeri ilə əlaqəli dərslərə əyani şəkildə gəlməkdə çətinlik çəkən tələbələrə bildirmək istəyirik ki, dərslər həm əyani, həm də online formada tədris olunur. Daha ətraflı məlumat əldə etmək üçün Şirkətin sizə uyğun filialına müraciət edə bilərsiniz. 

Peşəkar mühasib sertifikatı

Proqramı uğurla bitirənlərə, SERTİFİKAT təqdim edilir! Xüsusi üstünlüklərimizdən biri də tədris müddətini uğurla və yüksək nəticə ilə başa vuran tələbələrimizi əməkdaşlıq etdiyimiz şirkət və müəssisələrə təcrübə proqramına yönləndirə şansı əldə edə bilir.

Mühasibatlıq kursları haqqında ətraflı məlumat üçün aşağıdakı linkə daxil olun:

EDU Company Mühasibatlıq kursu


# 1C proqramı #Mühasibatlıq

Sürətli Qeydiyat