09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Ofis programları kursu | Ofis proqramları dərsləri | EDU Company

Ofis programları kursu

   Ofis proqramları

   Ofis proqramları hal hazırda demək olar ki, bütün müəssisələrdə ən çox müraciət olunan və tələb olunan proqramlardır.  O vaxtdan bəri Microsoft hər biri əvvəlkindən daha çox funksiya və daha yaxşı texnologiya təklif edən çoxsaylı yenilənmiş versiyalar təqdim etməkdədir. Microsoft Word bütün MS Office proqram paketlərinə daxildir. Bu proqram vasitəsiylə, siz əvvəlcədən konfiqurasiya edilmiş müxtəlif üslüb və dizaynlar arasından seçim edə bilərsiniz ki, bu da onu bir kliklə uzun sənədləri formatlaşdırmağın asan yoluna çevirir. Siz həmçinin, kompyuterinizdən və internetdən şəkillər və videolar əlavə edə, formalara çəkə və hər cür qrafikə əlavə edə bilərsiniz. Sənəd yaradarkən siz Microsoft Word proqramında kənarları və nişanları təyin etmək, səhifə sonu əlavə etmək, sütunlar yaratmaq və hətta sətirlər arasındakı məsafəni konfiqurasiya etmək üçün istifadə edə bilərsiniz. O həmçinin, bir kliklə məzmun cədvəli yaratmağa imkan verən xüsusiyyətlərədə malikdir. Siz alt qeydlər eləcə də, başlıqlar və altbilgilər əlavə edə və biblioqrafiya, altyazılar, şəkil cədvəlləri və hətta çarpaz istinadlar yaratmaq üçün seçimlərdən də istifadə bilərsiniz.

   Müraciətlər içərisində əksər hallarda sertifikatla təmin olunma ilə bağlı suallar gəlir: Sertifikatlar keçərlidirmi? Beynəlxalq sertfikatdır ya sadəcə ölkə ərazisində tanınır? Bu sertifikatla işlə təmin olunma mümkündürmü? və s. Gəlin bu sualları cavablandıraq. EDU Company Təhsil Şirkətinin istər ofis proqramları, istər mühasibatlıq dərsləri üzrə təqdim etdiyi sertifikat bütün dövlət və özəl müəssiələrdə tanınır. Belə ki, tələbələr tədris proqramınl yekunlaşdırandan sonra imtahan verib Sertifikat əldə edirlər. Və həmçinin bu sertifikatlar yalnız ölkə daxilində tanınır. Ancaq bir faktı qeyd etmək lazımdır ki, hal-hazırda EDU Company Təhsil Şirkəti Microsoftla əməkdaşlıq edir, bu o deməkdir ki, çox qısa zaman ərzində beynəlxalq sertifikatlar təqdim oluna bilər.

Ofis proqramları dərsləri

   Ofis proqramları dərsləri 3 aylıq, 2 aylıq və 1 ay yarımlıq olmaqla üç istiqamətdə tədris olunur. Proqram müddətinin bu formada təşkilinə səbəb tədrisi daha qısa zamanda yekunlaşdırmaq istəyən tələbələrdir. 3 aylıq proqram müddəti Word, Excel və PowerPoint proqramlarını, Windows əməliyyat sistemini əhatə edir. Outlook proqramı 1 dərslik bir proqram olduğu üçün və tələbat olmadığı üçün yalnız tələbə istədiyi təqdirdə tədris olunur.

   Microsoft Excel verilənlərin saxlanılması, təşkili və manipulyasiyası üçün istifadə olunan elektron cədvəl proqramıdır. Elektron cədvəl proqramları əvvəlcə mühasibat uçotu üçün istifadə olunan kağız qrafiklərə əsaslanırdı. Buna görə də, kompüterləşdirilmiş cədvəllərin əsas tərtibatı kağız olanlarla eynidir. Əlaqədar məlumatlar kiçik düzbucaqlı qutularda və ya cədvəllərdə saxlanılır, sıra və sütunlarda düzülmüş xanalar toplusudur. Excelin bütün versiyaları bir kompüter faylında bir neçə cədvəl vərəqini saxlaya bilər. 

   Ofis proqramları sadəcə iş həyatında deyil, həmçinin şagird və tələbələr üçün də xüsusi imkanlara sahibdir. Belə ki, şagird və ya tələbələr təqdimatlar zamanı istər Word, istərsə də PowerPoint proqramlarından istifadə edə bilər. Bu proqramlar vasitəsilə bütün tapşırıq və sənədlərinizi müxtəlif versiyalarda hazırlaya bilərsiniz. Ofis proqramlarının istifadəsi xüsusilə böyük şirkətlərin standartları arasındadır. İş paketindəki tətbiqlər arasında;İstifadəçilərin böyük məlumat bazalarını idarə etmək, qabaqcıl cədvəl hesablamalarını aparmaq və musiqi və video ilə güclü və həyacan verici təqdimatlar yaratmaq üçün proqramlar var. 

   Forrester araşdırma şirkətinin müşahidələrinə görə müəssisələrin 90%ından çox işçiləri Microsoft Office proqramlarını istifadə edir. Proqramların istifadəsi nəticəsində iş prosesi daha sürətli və daha az gəlirlə davam edir. Proqramların faydalılığından ən yaxşı şəkildə istifadə edə bilmək üçün kompüterin keyfiyyəti və sürəti də xüsusi önəm daşıyır.

Əgər kompüterlərdən düzgün istifadə etmək istəyirsinizsə ilk növbədə ofis proqramlarını həm nəzəri həm də praktiki cəhətdən mükəmməl şəkildə bilməlisiniz. Dərslər Bakı şəhəri üzrə həm də rayon filiallarımızın hər birində əyani və online formada tədris olunur. Əyani dərslərdə istər səhər, istər günorta, istərsə də axşaam saatlarında tədris olunur. Və qrafiklər tələbələrin iş və ya dərs saatlarına uyğunlaşdırılır.


#Kompüter kursları #Ofis proqramları

Sürətli Qeydiyat