Rus dilini öyrənməyin yolları | EDU Company

Rus dilini öyrənməyin yolları

Rus dilinin haqqında

Rus dili hind - avropa dillərinin balto - slavyan qrupuna aid olan şərqi slavyan dilidir. Rus dili dünyada ən çox yayılmış 5 dilindən biridir. Belə ki, rus dili Rusiya, Belarusiya, Qazaxıstan və Qırğızıstanda rəsmi dil kimi, Belarusiyanın isə ikinci dövlət dili kimi tanınır. Buna baxmayaraq rus dilində ən çox bu dilin vətəni hesab olunan Rusiyada daha çox istifadə olunur.

Tarixə nəzər salsaq rus dili SSRİ-nin rəsmi dili olduğu üçün bu ölkələrdə öz aktuallığını hələ də qoruyur. Azərbaycan da daxil olmaqla bu ölkələrin bir çoxunda rus dili rəsmi dil olmasa da məktəblərdə tədris olunur.

Rus əlifbasında 32 hərf və 42 səs var. Bu dildə latın deyil, kiril əlifbasından istifadə olunur. Çünki latın əlifbası rus dilindəki bütün səsləri əhatə edə bilmir.

Rus dili bilmənin üstünlükləri

Heç şübhəsiz ki, ana dilindən başqa əlavə dil bilmənin üstünlüklərini saymaqla bitirmək olmaz. Rus dili dünyada ən çox istifadə olunan dillər sırasındadır. Təxminən 158 milyon insan bu dildə danışır. Bu dili bilməklə siz keçmiş sovet ölkələrinə rahatlıqla səyahət edə bilmək və həmin ölkələrdə təhsil almaq şansını əldə etmiş olursunuz. Həmçinin rus klassiklərinin - Fyodor Dostoyevski, Aleksandr Sergeyeviç Puşkin, Mixail Lermontov, Lev Nikolayeviç Tolstoy və digər müəlliflərin dünyaca məşhur əsərlərini orijinaldan oxuma şansını əldə etmiş olacaqsınız.

Rus dilini necə öyrənməli?

Dil öyrənmənin effektiv yolları müxtəlif və fərdidir. Yəni, müraciət edənin dil bazasına və qavrama qabiliyyətinə görə dəyişir. Lakin illərdir dil mütəxəssisləri tərəfindən qəbul olunan bir qayda var – öyrənmək istədiyiniz dildə daha çox dinləmə və danışıqdan istifadə etməlisiniz. Zamanla özünüz də şahidi olacaqsınız ki, dinlədikcə söz bazanız genişlənəcək. Əgər dil bazanız başlanğıc səviyyədədirsə, öncəliklə cizgi filimlərindən başlamağınız daha doğru olar. Baza inkişaf etdikcə mahnı və filmlərə keçid ala bilərsiniz.

‘‘Ətrafımda məndən başqa rus dili bilən yoxdur. Mən kiminlə bu dildə danışım?‘‘ deyə düşünməyin. Günümüzdə sosial media vasitəsi ilə rahatlıqla istənilən ölkə vətəndaşı ilə əlaqə yaradıb, dil bazanızı inkişaf etdirə bilərsiniz.

Dil öyrənmədə qrammatikanın önəmi

Tez - tez eşitdiyimiz ‘‘mənə qrammatika keçməyin, ancaq danışıq istəyirəm‘‘ ifadəsi nə dərəcədə doğrudur? Təəssüf ki, istəsəniz də, istəməsəniz də rus dili öyrənəcəyinizə qərar verdiyiniz zaman bu dilin baza qrammatik qaydalarını da öyrənməli olacaqsınız. Çünki zamanları, şəxs və cinsləri bilmədən düzgün danışıq və cümlə quruluşundan söhbət gedə bilməz.

Rus dili kursu

"Edu Company"də tədris qaydası:

"Edu Company" Təhsil Şirkətinin təməl fəaliyyət sahələrindən biri də xarici dil hazırlığıdır. Və bu şöbədə ‘‘rus dili‘‘ bölməsi xüsusi yer tutur. Müvafiq xidmət sahəmiz azyaşlı və böyüklər üçün olmaqla iki əsas qrupa bölünür. Böyüklər üçün dərslər həftədə 3 dəfə 90 dəqiqə olmaqla həm təməl qrammatik mövzular, həm danışıq, həm də dinləmə üzərindən həyata keçirilir. Rus dilinin əsas təməl bilikləri 3 mərhələ ilə yekunlaşır ( A1, A2 və B1) . 1 pillə (səviyyə) 2 ay, 2 ay yarıma yekunlaşır. Təbii ki bu mərhələni tez və ya gec bitirmək sizdən (müvafiq dili qavrama bacarığınızdan) asılıdır. Hər mərhələ sonu növbəti mərhələyə keçid üçün yazılı və şifahi formada imtahan keçirilir. Və imtahanda uğurlu nəticə göstərən tələbələr növbəti mərhələyə keçid alaraq müvafiq sertifikatla təmin olunurlar. Sertifikat ölkədaxili bütün şirkətlər tərəfindən rəsmi olaraq tanınır.

Azyaşlılar üçün rus dili proqramı özəl olaraq tərtib olunub. Onların həm əylənərək, həm də ənənəvi metodla rus dilinin öyrənilməsi təmin olunur. Dərs əsnasında müxtəlif əyləncəli oyunlardan, cizgi filmi izləməsindən və yarışmalardan istifadə olunur.

Rus dili haqqında daha ətraflı məlumat üşün aşağıdakı linkə daxil ola bilərsiniz.

EDU Company Rus dili hazırlığı


#Rus dili