09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Şahmat dərsləri | Şahmat  Kursu | EDU Company

Şahmat dərsləri

Şahmatın tarixi

Əziz oxucular, bu dəfəki məqaləmizin mövzusu dünyaca məşhur məntiqi  inkişaf prosesində güclü rola malik bir oyun olan şahmatdır. Şahmat oyunu 1500 il bundan öncə Hindistanda meydana gəlib və ilk vaxtlar “çaturanq” adlanırdı. Bu oyunun qaydaları vaxt keçdikcə dəyişərək indiki halını alıb. Əfsanəyə görə hind müdriklərindən biri çaturanq oyununu qanlı müharibələrin qarşısını almaq üçün icad edib: Döyüş əməliyyatlarını adi taxta üzərində aparmaq və qələbəni insanın ən güclü silahı – ağılla qazanmaq mümkündürsə, onda nəyə görə qan tökülsün?
Oyuna ilk olaraq ağ fiqurlar başlayır, qaralar cavab gedişi edirlər. Oyun bu gedişatla növbə ilə davam edir. Hər fiqurun özünə məxsus gedişi var. Vəzir ən güclü fiqur hesab edilir. Daha sonra ən güclü fiqur topdur. Fil və at mövqedən aslı olaraq təxminən bərabər gücə malikdirlər. Şahmatda ən zəif fiqur piyadadır. Digər fiqurlar həm irəliyə, həm də geriyə hərəkət edə bildikləri halda, piyada yalnız irəli gedə bilər. Özü də yalnız bir xana. Amma əgər piyada düşmən mövqeyinin son xanasına gedib çıxarsa, şahdan başqa istənilən fiqura çevrilə bilər. Bu döyüşdə əsas fiqur isə əlbəttə ki, şahdır. Buna görə də tələbələri onu daim qorumalı və təhlükəsizliyini nəzarət altında saxlamalıdırlar. Əgər şah qoruna və ya qaça bilmirsə, oyun uduzulmuş sayılır. Necə deyərlər, “şah” və “mat”. 
Şahmatda necə qala qurmalı?

Şahmatın qaydaları


Daha bir özəl qayda isə qalaqurma adlanır. Bu gediş sizə iki önəmli işi eyni anda etmək imkanı verir: şahınızı güvənli damaya aparmaq (istəyə görə) və topunuzu küncdən götürüb, oyuna çıxartmaq. Oyunçu öz gedişində şahını yana doğru iki dama hərəkət etdirir və topu şahın hərəkət istiqamətinin əksində şahın yanına qoyur. (Aşağıdakı örnəyə baxın.) Ancaq qalaqurmanın yerinə yetirilməsi üçün aşağıdakı şərtlər olmalıdır:

— bu o şahın ən birinci gedişi olmalıdır
— bu o topun ən birinci gedişi olmalıdır
— şah və hərəkət etdiriləcək top arasında heç bir fiqur olmamalıdır
— şah hücum altında ola bilməz və hücum olan xanadan keçə bilməz.

Bir yana qalaqurma etdiyinizdə şahın taxtanın qırağına başqa yana edilən qalaqurmaya görə daha yaxın olduğuna diqqət edin. Buna «qısa qalaqurma» deyilir. Vəzirin oyuna başladığı damaya doğru qalaqurmaya «uzun qalaqurma» adı verilib. Hansı yana qalaqurma edilməsindən asılı olmayaraq qalaqurma zamanı şah hər zaman yalnız iki dama gediş edir.
1770-ci ildə macar ixtiraçı Volfanq fon Kempelson şahmat avtomatını yaratmışdı. Bu maşın insan boyunda olan “türk” formasında idi, o iri oduncaq şkafın arxasında oturmuşdu, bu şkafın qapıları açılanda insanlar olduqca mürəkkəb mexanizmləri seyr edə bilərdi. Mexaniki əl fiqurları şahmat lövhəsi üzrə hərəkət etdirirdi və həmin dövrdə Napaleon Bonapart və Benjamin Franklin kimi məşhur rəqibləri məğlub edə bilmişdi. Üstündən neçə illər ötdükdən sonra məlum olmuşdu ki, şahmat avtomatı əslində heç də robot deyilmiş. Avtomatın içərisində onu idarə edən insan varmış. Şkafın içərisindəki mexanizmlər tamaşaçılara nümayiş etdiriləndə, həmin insan gizlənirmiş. Harri Kasparov bir dəfə söyləmişdi ki, “şahmat beynin işgəncəsidir”. Görünür məhz buna görə kimsə şahmatı fiziki sınaqlarla birləşdirərək, şahboks yaratmaq qərarına gəlib. Hollandiyalı rəssam İpe Rubinqstal şahboksun təməlin qoyanlardan biridir, o bu ideyanı ilk dəfə şahmat və boks haqqında olan komiks-kitabında görmüşdür. Şahboksda şahmat və boksun raundları bir-birini əvəzləyir və onun devizi belə səslənir: “döyüşlər rinqdə baş verir, müharibələr isə lövhələr üzərində aparılır”. Şahboks getdikcə daha çox populyarlıq əldə edir və Dünya şahboks təşkilatının nəzarəti altındadır. 
Şahmat kompüterləri bu gün şahmat dünyasının vacib bir hissəsinə çevrilmişdir. Bir zamanlar dünya çempionu olmuş və ən güclü oyunçulardan biri hesab olunan Harri Kasparov 1997-ci ildə Deep Blue adlı kompüterə uduzanda bu onun üçün şok olmuşdu. Nəzərə alsaq ki, üstündən uzun müddət keçib və texnologiya xeyli irəliləyib, onda bu gün kompüterlər daha yaxşı şahmat oynamalıdır. 2006-ci ildə isə dünya çempionu Vladimir Kramnik Deep Fritz kompüteri tərəfindən məğlubiyyətə uğradılıb, bu isə şahmat kompüterlərinin gücünü bir daha ortaya qoydu. Bu gün kompüter proqramları əksər hallarda oyunçular tərəfindən keçirilmiş oyunların təhlili və öz qabiliyyətlərini təkmilləşdirmək məqsədi ilə istifadə olunur. Onları adətən qrossmeysterlər ilə bərabər səviyyədə tuturlar.

 Şahmat dərsləri üçün "EDU Company" şahmat kurslarına qatılıb şahmat oyunun peşakarlarından biri ola bilərsiniz.


#Hazırlıq

Sürətli Qeydiyat