09:00-21:00 İş saatları
Sınaq dərsi istə
Sürücülük dərsləri |   Sürücülük vəsiqəsi nədir? | EDU Company

Sürücülük dərsləri və sürücülük kateqoriyaları

   Sürücülük vəsiqəsi nədir?

     Sürücülük vəsiqəsi-şəxslərin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri,nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.  Mexaniki nəqliyyat vasitələrindən asılı olaraq, verilən sürücülük vəsiqəsinin aşağıdakı kateqoriyaları və altkateqoriyaları vardır:

 Sürücülük vəsiqəsi kateqoriyaları hansılardır?

*A1-mühərrikinin işçi həcmi 125 kub/sm-dən və mühərrikinin gücü 11 kVt-dən çox olmayan motosikletləri,yüngül kvadrisiklləri idarə etmək üçün,

*A-bütün növ motosikletləri idarə etmək üçün,

*B1-kvadrisiklləri idarə etmək üçün,  

*B-aşağıda qeyd etdiyim nəqliyyat vasitələrini idarə etmək üçün:

 A kateqoriyasına aid olmayan, izin verilən maksimum kütləsi 3500kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən çox olmayan ,qoşqusunun izin verilən maksimum kütləsi 750 kq-dan çox olmayan B kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

*C1- D kateqoriyasına və D1 altkateqoriyasına aid olmayan,izin verilən maksimum kütləsi 3500kq-dan çox, amma, 7500kq-dan çox olmayan avtomobilləri, həmçinin qoşqusunun izin verilən maksimum kütləsi 750kq-dan çox olmayan C1 altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

*C- D kateqoriyasına aid olmayan, izin verilən maksimum kütləsi 3500 kq-dan çox olan avtomobilləri, həmçinin qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan C kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

*D1-sərnişin daşınması üçün nəzərdə tutulmuş və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə, 8-dən çox, ancaq, 16-dan çox olmayan avtomobilləri, həmçinin qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan çox olmayan “D1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

*D-sərnişin daşınması üçün nəzərdə tutulmuş və oturacaq yerlərinin sayı, sürücü oturacağından əlavə olaraq, 8-dən çox olan avtomobilləri, həmçinin qoşqusunun izin verilən maksimum kütləsi 750 kq-dan çox olmayan D kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

*BE-qoşqusunun izin verilən maksimum kütləsi 750 kq-dan çox və avtomobilin yüksüz kütləsindən çox olan B kateqoriyasından olan avtomobilləri, həmçinin qoşqusunun izin verilən maksimum kütləsi 750 kq-dan çox olan və ümumilikdə belə tərkibin izin verilən maksimum kütləsi 3500 kq-dan çox olan B kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

*C1E- qoşqusunun izin verilən maksimum kütləsi 750 kq-dan çox, ancaq, avtomobilin yüksüz kütləsindən çox olmayan və ümumilikdə belə tərkibin izin verilən maksimum kütləsi 12.000 kq-dan çox olmayan C1 altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;
*CE - qoşqusunun izin verilən maksimum kütləsi 750 kq-dan çox olan C kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

*D1E - sərnişin daşınması üçün nəzərdə tutulmayan, qoşqusunun izin verilən maksimum kütləsi 750 kq-dan çox olan, ancaq, avtomobilin yüksüz kütləsindən çox olmayan və ümumilikdə belə tərkibin izin verilən maksimum kütləsi 12000 kq-dan çox olmayan D1 altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

*DE - qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan “D” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün;

*Tramvayları idarə etmək üçün;
*Trolleybusları idarə etmək üçün.

    Bütün sürücülük vəsiqələrində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı-AZ və rəqəmlərlə işarələnmiş bu məlumatlar göstərilir: şəxsin soyadı, adı və atasının adı, şəxsin doğum tarixi və doğum yeri, yaşayış yeri,sürücülük vəsiqəsini vermiş orqanın adı, sürücülük vəsiqəsinin verilmə tarixi və yeri,vəsiqənin qüvvədə olduğu müddətinin bitdiyi tarix,vəsiqənin nömrəsi, şəxsin qan qrupu və imzası, vəzifəli şəxsin imzası, vəsiqəni vermiş orqanın möhürü və xüsusi qeydlər.

 Sürücülük dərsləri

   EDU Compayn Təhsil Şirkətində peşəkar və savadlı müəllim heyəti tərəfindən sürücülük dərsləri və təlimləri tədris olunur.  Dərslərimiz həm əyani, həm də online şəkildə keçirilir. Online dərslərimiz Zoom proqramı vasitəsilə keçirilir. Habelə, dərs videoları tələbələrə whatsapp və telegram vasitəsilə göndərilir.

  Nəzəri  Sürücülük dərslərimiz 18 dərsdən ibarətdir. Dərslərimiz həftədə 3 dəfə 90 dəqiqə olmaqla tədris olunur. İlk dərsimiz sınaq dərsidir və tamamilə ödənişsizdir. Təlim dərslərimiz isə gün ərzində 1saat olmaqla keçirilir.  

   EDU Company şirkəti sizlərə Zəmanət verir. Siz cəmi 1 dəfə ödəniş edərək limitsiz şəkildə dərslərimizdə iştirak edirsiniz.

   18 dərsə Sürücülük Vəsiqəsi əldə etmək istəyirsinizsə, EDU Company Təhsil Şirkətinə müraciət edin!

  

 

 

    

 


#Sürücülük

Sürətli Qeydiyat