Toefl  imtahanı | Toefl  hazırlığı | EDU Company

TOEFL imtahanı

TOEFL nədir?

Müasir dövrdə insanların xarici universitetlərdə təhsil alma istəkləri günü-gündən artır. Gənclərimizin əksəriyyəti xaricdə təhsilə daha çox üstünlük verirlər. Xarici universitetlərdə təhsil almaq üçün vacib şərtlərdən biri TOEFL-dir. TOEFL ( Test of English as a Foreing Language ) – ingilis dili səviyyəsini qiymətləndirən beynəxalq imtahandır və bu imtahanı dünyanın 100 – dən artıq ölkəsində vermək mümkündür. Bu imtahan demək olar ki, dünyanın bütün universitetlərində qəbul olunur.

TOEFL imtahanının nəticəsi 2 il müddətində keçərlidir və bu müddət bitdikdən sonra imtahan nəticəsi rəsmi olaraq etibarsız sayılır. TOEFL imtahanın özünə məxsus xüsusiyyətlərindən biri də onun internet vasitəsilə verilməsidir. Belə imtahan forması IBT (İnternet Based TOEFL) adlandırılır.

TOEFL İmtahanı necə olur?

TOEFL IBT imtahanı dörd hissədən ibarətdir.

●  Reading (oxumaq)

●  Listening (qulaq asmaq )

●  Speaking (danışıq)

●  Writing (yazı)

"Reading" hissədə mətn və mətnə aid suallar verilir ki, onlara cavab vermək lazımdır. "Listening" hissədə müxtəlif dialoqlar və ya şəkillər verilir. "Speaking" və "Writing" hissələrində isə danışıq və yazı səviyyələri yoxlanılır.

İnternet əsaslı test (TOEFL İBT)

● Hər biri 12-14 sualdan və 3-5 keçiddən ibarət 60-100 dəqiqəlik oxu bölməsi;

● Hər biri 5-6 sualdan və 6-9 hissədən ibarət 60-90 dəqiqəlik dinləmə bölümü;

● 20 dəqiqə davam edən və 6 şifahi tapşırığı olan danışıq bölməsi;

● 50 dəqiqə çəkən və tamamlanması üçün 2 tapşırığı olan yazı bölməsi.

Ancaq bu imtahanı yazılı şəkildə də vermək mümkündür və bu internetin olmadığı yerlərdə təşkil olunur. Bu imtahan forması isə PBT ( Paper based TOEFL ) adlanır amma demək olar ki, işlək deyil.

Kağız əsaslı test (TOEFL PBT)

● 3 hissədən ibarət 30-40 dəqiqəlik dinləmə bölümü

● 15 cümlə tamamlama alışdırması və 25 səhv aşkarlama nümunəsi ilə 25 dəqiqəlik struktur və hekayə bölməsi

● 50 dəqiqə davam edən və keçidlərlə bağlı 50 suala cavab verən oxu bölməsi

● Təxminən 250 sözdən və yazılı essedən ibarət 30 dəqiqəlik yazı bölməsi

TOEFL imtahanında kimlər iştirak edə bilər?

Bu imtahanda istənilən İngilis dili biliyinə güvənən şəxslər iştirak edə bilər. İmtahanda uğur qazanmaq üçün tələbənin İngilis dili biliyi "intermediate" səviyyəsində olmalıdır. İmtahana girmək üçün yaş limiti yoxdur.

İELTS ilə TOEFL – ın fərqi nədir?

Əsas fərqi odur ki, TOEFL "speaking" hissəsində tələbənin səsi yazılır, yəni kiminləsə yox mikrofonla danışılır. Burada 5 saniyə düşünməyə, 45 saniyə isə danışmağa vaxt verilir. TOEFL imtahanında "speaking" bölümü 6 sualdan ibarətdir. 2 sual azad mövzudan, 4 sual isə nağıletmədən ibarətdir. İELTS imtahanı 2.45 saat, TOEFL imtahanına isə 4 saat vaxt verilir .

TOEFL imtahanını harada vermək olar?

Rəsmi test mərkəzi ETS-dir (Educational Testing Service).  Azərbaycanda bu imtahanı DİM, Xarici dillər və s. kimi test mərkəzlərində vermək mümkündür . Və bunun üçün EST-in rəsmi saytında qeydiyyatdan keçirsiniz. TOEFL imtahanın qiyməti isə 1.95 dollardır.

"EDU Company" Təhsil Şirkətində TOEFL dərsləri peşəkar müəllim heyəti tərəfindən tədris olunur və dərslər həftədə 3 dəfə 90 dəqiqə olmaqla keçirilir. İlk dərsimiz isə sınaq dərsdir. Tələbə dərsdə iştirak edir, müəllim və tədris metodu ilə tanış olub daha sonra qeyiyyatdan keçib dərslərə başlayır.


#İngilis dili