09:00-21:00 İş saatları
Sınaq dərsi istə

Coğrafiya

Coğrafiya kitabı | EDU Company
Qiymət: 15 Azn

Açıqlama

Əziz abituriyentlər və coğrafiya elminə marağı olan oxuyucular, günümüzdə demək olar ki, bütün elm sahələrinə dair dərsliklər mövcuddur. Bu kitabda coğrafiya dərsliyi üçün nə lazımdırsa müəllif tərəfindən peşəkarlıqla toplanmışdır. Kitabın diqqət çəkən əsas xüsusiliyi isə, mövzular yerli və xarici dərslik kitablarından götürülüb, Azərbaycan dilinə tərcümə edilmişdir. Beləliklə, göz yaddaşı dediyimiz vizual və sensor yaddaş, informasiyanı qəbul edərkən beyinin operativ reaksiyasına və perspektiv planlaşdırmasına güclü təkan verir. Müəllif müxtəlif təhlillər və tədqiqlər əsasında kitabı formalaşdırmışdır. Fikirlər və abstraksiyalarla bağlı yaddaşın növlərinə əsaslanaraq tərtib edilmiş materialların mənimsənilməsini asanlaşdırmışdır. Coğrafi predment və proseslərin vizual təqdimatı vermişdir. Bundan əlavə, qrafiklər, sxemlər, cədvəllər üzərində ümumiləşdirmələr, xüsusi vurğulanan hissələrin fərqləndirici şriftlərlə tərtib olunması, ümumi xəritələrin çoxluq təşkil etməsi sizə mövzuların daha rahat və asan mənimsənilməsinə kömək edəcəkdir. Dərs vəsaiti abituriyentlər və Müəllimlərin İşə Qəbul hazırlığı üçün nəzərdə tutulmuşdur. "EDU Company" Təhsil Şirkəti dərslərinizdə və gələcək həyatınızda sizə uğurlar arzulayır!