09:00-21:00 İş saatları
Sınaq dərsi istə

İnformatika Test Bankı 

İnformatika Test Bankı   | EDU Company
Qiymət: 12 Azn

Açıqlama

Əziz Oxucular! 

2013-ü ildən peşəkar fəaliyyəti və onlarla nümunəvi dərsliyin müəllifliyi ilə xalqın xidmətindən olan "EDU Company" Təhsil Şirkəti bu dəfə də oxucuları üçün etibarlı vəsait və qüsursuz tərtibat ərsəyə gətirdi. Şəkildə gördüyünüz test bankı ümumilikdə 14 bölmədən ibarətdir və daxilində bütün bölmələri əhatə edən test tapşırıqları vardır. Bu test tapşırıqları sizə informatikadan öyrəndiklərinizi möhkəmlətməyə və yoxlamağa kömək edəcək. Verilmiş test tapşırıqları Dövlət İmtahan Mərkəzinin təsdiq olunmuş proqramına uyğun hazırlanıb və bütün proqramı tam əhatə edir. Tapşırıqlar asandan çətinə doğru olmaqla sıralanmışdır. Bu da sizə daha sistemli şəkildə hazırlaşmağa imkan verəcək. Kitab Dövlət qulluğu imtahanına, informatika fənn olimpiadalarına hazırlaşanlar, həmçinin ali məktəblərə hazırlaşan abituriyentlər üçün nəzərdə tutulmuşdur. Kitabdan orta məktəb müəllimləri və yuxarı sinif şagirdləri də geniş şəkildə faydalana biləcəklər. Bu test bankında bütün mövzuları tam əhatə edən yeni tipli test tapşırıqları da verilmişdir ki, bu da sözü gedən istiqamətlər üzrə hazırlaşanlar üçün olduqca əhəmiyyətlidir. Kitabla bağlı irad və təklifləriniz üçün +994774251202 əlaqə nömrəsinə zəng edə və ya oguznesriyyati@gmail.com elektron ünvanına yaza bilərsiniz.