Artıq 11-ci ildir ki, yorulmadan, usanmadan, böyük qürur hissi ilə gərgin əmək sərf edərək, minlərlə vətəndaşımızın təhsilli gələcəyinə, karyerasına çıraq olduğumuz üçün bu müqəddəs missiyamızla qürur duyuruq.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (təhsil sahəsində olması üstünlükdür)
- İdarəçilik sahəsində minimum 2-3 il təcrübə (təhsil müəssisəsində təcrübəsi olanlara üstünlük veriləcək)
- MS Office proqramları ilə yüksək səviyyədə işləmə bacarığı
- Yüksək təşkilatçılıq və analitik düşüncə qabiliyyəti;
- Komandada işləmək bacarığı
- Müəllim heyəti, tələbə və valideynlərlə işləmə təcrübəsi olan
Hansı işləri görəcəksiniz?
Tədrisin keyfiyyətini ölçmək və keyfiyyətin yüksəldilməsi ilə bağlı tədbirlər görmək
- Müəllim heyətinin fəaliyyətinə nəzarət və lazımi hallarda koordinasiya etmək
-Komandanın motivasiyası və peşəkar inkişafı üçün seminar, təlim və inkişaf proqramlarının təşkili
-Tədris ili üçün strateji və əməliyyat planlarının hazırlanmasında iştirak etmək
-Şirkətin məsul şöbə və departamentlərinə tələb edilən tapşırıqlarla bağlı operativ həll verməli
-Şirkətin işə qəbul vakansiyaları haqqında məlumatlı olmalı, filiala edilən işlə bağlı müraciətləri İR şöbəsinə yönləndirməli
-Müxtəlif hesabatların (aylıq,, illik) hazırlanması və rəhbərliyə təqdim olunması
-Tələbə qəbulu üzrə fəaliyyət göstərən qeydiyyatçı menecerlərin həmçinin qeydiyyatçıların vəzifə öhdəliklərinin düzgün icrasına və filiala yaxınlaşan və elektron müraciət edən qonaqların hər birinə düzgün informasiya verilməsinə nəzarət etməli
Nə əldə edəcəksiniz?
EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏ çalışmaqla peşəkar əmək kollektivindən təhsil və tədris sahəsində biliklərə və iş təcrübəsinə yiyələnəcəksiniz. Əməkdaşlarına daim qayğı ilə yanaşan şirkət əmək münasibətlərində artan karyera və əmək haqqı sistemlərindən istifadə edir.
Əlavə Məlumat
ARƏM-nə uyğun sənədləşmə
hr@educompany.az
Təcrübə: minimum 2-3il Təhsil: Ali Dil biliyi: Azərbaycan dili, Rus dili (üstünlükdür) Kompüter bacarıqları: MS Office Əmək haqqı: Müsahibə əsasında təyin edilir Elanın yerləşdirmə tarix: 2025-05-31 Son müraciət tarixi: 2025-06-15 Müraciət et