Artıq 12-ci ildir ki, yorulmadan, usanmadan, böyük qürur hissi ilə gərgin əmək sərf edərək, minlərlə vətəndaşımızın təhsilli gələcəyinə, karyerasına çıraq olduğumuz üçün bu müqəddəs missiyamızla qürur duyuruq.
Bizim üçün uyğun namizəd:
• Ali təhsil (Magistratura təhsili üstünlük sayılır)
• Yalnız xanım namizədlər
• Satış sahəsində və müştəri xidmətlərində minimum 1 il iş təcrübəsi
• Komandada işləmək bacarığı
• Microsoft Office proqramları ilə sərbəst işləmə bacarığı
• Məsuliyyətli, dəqiq və çalışqan olmaq
• İş vaxtı tam ştat olduğu üçün hazırda təhsil alan tələbələrin müraciəti məqsədə uyğun deyil
Hansı işləri görəcəksiniz?
• Tələbələrin tədris prosesinə nəzarət etmək
• Təhsil sahəsindəki xidmətləri tələbələrə tanıtmaq və satışını həyata keçirmək
• Tədris prosesini dəstəkləyən inzibati işləri koordinasiya etmək
• Telefon zəngləri və ofis müraciətləri ilə aktiv şəkildə işləmək
• Rəhbərliyə aylıq hesabatlar təqdim etmək
• Elektron formada müraciət etmiş tələbələrə və valideynlərə zəng edərək ətraflı məlumat vermək və onları cəlb etmək
• Müəllim və tələbələr arasında düzgün koordinasiyanı təmin etmək
• İmtahan prosesinə nəzarət etmək
Nə əldə edəcəksiniz?
EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏ çalışmaqla peşəkar əmək kollektivindən təhsil və tədris sahəsində biliklərə və iş təcrübəsinə yiyələnəcəksiniz. Əməkdaşlarına daim qayğı ilə yanaşan şirkət əmək münasibətlərində artan karyera və əmək haqqı sistemlərindən istifadə edir.
Əlavə Məlumat
ARƏM-nə uyğun sənədləşmə
hr@educompany.az
Təcrübə: minimum 1 il Təhsil: Ali Dil biliyi: Azərbaycan dili Kompüter bacarıqları: MS Office Əmək haqqı: Müsahibə əsasında təyin edilir Elanın yerləşdirmə tarix: 2025-08-20 Son müraciət tarixi: 2025-08-30 Müraciət et