Telesatış üzrə mütəxəssis

Artıq 12-ci ildir ki, yorulmadan, usanmadan, böyük qürur hissi ilə gərgin əmək sərf edərək, minlərlə vətəndaşımızın təhsilli gələcəyinə, karyerasına çıraq olduğumuz üçün bu müqəddəs missiyamızla qürur duyuruq.

Bizim üçün uyğun namizəd:
- Ali təhsil ( İstənilən sahədə ) ; - Qeyd olunan sahədə mütləq qaydada 1 il iş təcrübəsi - Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət; - Komandada işləmək bacarığı. - Microsoft Office proqramları ilə orta səviyyədə işləmə bacarığı; - Məsuliyyətli, dəqiq, çalışqan olmalıdır; - Qərar qəbul etmək və məsuliyyət almaq bacarığı; - Müştəri yönümlü,

Hansı işləri görəcəksiniz?
· Maraqlanan tələbələrlə əlaqə qurmaq üçün zənglərinin edilməsi və kurs məhsullarının (dərslər, hazırlıq proqramları) təqdimatı; · Şirkət tərəfindən təqdim olunmuş skriptlərə uyğun satış danışığının aparılması; · Maraqlanan şəxslərlə məlumat görüşlərinin və sınaq dərslərinin planlaşdırılması; · Kursa yazıldıqdan sonra tələbələrə satışdan sonrakı dəstəyin göstərilməsi (sənədləşmə, dərs cədvəli ilə tanışlıq, əlavə sualların cavablandırılması); · Çarpaz satışların həyata keçirilməsi · Müraciət kontaktlarının yüksək konversiya faizi ilə real qeydiyyata çevrilməsi; · Tələbə bazasının genişləndirilməsi – yeni müraciətlərin cəlb edilməsi; · Gündəlik zənglərin və görüşlərin nəticələrinin qeydiyyat sisteminə daxil edilməsi; · Müştəri xidməti standartlarına uyğun etik və peşəkar ünsiyyətin qurulması;

Nə əldə edəcəksiniz?
EDU COMPANY TƏHSİL ŞİRKƏTİNDƏ çalışmaqla peşəkar əmək kollektivindən təhsil və tədris sahəsində biliklərə və iş təcrübəsinə yiyələnəcəksiniz. Əməkdaşlarına daim qayğı ilə yanaşan şirkət əmək münasibətlərində artan karyera və əmək haqqı sistemlərindən istifadə edir.

Əlavə Məlumat
ARƏM-nə uyğun sənədləşmə hr@educompany.az
Təcrübə: minimum 1 il
Təhsil: Ali
Dil biliyi: Azərbaycan dili
Kompüter bacarıqları: MS Office
Əmək haqqı: Müsahibə əsasında təyin edilir
Elanın yerləşdirmə tarix: 2025-11-11
Son müraciət tarixi: 2025-11-30
Müraciət et